Balın qiyməti bahalaşır? AÇIQLAMA
İqtisadiyyat
17 noy 2025 | 14:16
Azərbaycanda arıçılıq qədim ənənələrə malik kənd təsərrüfatı sahələrindən biridir. Ölkənin zəngin florası, əlverişli iqlim şəraiti və təbii müxtəlifliyi bu sahənin inkişafı üçün geniş imkanlar yaradır. Arıçılıq həm kənd əhalisinin əlavə gəlir mənbəyi kimi, həm də kənd təsərrüfatının ekosistemində mühüm rol oynayan fəaliyyət sahəsidir. Ölkəmizdə hər il bal süzüm artır.

Bəs bu il ölkədə nə qədər bal süzülüb?

Məsələ ilə bağlı açıqlamasında Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov bildirib ki, bu il respublika üzrə təxminən 7 min tondan artıq bal süzülüb.


"Bu il süzülən 7 min tondan artıq balın 50-60%-i istehlak üçün əsas paytaxta yönəldilib".

Onun fikrincə, bölgələrdə baldan istehlak məqsədilə çox istifadə edilmir.

Bal mütəxəssisi qeyd edib ki, növbəti ildən balın qiymətinin aratacağı gözlənilir.

"Qiymət artımı arı ailələrinin xeyli azalması ilə bağlıdır. Son ildə sürətli arı ölümləri baş verib. Belə olan halda bal qiymətlərinin artacağını qeyd etmək olar. Yay fəslinin sonu, payızın əvvəlindən arı ölümləri sürətləndi. Hazırda arı sayı 30-40% azalıb. Digər qidaların qiyməti də bahalaşır, lakin bal qiyməti stabil qalıb. Balın qiymətində son 10 ildə çox cüzi artım olub".

B.Həsrətov qeyd edib ki, dünya bazarı ilə müqayisədə Azərbaycan balı bahalı ballar sırasındadır.

"Hazırda ölkəmizdə bazarda balın 1 kiloqramı 25 manatdan başlayır və 50 manatadək davam edir. Kəlbəcər, Laçın ballarının 1 kiloqramı 40-50 manat aralığında dəyişir. Ümumilikdə keyfiyyət baxımından Azərbaycanın bütün bölgələrində süzülən ballar eyni dərəcəlidir".

O bildirib ki, Azərbaycandan xarici ölkələrə bal ixracı prosesinə başlanılmayıb, lakin buna ciddi cəhdlərimiz var.

"Bir neçə ölkəyə bal nümunələri göndərilib. Bal nümunələri ən son olaraq Qətərə, Dubaya göndərilib. Həmçinin Amerika Birləşmiş Ştatları ilə də əlaqələr var, danışıqlar aparılır. Sadəcə həmin ölkələrə ixracla bağlı qiymətdə razılığa gələ bilmirik. Dünya bazarında bal iki seqmentdə dayanır. Birincisi sıradan adi ballar, məsələn, qarabaşaq, günəbaxan sahələrindən toplananlar. Həmin növ ballar aşağı qiymətə satılır. İkinci növ isə vəhşi təbiətdən toplanan ballardır. Bu növ bal daha qiymətli olur”.

B.Həsrətovun fikrincə, balımızı dünyaya tanıtmağı bacarmırıq.

O, vurğulayıb ki, Azərbaycan balını dünyaya tanıtmaq istiqamətində dövlət səviyyəsində böyük layihələr icra edilməlidir.

“Azərbaycan təbiətini, bitki örtüyünü, relyefini, bal növlərini göstərən videoçarxlar hazırlanmalıdır. Bu istiqamətdə beynəlxalq sərgilərdə iştiraklar təmin olunmalıdır. Məhz bu növ proseslərin icrasından sonra dünya bazarına çıxış rahat olacaq deyə düşünürəm. Öz cəhdlərimizlə dünyaya çıxış hələki real görünmür”.

B.Həsrətov açıqlayıb ki, bal ixracı ilə bağlı İsrail nümayəndələri ilə də görüşlər keçirilib.

"İsrail tərəfi bizdən 100-200 ton bal istəyirdi. Onlara bal nümunələri də təqdim etmişik. İsrailin istəyi 6-8 dollar arası qiymətə bal almaq idi. Biz onlarla qiymətdə razılaşa bilmədik. İxracatı dövlət dotasiya etsə, xarici bazarlara çıxmaq mümkün olacaq. Məsələn, arıçının 15 dollara satdığı balın 6-8 dollarını xarici şirkət ödəsə, qalan məbləği də dövlət dotasiya edə bilsə ixrac prosesi baş tuta bilər. İxraca başlayıb prosesi genişləndirə bilsək, dünyada bal ölkəsi olaraq tanınarıq.

B.Həsrətov vurğulayıb ki, ölkə üzrə təxminən altı min ton bala tələbat var və tələbat tam şəkildə ödənilir.

“Bu il işğaldan azad edilmiş ərazilərə 207 min arı ailəsi köçürülüb. Bu, hələ nəzərdə tutulanın yarısı qədər də deyil. Ərazilər tam şəkildə istifadəyə verildikdən sonra 500 min arı ailəsi də yerləşdirilə bilər”,- assosiasiya prezidenti əlavə edib.
Dünən, 16:40
MEDİA, Audiovizual Şura və Mətbuat Şurasının nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər - FOTO
Dünən, 16:31
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb
Dünən, 15:33
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
Dünən, 15:30
Bakı metrosunda iş rejimi dəyişdirilir
Dünən, 14:32
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
Dünən, 14:30
İlham Əliyevdən Rauf Arifoğlu ilə bağlı SƏRƏNCAM
Dünən, 13:24
Ankarada helikopter qəzaya uğradı - Yaralılar var
Dünən, 13:08
Hikmət Hacıyev: "Mediamız öz fəaliyyətini mövcud reallığa uyğunlaşdırmağı bacarır" - FOTO
Dünən, 12:59
Altı dünya çempionatında iştirak etmiş üç futbolçudan biri karyerasını bitirdi
Dünən, 12:56
Tofiq Mirzəyevin vəsiyyəti yerinə yetirilmədi: Niyə İsraildə dəfn olunur?
Dünən, 12:30
Güləş üzrə U17 milli komandamızın dünya çempionatı öncəsi açıq məşqi keçirilib
Dünən, 12:05
Avropa İttifaqının 16 ölkəsində dövlət borcu üzrə tarixi rekord
Dünən, 11:00
Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi
Dünən, 10:36
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
Dünən, 09:21
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
Dünən, 09:02
Sürü halında gəzən küçə itləri, ilanlar... - Qobustan sakinləri qorxu içində yaşayırlar - VİDEO
21-07-2026, 18:07
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
21-07-2026, 18:00
Rusiya ordusu Ukraynada bir qəsəbəni nəzarətə götürüb
21-07-2026, 17:41
İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub
21-07-2026, 17:40
Prezident: "Bağlantılar və tranzit imkanları ilə bağlı da Almaniya-Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var"
21-07-2026, 17:35
Qızıl və gümüş bahalaşdı
21-07-2026, 17:22
İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər
21-07-2026, 16:50
Almaniya kansleri: "Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir"
21-07-2026, 16:49
Prezident: "Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir"
21-07-2026, 16:36
"Qış Parkı" yeraltı parklanma ərazisi "Parkzone" sistemi ilə tam şəkildə avtomatlaşdırıldı
21-07-2026, 16:30
Berlində Azərbaycan-Almaniya sənədləri imzalanıb
21-07-2026, 15:25
İlham Əliyev ilə Fridrix Mertsin təkbətək görüşü keçirilib