Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY) dəmir yolunda aparılan təmir işlərinə görə adıçəkilən sərnişin qatarının fəaliyyətinin altı aydan sonra bərpa ediləcəyi barədə məlumat yaysa da, ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) inşa etdiyi tunelin tikintisinə görə yubandığını bildirdi.
Bir müddət əvvəl isə ADY artıq həmin ərazidə işlərin yekunlaşdığını və sərnişin qatarının yeni tədris ilinə qədər fəaliyyətini bərpa edəcəyini bildirib. Rəsmi məlumatda bildirilirdi ki, sentyabrın 15-dək Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarı xəttə buraxılacaq və fəaliyyəti əvvəlki qrafiklə davam edəcək.
Artıq yeni tədris ilinə bir neçə gün qalıb. Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarı fəaliyyətini hansı tarixdə bərpa edəcək?
Məsələ ilə bağlı ADY-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sərnişin qatarının fəaliyyətini bərpa edəcəyi tarix hələlik məlum deyil və çox güman ki, yeni tədris ilinə qədər bu məsələ reallaşmayacaq:
"Yeni tədris ilinə qədər adıçəkilən sərnişin qatarının fəaliyyətini bərpa etməsi planlaşdırılırdı. Lakin Xırdalan-Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün bərpası ortaya çıxdığına görə bu proses yubandı. Görülən işlərin əsas məqsədi xətt üzrə qatarların təhlükəsiz və etibarlı hərəkətinin təmin edilməsidir.
Körpüdə bərpa işlərinin başlaması ilə şəhərətrafı qatarların hərəkət qrafikində də müvəqqəti dəyişikliklər edilib. Belə ki, Xırdalan-Bakı istiqamətində hərəkət sürəti və istiqamətinin dəyişməsi ilə əlaqədar dəyişikliklər səbəbindən qatarların çatma müddəti müvəqqəti olaraq artıb.
Yeni qrafik sərnişindaşıma xidmətinin davamlılığını təmin etməklə yanaşı, ərazidə bərpa işlərinin tələb olunan təhlükəsizlik şərtləri çərçivəsində aparılmasına imkan verir. Bununla yanaşı, şəhərətrafı qatarların gündəlik reys sayı artırılaraq 84-dən 90-a çatdırılıb.
Körpünün bərpası başa çatdıqdan sonra sözügedən istiqamət üzrə sürət həddi artırılacaq və qatarların hərəkət qrafiki müvafiq qaydada tənzimlənəcək. Eyni zamanda, Xırdalan-Sumqayıt xətti üzrə sərnişindaşıma bərpa ediləcək".
Dünən, 17:48
DİM sədri ədalətli qiymətləndirmənin vacib prinsiplərindən danışdı
Dünən, 16:51
Nazirlər Kabinetindən minatəmizləmə ilə bağlı qərar
Dünən, 16:05
Xocalıda mina partlayışı: Xəsarət alan ANAMA əməkdaşı əməliyyat olundu
Dünən, 16:04
Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB
Dünən, 15:31
Ermənilər Azıx mağarasından silah anbarı kimi istifadə edibmiş
Dünən, 15:22
Azərbaycanda küçə ticarətinə nəzarət artırılır
Dünən, 15:07
Avqust dünya tarixinin ən isti ayı oldu
Dünən, 15:03
AFFA hakimi təhqir edən futbolçuya ağır cəza verdi
Dünən, 14:40
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verildi
Dünən, 14:35
Bu sizdən asılıdır - Sürücülərə müraciət
Dünən, 14:16
Azərbaycanda dərsliklərə yeni mövzu əlavə ediləcək
Dünən, 13:40
Azərbaycan 121 ölkəyə məhsul satır, 160-dan alır
Dünən, 13:08
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum - Ölənlər var
Dünən, 12:30
Çörək bu qədər bahalaşa bilər - Qlobal buğda qiymətlərində artım
Dünən, 12:20
İlham Əliyev açılışda iştirak etdi - FOTOLAR
Dünən, 11:00
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Dünən, 10:38
İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi
Dünən, 10:29
Prezident Azərbaycanla BMT arasında imzalanan sazişi təsdiqlədi
9-09-2026, 13:40
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
9-09-2026, 13:39
Bu il birinci sinfə gedəcək uşaqların sayı məlum oldu
9-09-2026, 13:27
Nepalda ölənlərin sayı artır: Son məlumatlar açıqlandı
9-09-2026, 13:00
Qazaxıstana gəmi ilə gedə biləcəyik - ŞAD XƏBƏR
9-09-2026, 12:43
Azərbaycanda qiymətlər 5,7% artıb
9-09-2026, 12:30
Ceyhun Bayramov: "İqlim dəyişikliyinin təsirləri milli iqtisadiyyatlar üzərində təzyiqi artırır"
9-09-2026, 12:15
İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
9-09-2026, 12:00
Xalq artisti Zaur Rzayevin VƏZİYYƏTİ AÇIQLANDI
9-09-2026, 11:36
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsinin rəsmi açılışı olub