Faşizm üzərində qələbədən 80 il ötür
Gündəm
9 may 2025 | 09:54
Bu gün İkinci Dünya müharibəsində alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.

Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur.

Qələbə Günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.

1939-cu il sentyabrın 1-də faşist Almaniyası ildırımsürətli "Barbarossa" planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb.

1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi ilə faşist Almaniyası süqut edib. Bir çox ölkələrdə məhz mayın 9-u Qələbə Günü qeyd olunsa da, İkinci Dünya müharibəsi 1945-ci il sentyabrın 2-də başa çatıb.

Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı "Sovet İttifaqı Qəhrəmanı" adına layiq görülüb, 30 nəfər "Şərəf" ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.

İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23.5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71.4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.
Dünən, 16:55
İranla Ermənistan arasında hərbi anlaşma: Kimə qarşı?
Dünən, 16:51
Dünya çempionatı: Fransa-Özbəkistan oyununda 6 qol vuruldu
Dünən, 16:50
David Manukyan məhkəmədə Azərbaycan ərazilərinin işğalında xarici ölkələrdən gələn şəxslərin iştirak etdiyini təsdiqləyib
Dünən, 16:49
Bağçalara qəbulda növbələrin yaradılması prosesi dayandırılıb
Dünən, 12:30
Məsud Pezeşkian İlham Əliyevi təbrik etdi
Dünən, 12:26
Prezident İlham Əliyev TDT-nin daxili işlər nazirlərini qəbul edib YENİLƏNİB
Dünən, 12:24
DİM sədri: Riyaziyyat fənnindən buraxılış imtahanlarının nəticəsi ürəkaçan deyil
Dünən, 12:23
DİM təhsil ekspertlərini imtahanın qiymətləndirilməsi prosesində iştiraka dəvət etdi
Dünən, 12:22
Üçüncü ixtisas qrupu üzrə qəbul planında 124 yer artırılıb
Dünən, 12:21
NATO nümayəndə heyəti ilə hərbi əməkdaşlıq çərçivəsində görüşlər keçirilib
Dünən, 12:05
Məleykə Abbaszadə: Süni intellektdən istifadə prosesini addım-addım həyata keçiririk
Dünən, 10:22
NATO nümayəndə heyəti ilə hərbi əməkdaşlıq çərçivəsində görüşlər keçirilib
Dünən, 09:30
Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verilib
22-05-2025, 18:37
Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının sədri təyin olunub - yenilənib
22-05-2025, 18:30
Qərbi Azərbaycan İcması Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını qınayır
22-05-2025, 18:15
500-ə yaxın musiqi müəllimi attestasiya imtahanından keçməyib
22-05-2025, 17:00
Ermənistanda kapitulyasiyaya etiraz iğtişaşlarında iştirak etmiş daha doqquz nəfər saxlanılıb
22-05-2025, 16:13
Məhkəmədə Ermənistanın gizli planlarını ifşa edən material nümayiş etdirilib
22-05-2025, 15:40
Baş prokuror Kamran Əliyev Vyanada işgüzar səfərdədir
22-05-2025, 15:30
Məhkəmədə nümayiş olunan videomaterialda David İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb
22-05-2025, 15:10
Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib SƏRƏNCAM
22-05-2025, 15:06
Mayın 25-də II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
22-05-2025, 15:00
Prezident İlham Əliyev ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsi təltif edib SƏRƏNCAM
22-05-2025, 14:30
Xocalıya köçən ailələrə mənzillərinin açarları təqdim olunub YENİLƏNİB
22-05-2025, 14:20
Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırılıb FƏRMAN
22-05-2025, 13:00
Hirkan Milli Parkı “Qırmızı kitab”a daxil edilmiş bitki növlərinin sayına görə birinci yerdədir
22-05-2025, 12:04
Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq