Xankəndidə yaşayan əhalinin sayı açıqlandı
Bölgə
11 sen 2026 | 12:18
Xankəndidə yaşayan əhalinin sayı açıqlandı
Hazırda Xankəndi şəhərində 28 mindən çox insan yaşayır. Onlar arasında dövlət və özəl sektorda çalışanlar, tələbələr və "Böyük Qayıdış" proqramı çərçivəsində mərhələli şəkildə doğma yurdlarına qayıdan ailələr var".

Azerimedia.Az xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Xankəndidə səfərdə olan Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə Mədəniyyət Mərkəzində keçirilən tədbirdə deyib.


Xüsusi nümayəndə qeyd edib ki, Xankəndi şəhərinin və Kərkicahan qəsəbəsinin sakinlərinin doğma torpaqlarına qayıdışı mərhələli şəkildə davam edir. Kərkicahan qəsəbəsində yaşayış evlərinin bərpası ilə yanaşı, şəhərdə yeni yollar salınır, binalar yenidən qurulur, müasir infrastruktur yaradılır.

Hazırda Xankəndidə 3 mindən çox tələbənin təhsil aldığını bildirən Elçin Yusubov onların şəhər əhalisinin təxminən 10 faizini təşkil etdiyini diqqətə çatdırıb.

Bildirilib ki, Xankəndidə aparılan bütün işlər şəhərin Baş Planına uyğun həyata keçirilir. Şəhərin ümumi memarlıq görünüşünə uyğun olmayan tikililər sökülür, onların yerində müasir tələblərə cavab verən yeni binalar və obyektlər inşa olunur. E.Yusubov vurğulayıb ki, Xankəndidə hazırda bir sıra iri layihələr həyata keçirilir. Görülən işlər nəticəsində şəhərin infrastrukturu yenilənir, yeni yaşayış və ictimai məkanlar yaradılır, sakinlərin rahat və təhlükəsiz yaşaması üçün hərtərəfli şərait formalaşdırılır.

Qeyd olunub ki, həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələri nəticəsində Xankəndi şəhəri müasir görkəm alır və yeni inkişaf mərhələsinə qədəm qoyur.
Bu gün, 14:24
Kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
Bu gün, 14:23
Səudiyyə Ərəbistanı Yəmənin Moxa hava limanına aviazərbələr endirib
Bu gün, 13:13
Ağdərədə mina partlaması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlandı
Bu gün, 12:30
Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçildi
Bu gün, 12:18
Xankəndidə yaşayan əhalinin sayı açıqlandı
Bu gün, 11:21
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Bu gün, 11:00
İctimai nəqliyyatda YENİ SİSTEM: Gediş haqqı artacaq?
Dünən, 17:48
DİM sədri ədalətli qiymətləndirmənin vacib prinsiplərindən danışdı
Dünən, 16:51
Nazirlər Kabinetindən minatəmizləmə ilə bağlı qərar
Dünən, 16:05
Xocalıda mina partlayışı: Xəsarət alan ANAMA əməkdaşı əməliyyat olundu
Dünən, 16:04
Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB
Dünən, 15:31
Ermənilər Azıx mağarasından silah anbarı kimi istifadə edibmiş
Dünən, 15:22
Azərbaycanda küçə ticarətinə nəzarət artırılır
Dünən, 15:07
Avqust dünya tarixinin ən isti ayı oldu
Dünən, 15:03
AFFA hakimi təhqir edən futbolçuya ağır cəza verdi
Dünən, 14:40
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verildi
Dünən, 14:35
Bu sizdən asılıdır - Sürücülərə müraciət
Dünən, 14:16
Azərbaycanda dərsliklərə yeni mövzu əlavə ediləcək
Dünən, 13:40
Azərbaycan 121 ölkəyə məhsul satır, 160-dan alır
Dünən, 13:08
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum - Ölənlər var
Dünən, 12:30
Çörək bu qədər bahalaşa bilər - Qlobal buğda qiymətlərində artım
Dünən, 12:20
İlham Əliyev açılışda iştirak etdi - FOTOLAR
Dünən, 11:00
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Dünən, 10:38
İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi
Dünən, 10:29
Prezident Azərbaycanla BMT arasında imzalanan sazişi təsdiqlədi
9-09-2026, 13:40
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
9-09-2026, 13:39
Bu il birinci sinfə gedəcək uşaqların sayı məlum oldu