Hikmət Hacıyev: "Mediamız öz fəaliyyətini mövcud reallığa uyğunlaşdırmağı bacarır" - FOTO
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.
Azerimedia.Az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib:
"Bu gün cəmiyyətimiz Azərbaycan milli mətbuatı növbəti ildönümünü qeyd edir. 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş mətbuatımızın inkişaf yolu əsl vətənpərvərliyin, dövlətçilik ideyalarına sədaqətin və milli tərəqqi uğrunda yorulmaz mübarizənin bariz nümunəsidir.
1990-cı illərin ortalarından başlayaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən media siyasəti ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin təmin edilməsi ilə yanaşı, güclü, peşəkar medianın formalaşması və inkişafı üçün etibarlı zəmin yaratdı.
Sonrakı dövrdə ulu öndər tərəfindən əsası qoyulmuş siyasətin uğurla davam etdirilməsi, bu istiqamətdə ardıcıl şəkildə həyata keçirilən islahatlar mediamızın müasir çağırışlara uyğun inkişafını təmin etdi, qlobal informasiya məkanında təsir imkanlarını genişləndirdi.
44 günlük Vətən müharibəsi dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoyaraq haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında, ölkəmizə qarşı həyata keçirilən informasiya təxribatlarının ifşa edilməsində mühüm rol oynadı. Prezident İlham Əliyev Azərbaycan mediasının fəaliyyətini qiymətləndirərək bildirib:
"Bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb və bunu tam səmimiyyətlə deyirəm... Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir".
Dünyada və regionumuzda mürəkkəb proseslərin cərəyan etdiyi, müharibələr və qarşıdurmaların səngimədiyi bir dövrdə Azərbaycan təhlükəsizliyi, inkişaf dinamikası ilə seçilir, müstəqil və prinsipial siyasətini, güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini daha da genişləndirir.
Sevindirici haldır ki, mediamız öz fəaliyyətini mövcud reallığa uyğunlaşdırmağı bacarır, qlobal informasiya məkanında müasir trendləri nəzərə alır, qabaqcıl texnologiyaların tətbiqi, rəqəmsallaşma, süni intellekt və digər bu kimi inkişaf perspektivini müəyyənləşdirən vacib məsələlərin həllində fəallığı ilə seçilir.
Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək, eyni zamanda, öz fəaliyyət prinsiplərinə sədaqət nümayiş etdirərək cəmiyyətimizdə vətənpərvərliyin, milli həmrəyliyin daha da güclənməsi, milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək. Azərbaycan mediasını, əziz jurnalistlərimizi peşə günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə cansağlığı və dəyərli fəaliyyətinizdə uğurlar arzulayıram".
Paylaşıma baxmaq üçün linkə daxil olun

11-09-2026, 18:08
Prezident 4 nəfərə yüksək VƏZİFƏ VERDİ
11-09-2026, 17:10
Cəbrayıl Dövlətzadənin doğum günüdür
11-09-2026, 17:04
Diplomatlar Şuşada yeni məscidin tikintisi ilə tanış olublar
11-09-2026, 17:02
Həmidə Ömərova AKİ-dəki seçkidən danışdı: "Namizəd idim, amma mənə söz verilmədi"
11-09-2026, 16:07
Hökumət gələn ilin büdcəsinin müzakirələrinə başladı
11-09-2026, 15:40
Kolleclərə qəbulun nəticələri açıqlandı
11-09-2026, 15:30
Hökumət Qarabağda nəhəng layihənin icrasına başlayır
11-09-2026, 15:12
Paşinyan Köçəryanı Əzrayıl adlandırdı
11-09-2026, 14:24
Kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
11-09-2026, 14:23
Səudiyyə Ərəbistanı Yəmənin Moxa hava limanına aviazərbələr endirib
11-09-2026, 14:00
Paşinyandan həyacan təbili: “Bu, Azərbaycana müharibə elan etməkdir”
11-09-2026, 13:13
Ağdərədə mina partlaması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlandı
11-09-2026, 12:30
Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçildi
11-09-2026, 12:18
Xankəndidə yaşayan əhalinin sayı açıqlandı
11-09-2026, 11:21
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
11-09-2026, 11:00
İctimai nəqliyyatda YENİ SİSTEM: Gediş haqqı artacaq?
10-09-2026, 17:48
DİM sədri ədalətli qiymətləndirmənin vacib prinsiplərindən danışdı
10-09-2026, 16:51
Nazirlər Kabinetindən minatəmizləmə ilə bağlı qərar
10-09-2026, 16:05
Xocalıda mina partlayışı: Xəsarət alan ANAMA əməkdaşı əməliyyat olundu
10-09-2026, 16:04
Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB
10-09-2026, 15:31
Ermənilər Azıx mağarasından silah anbarı kimi istifadə edibmiş
10-09-2026, 15:22
Azərbaycanda küçə ticarətinə nəzarət artırılır
10-09-2026, 15:07
Avqust dünya tarixinin ən isti ayı oldu
10-09-2026, 15:03
AFFA hakimi təhqir edən futbolçuya ağır cəza verdi
10-09-2026, 14:40
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verildi
10-09-2026, 14:35
Bu sizdən asılıdır - Sürücülərə müraciət
10-09-2026, 14:16
Azərbaycanda dərsliklərə yeni mövzu əlavə ediləcək