Quru sərhədlərinin bağlı olması yaşama icazələrinin sayına necə təsir edib?
Cəmiyyət
29 iyl 2026 | 12:38
Son illərdə müvəqqəti yaşama icazələrinin sayında əhəmiyyətli artım müşahidə olunur. Bunun səbəblərindən biri quru sərhədlərlə bağlı tətbiq olunan məhdudiyyətlərdir. Əvvəllər bəzi şəxslər 90 günlük giriş-çıxış imkanından istifadə edərək ölkədə qalır, yaşama icazəsinə ehtiyac duymurdular. Hazırkı şərait isə onları yaşama icazəsi almağa yönəldib".

Azerimedia.Az xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda keçirilən mediatur çərçivəsində deyib



"2025-ci il yanvarın 1-dən Rusiya vətəndaşları üçün də qarşılıqlı əsasda Azərbaycanda olma müddəti 90 gün müəyyən edilib ki, bu da yaşama icazələri ilə bağlı müraciətlərin artmasına təsir göstərib", - deyə V.Hüseynov bildirib.

Onun sözlərinə görə, iş icazələrinin verilməsi və müddətinin uzadılması ilə bağlı 5 min 87 müraciət daxil olub:

"Bu il üçün iş icazələri üzrə kvota Nazirlər Kabinetinin qərarı ilə 7 min 200 müəyyən edilib. Qeyd olunan rəqəm müraciətlərin sayıdır. Verilən icazələrin sayı isə bundan azdır".

Xidmət rəisi bildirib ki, Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı 6 min 328, vətəndaşlığa qəbul, bərpa və vətəndaşlıqdan çıxma ilə bağlı isə 554 müraciət daxil olub.

V.Hüseynovun sözlərinə görə, miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 9 min 757 qərar qəbul edilib:

"850 əcnəbi barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılma (deportasiya) qərarı qəbul edilib. Deportasiya qərarı hər zaman beş illik qadağa demək deyil. Məhdudiyyətin müddəti pozuntunun xarakterindən və ağırlığından asılı olaraq dəyişir".

O əlavə edib ki, qanunsuz miqrasiyanın təşkili və digər qanunsuz əməllərlə bağlı dörd fakt aşkar edilərək hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib:

"Bu, əsasən, şəxslərin üçüncü ölkələrə keçirilməsi məqsədilə aldadılaraq Azərbaycana gətirilməsi, onlardan pul alınması və sonradan qanunsuz vəziyyətə salınması ilə bağlıdır".
Bu gün, 10:00
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 09:51
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Bu gün, 09:49
Laçında dağlıq ərazidə YANĞIN - FOTO/VİDEO
Bu gün, 09:46
UEFA Millətlər Liqasında start: İlk gündə səkkiz qarşılaşma
Bu gün, 09:18
Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
Dünən, 17:30
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI
Dünən, 16:31
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - QİYMƏT bəlli oldu
Dünən, 16:12
Azərbaycanda tikinti xərcləri sürətlə artır: Bəzi məhsullar kəskin bahalaşdı
Dünən, 16:05
İlham Əliyevdən "AzerGold"la bağlı SƏRƏNCAM
Dünən, 13:31
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
Dünən, 13:25
İlham Əliyev əfv sərəncamı imzaladı
Dünən, 11:49
AZAL Brüsselə birbaşa uçuşlara başlayır
Dünən, 11:32
Prezident Estoniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Dünən, 11:27
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı
Dünən, 10:35
Kolleclərin boş qalan plan yerlərinə QƏBUL BAŞLADI
Dünən, 10:30
Azərbaycanda yeni iş yerləri yaradılacaq
Dünən, 09:44
Futbol millimiz Tacikistan yığması ilə qarşı-qarşıya
Dünən, 09:42
Bakıda bir marşrutun hərəkət sxemi dəyişdirildi
Dünən, 09:40
ABŞ-nin Ermənistana ayırdığı hərbi vəsaitin həcmi bəlli oldu
Dünən, 09:30
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Dünən, 09:00
Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub
22-09-2026, 13:41
Bakıda bəzi avtobuslardan narazılıq: "Qapıdan yıxılan olsa, kim cavab verəcək?" - Video
22-09-2026, 12:44
İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı
22-09-2026, 12:10
Prezident İlham Əliyev müşavirə keçirdi
22-09-2026, 11:38
Bakı Bulvarı bu gündən bağlanır - Səbəb
22-09-2026, 11:23
Pensiyaçılara ŞAD XƏBƏR
22-09-2026, 10:14
Dövlət universiteti işçilər axtarır