Nazir məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə münasibət bildirib
Bölgə
10 iyl 2025 | 15:58
Elm və təhsil naziri Emin Əmrullayev rus dilində tədrisin dayandırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazir ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib ki, Azərbaycanda rus bölmələri bağlanacaq deyə bir şey yoxdur.

“Bizdə rus bölmələri var. Həmin məktəblərin yaxşı nəticələri də var. Belə məsələlərdə rəsmi xəbərlərə diqqət etmək lazımdır. Azərbaycanda bütün məktəblər Azərbaycan məktəbidir və onlar bu dili yaxşı bilməlidir. İki məsələni bir-birinə qatmaq olmaz. Biz də istəyirik ki, bizim uşaqlar rus dilini, digər dilləri də yaxşı bilsin. Amma bir dili öyrənmək dövlət dilini kənarda qoymamalıdır”, - nazir qeyd edib.

Nazir əlavə edib ki, bu gün ölkədəki məktəblərdə rus dili fəni üzrə müəllim çatışmazlığı var: “Şagirdin hansı bölmədə oxumasından asılı olmayaraq ana dilini yaxşı bilməsi öncəliyimizdir. Çünki şagird dövlət büdcəsi hesabına təhsil alırsa, ondan Azərbaycan dili biliyini tələb etmək haqqımız da var.

Eyni zamanda müəllimlərin işə qəbulu prosesində rus bölməsi üzrə namizədlərin maksimum balı 50-60 arasıdır. Azərbaycan bölməsi üzrə isə göstərici 80-dən yuxarıdır. Buna görə də rus bölməsinə məcbur qalıb yarıbayarı nəticə göstərən müəllimi işə götürək, çünki başqası yoxdur”.
Bu gün, 14:10
AAYDA-nın bir qurumu LƏĞV OLUNDU
Bu gün, 14:09
Hikmət Hacıyev: "Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub"
Bu gün, 14:07
Kürdəmir stansiyasının açılışı olub - FOTO
Bu gün, 14:06
Dərnəgül dayanacağı qısa zamanda istifadəyə veriləcək
Bu gün, 12:26
Paşinyan: Metastaz veriblər, cərrəhi əmaliyyat lazımdı, ya da Nuhun gəmisinə mindirib…
Bu gün, 12:24
Bakıdan Kürdəmirə yola düşmüş rəmzi qatar təyinat məntəqəsinə çatıb - YENİLƏNİB
Bu gün, 12:20
Bu kəndə getmək mümkün deyil - Vəziyyət ağırlaşır
Bu gün, 12:07
Azərbaycan və Moldova prezidentlərinin Antalyada görüşü olub - FOTO
Bu gün, 11:30
İlham Əliyevin Antalyada Tufan Erhürmanla görüşü olub - FOTO
Bu gün, 11:17
Sahibə Qafarova ilə Alen Simonyanın görüşü başlayıb
Bu gün, 11:15
Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir - FOTO
Bu gün, 11:08
"Space" telekanalı BAĞLANIR?
Bu gün, 11:00
İlham Əliyevin Antalyada Əhməd əş-Şaraa ilə görüşü olub - FOTO
Bu gün, 10:30
Yaxın Şərq gərginliyi Almaniya iqtisadiyyatını vurdu: Hökumət ÜDM artımı proqnozunu azaltmağa hazırlaşır
Bu gün, 10:22
Tramp Meloniyə barmaq silkələdi: Kömək etməyəcəyik
Bu gün, 10:12
Dörd ay öncə direktor müavini təyin edilən Vasif Müslümova YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO
Bu gün, 10:03
10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət - VİDEO
Dünən, 15:00
Vətən müharibəsi qazisinə VƏZİFƏ VERİLDİ - FOTO
Dünən, 14:49
Azərbaycan və Rusiya rəsmiləri Zəngilanda
Dünən, 14:47
Yeni baş məşqçi özünə daha bir azərbaycanlı köməkçi götürdü
Dünən, 14:46
May ayının qeyri-iş günləri AÇIQLANDI
Dünən, 14:41
Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir
Dünən, 14:40
Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"
Dünən, 13:54
Paşinyan gördüklərindən danışdı: Ermənilər Azərbaycanla sülhə necə baxır?
Dünən, 13:30
İranın ali rəhbərinin müşaviri ABŞ hərbi gəmilərini batırmaqla hədələdi
Dünən, 13:03
Azərbaycanın bu il ərzində təbii qazdan qazancı AÇIQLANDI
Dünən, 13:02
Qarabağ və Şərqi Zəngəzurda 4 min kilometrə yaxın avtomobil yolu çəkiləcək - VİDEO