DİM sədri ədalətli qiymətləndirmənin vacib prinsiplərindən danışdı
Cəmiyyət
10 sen 2026 | 17:48
DİM sədri ədalətli qiymətləndirmənin vacib prinsiplərindən danışdı
"İmtahan haqqında danışarkən biz daha çox suallar, nəticələr, ballar və statistikadan danışırıq. Amma hər imtahan minlərlə fərqli insan və fərqli həyat şəraiti deməkdir".

Azerimedia.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial media hesabında açıqlayıb.

O qeyd edib ki, DİM üçün ədalətli qiymətləndirmənin vacib prinsiplərindən biri budur: hər hansı imtahan iştirakçısının sağlamlıq imkanları onun bilik və bacarıqlarını nümayiş etdirməsinə mane olmamalıdır:

"Bəzən bunun üçün imtahan zalını dəyişmək lazımdır, bəzən əlavə vaxt vermək. Bəzən sualları oxuyan və cavabları qeyd edən xüsusi təlim keçmiş nəzarətçi ayırmaq, bəzən isə surdoköməkçi cəlb etmək, dinləmə tapşırıqlarını digər tapşırıqlarla əvəz etmək, xüsusi stol-stul hazırlamaq və ya iştirakçının zəruri tibbi cihazla imtahana daxil olmasına şərait yaratmaq gərəkir. Çünki bərabərlik hər kəsə eyni şeyi vermək deyil. Bu, hər kəsin öz biliyini bərabər şərtlərlə nümayiş etdirə bilməsi üçün ehtiyac duyduğu şəraiti yaratmaqdır. Bu yanaşma DİM-in imtahanların təşkili prosesində uzun illərdir tətbiq olunur.

2016-cı ildə sağlamlıq imkanları məhdud və ya inklüziv təhsil alan 132 iştirakçı üçün xüsusi imtahan şəraiti yaradılmışdısa, 2026-cı ildə bu rəqəm 929 nəfərə çatıb. Təkcə 2026-cı ildə 505 nəfər DİM-ə öncədən müraciət edərək ehtiyacına uyğun xüsusi imtahan şəraitinin yaradılmasını xahiş edib.

Bundan əlavə, ixtisaslaşmış xüsusi internat məktəblərinin buraxılış siniflərində təhsil alan 274 şagird üçün imtahan onların təhsil aldıqları müəssisələrdə, zəruri şərait yaradılmaqla təşkil edilib. Bu iştirakçıların ehtiyacları da eyni deyil. 2026-cı ildə müraciət edənlər arasında görmə və eşitmə məhdudiyyəti olan şəxslər, serebral iflic, autizm və epilepsiya spektrində olan iştirakçılar, əlil arabasından istifadə edənlər, yuxarı və aşağı ətraflarında məhdudiyyət olanlar, şəkərli diabet və digər xəstəliklərlə yaşayan şəxslər olub".

Sədr əlavə edib ki, buna görə də yaradılan şərait də fərdi ehtiyaca uyğun müəyyənləşdirilir:

"Görmə məhdudiyyəti olan iştirakçı üçün xüsusi təlim keçmiş nəzarətçi ayrılır, I qrup gözdən əlil şəxslərə əlavə vaxt verilir və vizual tapşırıqlar onların imkanlarına uyğunlaşdırılır. Eşitmə pozuntusu olan iştirakçı üçün zərurət olduqda surdoköməkçi ayrılır və xarici dil üzrə dinləmə mətnləri yazılı tapşırıqlarla əvəz olunur. Hərəkət məhdudiyyəti olan şəxslər üçün uyğun bina, mərtəbə və xüsusi stol-stul seçilir. Zəruri hallarda eşitmə cihazı, lupa, şəkər pompası və digər tibbi vasitələrdən istifadəyə də şərait yaradılır. İmtahanın nəticəsi hər kəs üçün eyni meyarlarla müəyyənləşir. Biz isə həmin nəticəyə gedən yolda heç kimin qarşısında maneə qalmamasına çalışırıq".
Dünən, 17:48
DİM sədri ədalətli qiymətləndirmənin vacib prinsiplərindən danışdı
Dünən, 16:51
Nazirlər Kabinetindən minatəmizləmə ilə bağlı qərar
Dünən, 16:05
Xocalıda mina partlayışı: Xəsarət alan ANAMA əməkdaşı əməliyyat olundu
Dünən, 16:04
Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB
Dünən, 15:31
Ermənilər Azıx mağarasından silah anbarı kimi istifadə edibmiş
Dünən, 15:22
Azərbaycanda küçə ticarətinə nəzarət artırılır
Dünən, 15:07
Avqust dünya tarixinin ən isti ayı oldu
Dünən, 15:03
AFFA hakimi təhqir edən futbolçuya ağır cəza verdi
Dünən, 14:40
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verildi
Dünən, 14:35
Bu sizdən asılıdır - Sürücülərə müraciət
Dünən, 14:16
Azərbaycanda dərsliklərə yeni mövzu əlavə ediləcək
Dünən, 13:40
Azərbaycan 121 ölkəyə məhsul satır, 160-dan alır
Dünən, 13:08
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum - Ölənlər var
Dünən, 12:30
Çörək bu qədər bahalaşa bilər - Qlobal buğda qiymətlərində artım
Dünən, 12:20
İlham Əliyev açılışda iştirak etdi - FOTOLAR
Dünən, 11:00
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Dünən, 10:38
İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi
Dünən, 10:29
Prezident Azərbaycanla BMT arasında imzalanan sazişi təsdiqlədi
9-09-2026, 13:40
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
9-09-2026, 13:39
Bu il birinci sinfə gedəcək uşaqların sayı məlum oldu
9-09-2026, 13:27
Nepalda ölənlərin sayı artır: Son məlumatlar açıqlandı
9-09-2026, 13:00
Qazaxıstana gəmi ilə gedə biləcəyik - ŞAD XƏBƏR
9-09-2026, 12:43
Azərbaycanda qiymətlər 5,7% artıb
9-09-2026, 12:30
Ceyhun Bayramov: "İqlim dəyişikliyinin təsirləri milli iqtisadiyyatlar üzərində təzyiqi artırır"
9-09-2026, 12:15
İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
9-09-2026, 12:00
Xalq artisti Zaur Rzayevin VƏZİYYƏTİ AÇIQLANDI
9-09-2026, 11:36
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsinin rəsmi açılışı olub