NATO nümayəndə heyəti ilə hərbi əməkdaşlıq çərçivəsində görüşlər keçirilib
NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının Qərargah rəisinin Dəstək üzrə müavini general-mayor Stefan Fiksin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfər edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət edib. HDQ-də keçirilən görüşdə NATO-nun tərəfdaşlıq proqramları çərçivəsində Azərbaycanla əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri, o cümlədən təcrübə mübadiləsinin dərinləşdirilməsi imkanları müzakirə olunub.
Tərəflər arasında keçirilən fikir mübadiləsi zamanı NATO-nun tərəfdaşlıq proqramları kontekstində Azərbaycanın fəal iştirakı və göstərdiyi təşəbbüslər xüsusi vurğulanıb.
Görüşdən sonra HDQ-nin "N" hərbi hissəsində qonaqlara hərbi hissənin fəaliyyət istiqamətlərini əks etdirən brifinq təqdim olunub. Nümayəndələr hərbi qulluqçuların taktiki və xüsusi hazırlıq üzrə nümayiş məşğələlərini izləyiblər.
Daha sonra NATO nümayəndə heyəti Hərbi Polis İdarəsini ziyarət edib. Görüş çərçivəsində qonaqlara hərbi polisin yaradılması, fəaliyyəti və keçdiyi şərəfli yol barədə ətraflı məlumat verilib. Bu məqsədlə xüsusi hazırlanmış videoçarx nümayiş olunub və idarənin strukturu ilə bağlı brifinq təqdim edilib.
Səfərin son mərhələsində qonaqlar Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olub. İdarədə təşkil edilən görüşdə Azərbaycan və NATO arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti, tərəfdaşlıq çərçivəsində icra olunan layihələr və qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında geniş və məhsuldar fikir mübadiləsi aparılıb, həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Keçirilən görüşlərdə bu cür səfərlərin Azərbaycan-NATO əməkdaşlığının strateji əhəmiyyətini bir daha təsdiq etdiyi və qarşılıqlı anlaşma mühitinin daha da möhkəmləndirilməsinə töhfə verdiyi vurğulanıb.

Dünən, 15:26
Hesablama Palatası: "Qarabağda tikinti layihələrində artıq xərclər ixtisar edilib"
Dünən, 15:24
Güclü pasportlara" malik ölkələrin reytinqi dərc edildi: Azərbaycan neçənci yerdədir?
Dünən, 15:22
Kiberpolis 150-dən artıq vətəndaşa ziyan vurab hakeri həbs edib VİDEO
Dünən, 15:20
Ötən il Azərbaycanda neçə faiz inflyasiya olub?
Dünən, 15:19
Ukraynanın yeni müdafiə naziri FOTO
Dünən, 14:35
Arzu Əliyeva həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsindən paylaşım edib
Dünən, 12:50
Yanacağın qiymətindəki dəyişiklik gediş haqqına təsir edəcək?
Dünən, 12:45
Zəngəzur dəhlizinin Naxçıvandan keçən hissəsində dəmir yolu tikintisindən SON GÖRÜNTÜLƏR
Dünən, 12:43
Rusiyada xəstəxana rəhbərliyi doqquz körpənin ölümünə görə həbs olundu
Dünən, 12:42
Azərbaycan Yazıçılar Birliyinə üzvlük dayandırılıb
Dünən, 11:41
“Xırdalanda yaşayış yox, risk var: Evlər arası məsafə sıfırdır”
Dünən, 11:30
Laçında yaşayış məhəlləsinin tikintisi üçün 50 milyonluq tender elan olunub
Dünən, 11:00
İlham Əliyev Ağdərə sakinləri ilə görüşündən görüntülər paylaşıb
Dünən, 10:00
Azərbaycan nefti KƏSKİN BAHALAŞDI
Dünən, 10:00
Azərbaycanda son zamanlar yayılan xəstəlik NƏDİR? – Həkim GÖZLƏNİLƏN TƏHLÜKƏLƏRDƏN danışdı
Dünən, 09:30
Rubio-Mirzoyan bəyanatı: ABŞ və Ermənistan "TRIPP Development Company"dən nə qazanacaq?
13-01-2026, 16:06
Azərbaycan-İtaliya əməkdaşlığı genişlənir: 18 istiqamət üzrə 65 layihə reallaşdırılacaq
13-01-2026, 16:00
Damazlıq heyvandarlığa ayrılan dövlət vəsaitində 5,1 milyon manatlıq uyğunsuzluq aşkarlanıb
13-01-2026, 15:50
ETX-dən XƏBƏRDARLIQ: 3 000-dən çox vətəndaşın şəxsi məlumatları YAYILDI
13-01-2026, 15:47
Prezident Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub
13-01-2026, 15:40
Prezident Ağdərənin Canyataq kəndində "Dəmirli" Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub
13-01-2026, 15:31
İlham Əliyev Ağdərənin Heyvalı kəndində Abbasovlar ailəsinə baş çəkib - foto - yenilənib
13-01-2026, 15:00
İlham Əliyev Ağdərə rayonunda "Qozlukörpü" Su Elektrik Stansiyasının açılışında iştirak edib - foto -yenilənib
13-01-2026, 14:49
Bakı-Ağstafa-Bakı istiqaməti üzrə əlavə qatar reysləri təyin edilib
13-01-2026, 14:05
Rusiyada doğum evində doqquz körpə öldü, xəstəxana bağlandı
13-01-2026, 14:03
Vətən müharibəsinin 24 iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib
13-01-2026, 14:00
İlham Əliyev Ağdərə rayonunun Çıldıran kəndində olub