Ceyhun Bayramov: "İqlim dəyişikliyinin təsirləri milli iqtisadiyyatlar üzərində təzyiqi artırır"
Siyasət
9 sen 2026 | 12:30
Ceyhun Bayramov: "İqlim dəyişikliyinin təsirləri milli iqtisadiyyatlar üzərində təzyiqi artırır"
"İqlim dəyişikliyinin reallıqları artıq proqnozlardan ibarət deyil. Bu dəyişikliklərin təsirlərini dünyanın hər yerində, o cümlədən regionumuzda aydın şəkildə görmək mümkündür".

Azerimedia.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) tədbirinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, buna nümunə kimi Xəzər dənizini göstərmək olar:

"Son bir neçə ildə Xəzər dənizinin səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu gün Xəzərin sahilində, gözəl Bakı Bulvarı boyunca gördüyünüz mənzərə cəmi bir neçə onillik əvvəlki sahil xətti deyil. İqlim dəyişikliyinin artan təsirləri milli iqtisadiyyatlar və dövlət maliyyəsi üzərində təzyiqi artırır. Qlobal qeyri-sabitlik, münaqişələr və bazarlardakı dəyişkənlik də bu təzyiqləri daha da gücləndirir. Bu proseslər iqtisadiyyatın şaxələndirilməsini və enerji dayanıqlılığını milli təhlükəsizlik, iqtisadi sabitlik və uzunmüddətli dayanıqlılıq baxımından getdikcə daha vacib edir.

COP29 zamanı Bakıda iqlim maliyyələşdirilməsi, karbon bazarları və Paris Sazişinin digər istiqamətləri üzrə tarixi qərarlar qəbul edildi. Bu qərarlar iqlim fəaliyyətini sürətləndirməyə, öhdəliklərini yerinə yetirməyə hazır olan, lakin bunun üçün lazımi resurslara malik olmayan ölkələrə dəstək göstərməyə xidmət edir. "Bakıdan Belemə Yol Xəritəsi"nin də göstərdiyi kimi, onun ambisiyası 300 milyard ABŞ dollarından daha yüksək olmalıdır. Sözügedən yol xəritəsi iqlim maliyyəsinin 1 trilyon ABŞ dollarından artıq həcmdə səfərbər edilə biləcəyini nümayiş etdirdi.
Biz iqlim gündəliyində və onun hüdudlarından kənarda tərəqqinin təmin edilməsində fəal rolumuzu davam etdirməyə hazırıq. Bu çərçivədə beynəlxalq səviyyədə nümayiş etdirdiyimiz liderliyi ölkə daxilində qətiyyətli tədbirlərlə tamamlayırıq. Azərbaycan Qlobal Qiymətləndirmənin nəticələrinə uyğunlaşdırılmış üçüncü Milli Müəyyən Edilmiş Töhfəsini (NDC) təqdim edib.

Biz irihəcmli Günəş və külək layihələrini istifadəyə verməklə, hidroenerji imkanlarını genişləndirməklə və beynəlxalq tərəfdaşlarla təmiz enerji layihələri həyata keçirməklə bərpa olunan enerji güclərimizi artırırıq. 2030-cu ilə qədər artıq imzalanmış sazişlər əlavə olaraq təxminən 6 GVt günəş və külək enerjisi gücünün yaradılmasını nəzərdə tutur. Bu planlarla Azərbaycan 2030-cu ilə qədər qlobal bərpa olunan enerji gücünün üç dəfə artırılmasını nəzərdə tutan Birinci Qlobal Qiymətləndirmənin ambisiyasını aşmağa hazırdır.

Biz ənənəvi enerji istehsalçılarının yaşıl və dayanıqlı gələcəyin öncüllərinə çevrilə biləcəyini nümayiş etdirməkdə qərarlıyıq. Bütün bu istiqamətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzunmüddətli strateji baxışına möhkəm şəkildə əsaslanır.

Beynəlxalq səviyyədə isə iqlim diplomatiyasının və əlaqəli sahələrin inkişafında fəal rol oynamağa sadiq qalırıq".
Bu gün, 13:40
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
Bu gün, 13:39
Bu il birinci sinfə gedəcək uşaqların sayı məlum oldu
Bu gün, 13:27
Nepalda ölənlərin sayı artır: Son məlumatlar açıqlandı
Bu gün, 13:00
Qazaxıstana gəmi ilə gedə biləcəyik - ŞAD XƏBƏR
Bu gün, 12:43
Azərbaycanda qiymətlər 5,7% artıb
Bu gün, 12:30
Ceyhun Bayramov: "İqlim dəyişikliyinin təsirləri milli iqtisadiyyatlar üzərində təzyiqi artırır"
Bu gün, 12:15
İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
Bu gün, 12:00
Xalq artisti Zaur Rzayevin VƏZİYYƏTİ AÇIQLANDI
Bu gün, 11:36
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsinin rəsmi açılışı olub
Bu gün, 10:38
Valideynlərin DİQQƏTİNƏ - Bağçaya növbəyə yazılma prosesinə başlanılır
Dünən, 14:33
Bakı Olimpiya Stadionu nə vaxt hazır olacaq?
Dünən, 14:29
Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi - SƏRƏNCAM
Dünən, 14:00
"Qarabağ" daha bir futbolçusu ilə yollarını ayırdı - FOTO
Dünən, 13:30
Anar Ələkbərov "44" bədii filminin ilk tizerini yayımladı - VİDEO
Dünən, 13:07
Bərdə rayonunun böyük bir hissəsi SUSUZ QALDI
Dünən, 13:00
PISA 2025: Azərbaycanın iqtisadi rayonları üzrə şagirdlərin nəticələri AÇIQLANIB
Dünən, 12:12
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - VİDEO
Dünən, 12:08
"Azərbaycanda sel-daşqın hadisələri 10-15 dəfə artıb" - ADSEA rəsmisi
Dünən, 11:14
İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik etdi
Dünən, 10:30
Xəzərlə bağlı XƏBƏRDARLIQ: "Dəniz sahildən 12 kilometrədək uzaqlaşa bilər"
Dünən, 09:30
UEFA Çempionlar Liqasında yeni mövsüm başlayır: İlk turun qarşılaşmaları
7-09-2026, 16:16
Bakıda bu evlər söküldü - FOTO
7-09-2026, 16:12
Azərbaycanda pul bazası artdı
7-09-2026, 16:11
Kanaldan meyit tapıldı
7-09-2026, 15:30
Ötən həftə 1706,4 ha ərazi minalardan təmizlənib
7-09-2026, 15:26
Mustafa Qurbanlı: "Dronlar energetika sənayemizin vacib hissəsinə çevrilir"
7-09-2026, 15:00
Vətən müharibəsi ilə bağlı film ekranlara çıxır