"Azərbaycanda sel-daşqın hadisələri 10-15 dəfə artıb" - ADSEA rəsmisi
İqtisadiyyat
8 sen 2026 | 12:08
"Azərbaycanda sel-daşqın hadisələri 10-15 dəfə artıb" - ADSEA rəsmisi
"Əvvəllər ölkə ərazisində sel-daşqın hadisələri ildə təxminən 10-20 dəfə müşahidə olunurdusa, son illərdə bu göstərici təxminən 10-15 dəfə artıb".

Azerimedia.Az xəbər verir ki, bunu ADSEA sədrinin birinci müavini Xəyyam Məmmədov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu göstəricilər artıq yalnız infrastrukturun inkişafı və hadisələrə operativ reaksiyanın kifayət olmadığını göstərməklə daha proaktiv yanaşmaya keçidi tələb edir:



"Biz atmosferdə və çay hövzələrində baş verən prosesləri real vaxt rejimində izləməli, növbəti mərhələdə nə baş verəcəyini əvvəlcədən proqnozlaşdırmalı və mümkün təhlükələri əvvəlcədən müəyyən etməklə zəruri qabaqlayıcı tədbirlər görməliyik. Məhz bu baxımdan rəqəmsal texnologiyalar, erkən xəbərdarlıq sistemləri və süni intellektin inteqrasiyası mühüm rol oynaya bilər.

Hazırda ölkə üzrə çaylarda su axınlarının qiymətləndirilməsi məqsədilə 84 hidroloji məntəqə fəaliyyət göstərir. Onlardan 40 ədədində avtomatlaşdırılmış ölçü cihazlarından, 44-ündə isə ənənəvi metodlardan istifadə olunur. "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Milli Strategiya" çərçivəsində əsas məqsədimiz sözügedən müşahidə şəbəkəsini genişləndirmək, daha da modernləşdirmək və çevik, dəqiq və operativ məlumat bazası formalaşdırmaqdır. Bu addımlar çaylarda su sərfinin və su səviyyəsinin proqnozlaşdırılmasına, daşqın və quraqlıq risklərinin daha erkən müəyyən edilməsinə, riskli ərazilərin aşkarlanmasına və mümkün təsir zonalarının əvvəlcədən qiymətləndirilməsinə imkan verə bilər. Növbəti mərhələdə isə süni intellektin dəstəyi ilə tarixi hidroloji məlumatlar, meteoroloji müşahidələr, peyk məlumatları, CIS xəritələri və iqlim ssenariləri nəzərə alınmaqla təhlili iqlim risklərini erkən mərhələdə müəyyən etməyə imkan verə bilər.

Burada xüsusilə qeyd etmək istədiyim məqam inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında texnoloji və institusional potensial fərqdir. Qabaqcıl süni intellekt sistemləri böyük həcmdə yüksəkkeyfiyyətli məlumat, hesablama imkanları, texniki ekspertiza və maliyyə resursları tələb edir. Buna görə də beynəlxalq əməkdaşlıq yalnız texnologiya transferinə deyil, həmçinin milli potensialın və insan resurslarının inkişafına yönəlməlidir. Özəlliklə çay hövzələrini və iqlimlə əlaqəli riskləri bölüşən ölkələr arasında güclü regional əməkdaşlıq vacibdir. Çünki erkən xəbərdarlıq sisteminin yalnız bir ölkə daxilində qurulması gözlənilən effekti tam təmin edə bilməz. Təhlükəli hidrometeoroloji hadisələr geniş regional atmosfer və hidroloji proseslərin nəticəsidir və dövlət sərhədləri ilə məhdudlaşmır. Birgə əməkdaşlıq və koordinasiyalı məlumat mübadiləsi çay axınlarının proqnozlaşdırılması, su qıtlığı dövrlərinin müəyyən edilməsi, su anbarlarının idarə edilməsinin optimallaşdırılması və iqlim dəyişikliyinin su ehtiyatlarına təsirlərinin qiymətləndirilməsinə də müsbət təsir edəcək".
Bu gün, 13:40
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
Bu gün, 13:39
Bu il birinci sinfə gedəcək uşaqların sayı məlum oldu
Bu gün, 13:27
Nepalda ölənlərin sayı artır: Son məlumatlar açıqlandı
Bu gün, 13:00
Qazaxıstana gəmi ilə gedə biləcəyik - ŞAD XƏBƏR
Bu gün, 12:43
Azərbaycanda qiymətlər 5,7% artıb
Bu gün, 12:30
Ceyhun Bayramov: "İqlim dəyişikliyinin təsirləri milli iqtisadiyyatlar üzərində təzyiqi artırır"
Bu gün, 12:15
İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
Bu gün, 12:00
Xalq artisti Zaur Rzayevin VƏZİYYƏTİ AÇIQLANDI
Bu gün, 11:36
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsinin rəsmi açılışı olub
Bu gün, 10:38
Valideynlərin DİQQƏTİNƏ - Bağçaya növbəyə yazılma prosesinə başlanılır
Dünən, 14:33
Bakı Olimpiya Stadionu nə vaxt hazır olacaq?
Dünən, 14:29
Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi - SƏRƏNCAM
Dünən, 14:00
"Qarabağ" daha bir futbolçusu ilə yollarını ayırdı - FOTO
Dünən, 13:30
Anar Ələkbərov "44" bədii filminin ilk tizerini yayımladı - VİDEO
Dünən, 13:07
Bərdə rayonunun böyük bir hissəsi SUSUZ QALDI
Dünən, 13:00
PISA 2025: Azərbaycanın iqtisadi rayonları üzrə şagirdlərin nəticələri AÇIQLANIB
Dünən, 12:12
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - VİDEO
Dünən, 12:08
"Azərbaycanda sel-daşqın hadisələri 10-15 dəfə artıb" - ADSEA rəsmisi
Dünən, 11:14
İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik etdi
Dünən, 10:30
Xəzərlə bağlı XƏBƏRDARLIQ: "Dəniz sahildən 12 kilometrədək uzaqlaşa bilər"
Dünən, 09:30
UEFA Çempionlar Liqasında yeni mövsüm başlayır: İlk turun qarşılaşmaları
7-09-2026, 16:16
Bakıda bu evlər söküldü - FOTO
7-09-2026, 16:12
Azərbaycanda pul bazası artdı
7-09-2026, 16:11
Kanaldan meyit tapıldı
7-09-2026, 15:30
Ötən həftə 1706,4 ha ərazi minalardan təmizlənib
7-09-2026, 15:26
Mustafa Qurbanlı: "Dronlar energetika sənayemizin vacib hissəsinə çevrilir"
7-09-2026, 15:00
Vətən müharibəsi ilə bağlı film ekranlara çıxır