PISA 2025: Azərbaycanın iqtisadi rayonları üzrə şagirdlərin nəticələri AÇIQLANIB
Cəmiyyət
8 sen 2026 | 13:00
PISA 2025: Azərbaycanın iqtisadi rayonları üzrə şagirdlərin nəticələri AÇIQLANIB
"PISA 2025 nəticələrinə əsasən, Bakı iqtisadi rayonu riyazi savadlılıq üzrə 460 bal, təbiət elmləri üzrə 440 bal, oxu savadlılığı üzrə isə 405 bal toplayıb. Bu göstəricilər iqtisadi rayonlar arasında müvafiq olaraq riyazi və oxu savadlılığı üzrə ən yüksək nəticələr sırasındadır".

Azerimedia.Az xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə açıqlanıb.

Məlumata görə, Azərbaycanın iqtisadi rayonları üzrə nəticələr hər üç istiqamət - riyazi savadlılıq, təbiət elmləri və oxu savadlılığı üzrə təqdim olunub.

Riyazi savadlılıq üzrə ən yüksək nəticə Bakı iqtisadi rayonunda - 460 bal olub. Ardınca Abşeron-Xızı 449 bal, Gəncə-Daşkəsən 437 bal, Naxçıvan 436 bal və Şəki-Zaqatala 426 bal toplayıb.

Təbiət elmləri üzrə ən yüksək göstərici Naxçıvana - 421 bal məxsusdur. Gəncə-Daşkəsən 419 bal, Şəki-Zaqatala 413 bal, Bakı 405 bal, Dağlıq Şirvan isə 403 bal toplayıb.

Oxu savadlılığı üzrə isə Bakı 405 bal ilə iqtisadi rayonlar arasında ən yüksək nəticəni göstərib. Naxçıvan 385 bal, Gəncə-Daşkəsən 376 bal, Şəki-Zaqatala 374 bal, Abşeron-Xızı isə 393 bal nəticə əldə edib.

Digər iqtisadi rayonların nəticələrinə nəzər saldıqda, Lənkəran-Astara riyazi savadlılıq üzrə 392, təbiət elmləri üzrə 383, oxu savadlılığı üzrə 353 bal; Mil-Muğan müvafiq olaraq 360, 355 və 325 bal; Mərkəzi Aran 382, 378 və 341 bal; Qarabağ 372, 368 və 344 bal; Qazax-Tovuz 387, 373 və 340 bal toplayıb.

Quba-Xaçmaz üzrə göstəricilər 405, 397 və 357 bal, Şirvan-Salyan üzrə 393, 380 və 346 bal, Şərqi Zəngəzur üzrə isə 395, 387 və 357 bal təşkil edib.

Qeyd edək ki, təqdim olunan nəticələr iqtisadi rayonlar üzrə şagirdlərin riyazi savadlılıq, təbiət elmləri və oxu savadlılığı göstəricilərini əks etdirir.
Bu gün, 13:40
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
Bu gün, 13:39
Bu il birinci sinfə gedəcək uşaqların sayı məlum oldu
Bu gün, 13:27
Nepalda ölənlərin sayı artır: Son məlumatlar açıqlandı
Bu gün, 13:00
Qazaxıstana gəmi ilə gedə biləcəyik - ŞAD XƏBƏR
Bu gün, 12:43
Azərbaycanda qiymətlər 5,7% artıb
Bu gün, 12:30
Ceyhun Bayramov: "İqlim dəyişikliyinin təsirləri milli iqtisadiyyatlar üzərində təzyiqi artırır"
Bu gün, 12:15
İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
Bu gün, 12:00
Xalq artisti Zaur Rzayevin VƏZİYYƏTİ AÇIQLANDI
Bu gün, 11:36
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsinin rəsmi açılışı olub
Bu gün, 10:38
Valideynlərin DİQQƏTİNƏ - Bağçaya növbəyə yazılma prosesinə başlanılır
Dünən, 14:33
Bakı Olimpiya Stadionu nə vaxt hazır olacaq?
Dünən, 14:29
Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi - SƏRƏNCAM
Dünən, 14:00
"Qarabağ" daha bir futbolçusu ilə yollarını ayırdı - FOTO
Dünən, 13:30
Anar Ələkbərov "44" bədii filminin ilk tizerini yayımladı - VİDEO
Dünən, 13:07
Bərdə rayonunun böyük bir hissəsi SUSUZ QALDI
Dünən, 13:00
PISA 2025: Azərbaycanın iqtisadi rayonları üzrə şagirdlərin nəticələri AÇIQLANIB
Dünən, 12:12
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - VİDEO
Dünən, 12:08
"Azərbaycanda sel-daşqın hadisələri 10-15 dəfə artıb" - ADSEA rəsmisi
Dünən, 11:14
İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik etdi
Dünən, 10:30
Xəzərlə bağlı XƏBƏRDARLIQ: "Dəniz sahildən 12 kilometrədək uzaqlaşa bilər"
Dünən, 09:30
UEFA Çempionlar Liqasında yeni mövsüm başlayır: İlk turun qarşılaşmaları
7-09-2026, 16:16
Bakıda bu evlər söküldü - FOTO
7-09-2026, 16:12
Azərbaycanda pul bazası artdı
7-09-2026, 16:11
Kanaldan meyit tapıldı
7-09-2026, 15:30
Ötən həftə 1706,4 ha ərazi minalardan təmizlənib
7-09-2026, 15:26
Mustafa Qurbanlı: "Dronlar energetika sənayemizin vacib hissəsinə çevrilir"
7-09-2026, 15:00
Vətən müharibəsi ilə bağlı film ekranlara çıxır