Baş prokuror Kamran Əliyev Vyanada işgüzar səfərdədir
Gündəm
22 may 2025 | 15:40
Mayın 22-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Cinayətin Qarşısının Alınması və Cinayət Mühakiməsi Komissiyasının sessiyası çərçivəsində Vyana şəhərində işgüzar səfərdə olub.

Bu barədə Baş Prokurorluqdan bildirilib.

Baş Prokurorluq və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMTNCİ) arasında əldə olunmuş razılığa əsasən ölkəmizin COP29-da sədrliyi çərçivəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq ictimaiyyətə təqdim olunması məqsədilə Azərbaycanın Avstriyadakı Səfirliyinin dəstəyi ilə BMT-nin qərargahında “İqlim fəaliyyətinin təkmilləşdirilməsi üçün ətraf mühit cinayətlərinə qarşı cinayətin qarşısının alınmasının və ədalət mexanizmlərinin gücləndirilməsi” adlı xüsusi sessiya təşkil edilib.

Tədbiri giriş sözü ilə açan BMT Baş katibinin müavini, BMTNCİ-nin İcraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali Azərbaycanın COP29-u uğurla keçirdiyini qeyd edərək görülən işləri yüksək qiymətləndirib. O, Azərbaycanın BMTNCİ ilə səmərəli və konstruktiv əməkdaşlığını alqışlayaraq, bu tərəfdaşlığın qlobal səviyyədə ədalət, təhlükəsizlik və ətraf mühitin qorunması sahələrində daha geniş miqyaslı təşəbbüslərə yol açdığına əminliyini ifadə edib.

Baş prokuror Kamran Əliyev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə COP29-un yüksək səviyyədə və peşəkarlıqla təşkil olunduğunu vurğulayaraq, bu mötəbər tədbirin nəticələrinin qlobal miqyasda əhəmiyyət kəsb etdiyini qeyd edib.

O, həmçinin COP29 çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun və BMTNCİ-nin birgə təşkilatçılığı, Birləşmiş Ərəb Əmirlikləri Daxili İşlər Nazirliyinin isə həmsədrliyi ilə keçirilmiş “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” mövzusunda yüksək səviyyəli tədbiri beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirib.

COP29-un ölkəmizdə keçirilməsinə, habelə ətraf mühitin mühafizəsi və Azərbaycanın ekoloji cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirlər və əldə etdiyi uğurlara həsr olunmuş videoçarx nümayiş olunub.

Daha sonra Madaqaskarın ətraf mühit və davamlı inkişaf naziri Maks Fonteyn tədbirə video müraciət ünvanlayaraq, iqlim dəyişikliyi ilə mübarizə və ekoloji dayanıqlılıq sahəsində ölkəsinin həyata keçirdiyi təşəbbüslər və əldə olunmuş nailiyyətlər barədə məlumat vermişdir.

Baş Prokurorluğunun idarə rəisi Elnur Musayev və BƏƏ-nin Daxili İşlər Nazirliyinin idarə rəisi Əhməd Əl-Zəruni çıxış edərək, ətraf mühitin qorunması sahəsində hüquq-mühafizə orqanlarının rolu, bu istiqamətdə tətbiq olunan effektiv mexanizmlər və həyata keçirilmiş uğurlu tədbirlər barədə ətraflı təqdimatlarla çıxış etmişlər.

Sessiyada Vyanada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri, hüquqşünaslar, iqlim və ekoloji hüquq üzrə ekspertlər, eləcə də müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edib.
13-03-2026, 17:47
Müdafiə Nazirliyi Türkiyə ərazisinə qarşı növbəti raket buraxılışını pisləyib
13-03-2026, 17:44
Bəzi ərazilərdə birinci sinfə qəbul zamanı prioritet məktəblərin siyahısı açıqlanıb - FOTO
13-03-2026, 17:42
İki Avropa ölkəsi Hörmüz boğazına görə İranla danışıqlara başladı
13-03-2026, 17:39
Bakı və paytaxtətrafı avtobuslarda YENİ QİYMƏTLƏR MÜƏYYƏNLƏŞDİ - FOTO
13-03-2026, 16:49
Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində beynəlxalq konfrans keçirilib
13-03-2026, 14:16
Nazirlər Kabinetinin hesabatı Parlamentdə
13-03-2026, 14:14
Qərbi Azərbaycan İcması avropalı parlamentarilərin ittihamlarını qınayıb
13-03-2026, 14:08
Pakistan və Çindən Əfqanıstan məsələsində ortaq mövqe: İslamabad təhlükəsizlik zəmanətləri tələb edir
13-03-2026, 11:53
Ali Məhkəmədən şərikli biznes mübahisələrinə son qoyan qərar - VAHİD MƏHKƏMƏ TƏCRÜBƏSİ
13-03-2026, 11:52
Azərbaycanda 10 ölkədən 22 media nümayəndəsi fəaliyyət göstərir
13-03-2026, 11:45
Ət satışında qadağalar olsun - TƏKLİF
13-03-2026, 11:44
Bakıda 200 MİN MƏNZİL inşa ediləcək
13-03-2026, 10:31
Əli Əsədov: "Azərbaycanda qeyri-neft-qaz sənayesi 5,5 faiz böyüyüb"
13-03-2026, 10:17
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 44 nəfər işdən çıxarıldı
13-03-2026, 09:49
Avropada böyük futbol həftəsonu: Bizi hansı maraqlı oyunlar gözləyir?
13-03-2026, 09:48
Azərbaycan nefti 10 DOLLARDAN ÇOX BAHALAŞDI
12-03-2026, 17:54
İrandan gətirilən portağallarda TƏHLÜKƏLİ BOYA AŞKARLANDI
12-03-2026, 17:52
Avropa ölkələrindən 41 azərbaycanlı çıxarıldı
12-03-2026, 17:45
DMX: 108 nəfərin Azərbaycandan çıxarılmasına dair qərar verilib
12-03-2026, 17:43
İranın yeni ali lideri ilk dəfə xalqa müraciət edəcək
12-03-2026, 17:42
Azərbaycanın 17 yaşadək qadın yığması Belçikaya böyük hesabla məğlub oldu
12-03-2026, 17:38
Əli Əsədov Jose Ramos Horta ilə görüşüb
12-03-2026, 17:37
Azərbaycan İrana humanitar yardımı birinci göndərib SƏFİR
12-03-2026, 16:40
Novruz alış-verişi üçün yarmarka, yoxsa bazar sərfəlidir?
12-03-2026, 16:17
Prezidentin köməkçisi: "Qlobal multilateralizmdə əsas problem siyasi iradənin çatışmazlığıdır"
12-03-2026, 15:50
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞIB
12-03-2026, 15:48
Azərbaycanda kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması qaydası təsdiqlənib