24 ilin sirri açıldı: Neft Akademiyasındakı qətldə keçmiş tələbə şübhəli bilinir

Azerimedia.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.
Belə ki, 7 oktyabr 2002-ci il tarixdə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) inzibati binasının həyətində mühafizəçi Məhəmmədəli Məhərrəmovun kəsici-deşici alətlə qəsdən öldürülməsi, ali tədris müəssisəsinin inzibati binasından müxtəlif əşyaların oğurlanması faktına dair Nəsimi Rayon Prokurorluğunda başlanmış cinayət işinin icraatı təzələnərək çoxsaylı prosessual hərəkətlər icra olunub.
Həyata keçirilən tədbirləri nəticəsində əldə olunan dəlillərin təhlili nəticəsində qeyd olunan cinayətin həmin ali tədris müəssisəsindən 1997-ci ildə xaric olunmuş, əvvəllər müxtəlif cinayətlərə görə bir neçə dəfə məhkum olunmuş, 1979-cu il təvəllüdlü Cahangirov Vüqar Rəhim oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Vüqar Cahangirov cari il noyabrın 4-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulub, noyabrın 6-da isə Cinayət Məcəlləsinin 120.2.3, (zərərçəkmiş şəxsi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.5 (tamah məqsədilə qəsdən adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə məqsədi ilə qəsdən adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əvvəlki illərdə törədilmiş və bağlı qalmış cinayətlərin açılması, həmin əməlləri törətmiş şəxslərin müəyyən edilərək qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə prokurorluq tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər davam etdirilir.
Bu gün, 14:14
Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub
Bu gün, 14:04
Abşeron rayonu Arxiv idarəsinin rəisi Fəxri Həsənov-8 noyabr Zəfər Gunu
Bu gün, 13:57
24 ilin sirri açıldı: Neft Akademiyasındakı qətldə keçmiş tələbə şübhəli bilinir
Bu gün, 13:55
Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Bu gün, 13:49
Onkoloji xəstəliklər icbari tibbi sığorta ilə qarşılanacaq?
Bu gün, 12:40
İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
Bu gün, 12:30
Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq
Bu gün, 11:50
Əcnəbilərin Azərbaycanda pulsuz qeydiyyatı ləğv oluna bilər
Bu gün, 11:38
Pekindən Bakıya mühüm mesaj: Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Bu gün, 11:36
Nazirlər Kabinetinə ayrılan vəsaitin həcmi artırılır
Bu gün, 11:17
Xidməti pasportun verilməsi ödənişli ola bilər - Yeni təklif
Bu gün, 10:13
Bakıda metro stansiyalarından biri yenidən qurulacaq
Bu gün, 09:13
8 Noyabr – Zəfər Günüdür
Bu gün, 09:10
Zəfər tariximiz
Dünən, 15:01
Bakıda bir marşrutun avtobusları yenilənir
Dünən, 15:00
Gələn il maaşlar bu qədər ARTACAQ
Dünən, 14:56
Bu şəxslərə 1 262 manat müavinət veriləcək
Dünən, 14:38
Bu istiqamətdə əlavə qatar reysləri açılır
Dünən, 14:20
Paşinyan Türkiyəyə gedir
Dünən, 13:58
Kuryerlərin vergiyə cəlb olunması - Qiymətlər artacaq?
Dünən, 13:24
Ərdoğan Azərbaycana gəlir - YENİLƏNDİ
Dünən, 13:00
“İsmayıl məqamı” sənədli filmi təqdim olundu - FOTOLAR
Dünən, 12:42
QMİ-dən Həcc ziyarəti ilə bağlı açıqlama: “Noyabrın sonunda bilinəcək”
Dünən, 12:30
Azərbaycanda saatlıq maaş sistemi tətbiq ediləcək
Dünən, 12:00
Uşağa qulluğa görə müavinət almaq qaydasında dəyişiklik
Dünən, 11:37
"İkinci əl" avtomobil almaq istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 11:35
Gələn il pensiyalar bu qədər ARTACAQ