Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir
Siyasət
16 apr 2026 | 14:41
Bu gün Zəngilan şəhərində Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir.

Azerimedia.Az xəbər verir ki, iclas çərçivəsində iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi nəzərdə tutulur.

Görüşdə ticarət dövriyyəsinin artırılması, sənaye kooperasiyası, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri əsas müzakirə mövzuları olacaq.

Hökumətlərarası Dövlət Komissiyasının həmsədrləri Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçukdur.

Bununla yanaşı, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə əməkdaşlığın inkişafı, tranzit imkanlarının artırılması və regional layihələrdə qarşılıqlı iştirak məsələlərinin də gündəlikdə yer alacağı gözlənilir.

İclasın yekununda tərəflər arasında iqtisadi əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən sənədlərin imzalanması planlaşdırılır.

Komissiyanın 23-cü iclası 2025-ci il avqust 22-də Rusiyanın Həştərxan şəhərində keçirilib.

14:16

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclasının iştirakçıları Zəngilan şəhərinə gediblər.

Azerimedia.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev hər iki tərəfin nümayəndə heyətinə Zəngilan şəhəri barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, artıq Zəngilanda bir çox yenidənqurma işləri görülüb. Zəngilan şəhərində 2-ci, 3-cü, 4-cü yaşayış komplekslərinin, uşaq bağçasının təməli qoyulub. Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı olub. Oxçuçayın rayon ərazisindən keçən hissəsində tikilmiş "Cahangirbəyli" Su Elektrik Stansiyası istismara verilib. Heydər Əliyev Fondu tərəfindən Zəngilan şəhər məscidi inşa edilib. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb.

Tədbir iştirakçıları görülmüş işlərlə yaxından tanış olublar.

13:28

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının iştirakçıları aprelin 16-da Zəngilan rayonuna səfər ediblər.

Azerimedia.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Zəngilan Beynəlxalq Hava Limanında qonaqları Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar.

İclas iştirakçıları əvvəlcə Zəngilan rayonunun Ağalı kəndi ilə tanış olublar.

Məlumat verilib ki, Ağalı kəndində "ağıllı kənd" layihəsi çərçivəsində genişmiqyaslı bərpa və tikinti işləri həyata keçirilib. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilana "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. 2022-ci il iyulun 19-da Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılıb. Böyük Qayıdışın başlanğıcı olan bu proses yaddaqalan hadisə kimi tarixə düşüb.

Diqqətə çatdırılıb ki, kəndin bütün evlərinə müasir kommunikasiya xətləri çəkilib, qazlaşdırma tam təmin olunub, hər bir ev kombi sistemi ilə təchiz edilib. Bununla yanaşı, ərazidə yol və səkilərin abadlaşdırılması, ictimai binaların və infrastruktur obyektlərinin istifadəyə hazırlanması istiqamətində də işlər görülüb.

Qeyd edək ki, Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclasına Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfdən isə baş nazirin müavini Aleksey Overçuk həmsədrlik edəcəklər. İclasa hər iki ölkənin müvafiq nazirlik və qurumlarının nümayəndələri qatılacaqlar.
Bu gün, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
Bu gün, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
Bu gün, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
Bu gün, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
Bu gün, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
Bu gün, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
Bu gün, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
Bu gün, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
Bu gün, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Bu gün, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
Dünən, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
Dünən, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Dünən, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
Dünən, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
Dünən, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
Dünən, 13:31
Onlar vergidən 20 il azad edildilər
Dünən, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Dünən, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
Dünən, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
Dünən, 10:32
Zakir Həsənov onlara müraciət etdi
Dünən, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
Dünən, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
Dünən, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
Dünən, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
29-09-2026, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
29-09-2026, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
29-09-2026, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi