8 Noyabr – Zəfər Günüdür

Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbə, uzun illər Ermənistanın işğalı altında qalan tarixi torpaqlarımızın azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir.
Müasir texnologiyalara və son nəsil silahlara malik olan Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və böyük Zəfərimizi xalqımızın tarixinə həkk etdi.
Azərbaycan 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 gün ərzində qələbə ilə başa çatdırdı. Döyüş əməliyyatları nəticəsində Müzəffər Azərbaycan Ordusu tərəfindən 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi.
Azərbaycan xalqının əzmi və iradəsi, ölkənin iqtisadi gücü, müasir ordu quruculuğu, xalq-iqtidar birliyi bu tarixi qələbəni təmin edən əsas amillər oldu. Dövlətimizin nüfuzunu daha da artıran, milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə hər il 8 Noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.
44 günlük Vətən müharibəsi Ali Baş Komandanın rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində xalqımızın möhtəşəm zəfəri ilə başa çatdı. Bu haqq savaşı Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Qələbə Ali Baş Komandanın qətiyyəti və siyasi iradəsi, Müzəffər Ordumuzun şücaəti, qəhrəman və cəsur əsgərlərimizin igidliyi, müqəddəs şəhidlərimizin qanı, eləcə də xalqımızın sarsılmaz birliyi hesabına qazanıldı.
Otuz illik münaqişəyə cəmi 44 gün ərzində son qoyan bu müharibə dünya hərb tarixinə misli görünməmiş zəfər nümunəsi kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bütün dünyaya nümayiş etdirdi. Buna görə də 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu xalqımızın şanlı qürur mənbəyi olaraq qalacaq.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Pərviz Abdullayev,
EPTAL Group MMC-nin direktoru
EPTAL Group MMC-nin direktoru
Bu gün, 14:14
Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub
Bu gün, 14:04
Abşeron rayonu Arxiv idarəsinin rəisi Fəxri Həsənov-8 noyabr Zəfər Gunu
Bu gün, 13:57
24 ilin sirri açıldı: Neft Akademiyasındakı qətldə keçmiş tələbə şübhəli bilinir
Bu gün, 13:55
Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Bu gün, 13:49
Onkoloji xəstəliklər icbari tibbi sığorta ilə qarşılanacaq?
Bu gün, 12:40
İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
Bu gün, 12:30
Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq
Bu gün, 11:50
Əcnəbilərin Azərbaycanda pulsuz qeydiyyatı ləğv oluna bilər
Bu gün, 11:38
Pekindən Bakıya mühüm mesaj: Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Bu gün, 11:36
Nazirlər Kabinetinə ayrılan vəsaitin həcmi artırılır
Bu gün, 11:17
Xidməti pasportun verilməsi ödənişli ola bilər - Yeni təklif
Bu gün, 10:13
Bakıda metro stansiyalarından biri yenidən qurulacaq
Bu gün, 09:13
8 Noyabr – Zəfər Günüdür
Bu gün, 09:10
Zəfər tariximiz
Dünən, 15:01
Bakıda bir marşrutun avtobusları yenilənir
Dünən, 15:00
Gələn il maaşlar bu qədər ARTACAQ
Dünən, 14:56
Bu şəxslərə 1 262 manat müavinət veriləcək
Dünən, 14:38
Bu istiqamətdə əlavə qatar reysləri açılır
Dünən, 14:20
Paşinyan Türkiyəyə gedir
Dünən, 13:58
Kuryerlərin vergiyə cəlb olunması - Qiymətlər artacaq?
Dünən, 13:24
Ərdoğan Azərbaycana gəlir - YENİLƏNDİ
Dünən, 13:00
“İsmayıl məqamı” sənədli filmi təqdim olundu - FOTOLAR
Dünən, 12:42
QMİ-dən Həcc ziyarəti ilə bağlı açıqlama: “Noyabrın sonunda bilinəcək”
Dünən, 12:30
Azərbaycanda saatlıq maaş sistemi tətbiq ediləcək
Dünən, 12:00
Uşağa qulluğa görə müavinət almaq qaydasında dəyişiklik
Dünən, 11:37
"İkinci əl" avtomobil almaq istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 11:35
Gələn il pensiyalar bu qədər ARTACAQ