Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
Gündəm
28 sen 2026 | 14:20
Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə sentyabrın 28-də Azərbaycan Respublikası Baş Prokurorluğunda tədbir keçirilib.

Azerimedia.Az-ın məlumatına görə, əvvəlcə Baş Prokurorluğun rəhbərliyi Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları ziyarət olunub, gül dəstələri qoyulub.

Daha sonra prokurorluğun kollektivi Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə gül dəstələri qoyub.

Qurumun inzibati binasında davam etdirilən tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan əməkdaşları və veteranları peşə bayramı münasibətilə təbrik edib, Azərbaycan Prokurorluğunun 108 illik inkişaf yoluna nəzər salıb, qarşıda duran vəzifələrdən danışıb.

Çıxış zamanı müasir Azərbaycan Prokurorluğunun formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi və institusional islahatların prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə verdiyi töhfələr xüsusi vurğulanıb.

Həmçinin, çıxışda ölkəmizdə hüquq və qanunçuluq institutlarının inkişafına, insan hüquq və azadlıqlarının qorunmasına, sosial və humanitar dəyərlərin təşviqinə göstərilən yüksək dövlət diqqətindən bəhs edilərkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətin də mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Tədbirdə, son illərdə prokurorluğun maddi-texniki bazasının gücləndirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi, "Elektron Prokurorluq" informasiya sisteminin inkişaf etdirilməsi, işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin bərpası və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Tədbirdə xidməti fəaliyyətlərində fərqlənmiş bir qrup prokurorluq əməkdaşının təltif olunması mərasimi keçirilib.
Daha sonra prokurorluq veteranları çıxış edərək Azərbaycan Prokurorluğunun keçdiyi 108 illik şərəfli inkişaf yolundan, prokurorluq peşəsinin ənənələrindən və müxtəlif nəsilləri təmsil edən əməkdaşların qanunçuluğun təmin olunması istiqamətində fəaliyyətindən bəhs ediblər.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş "108 il - Qanunun keşiyində" adlı qısametrajlı sənədli film nümayiş etdirilib.

Filmdə Azərbaycan Prokurorluğunun 108 illik tarixi, formalaşması və inkişaf mərhələləri, Ulu Öndər Heydər Əliyevin prokurorluq orqanlarının inkişafında rolu, müasir dövrdə həyata keçirilən hüquqi və institusional islahatlar, eləcə də müxtəlif nəsilləri təmsil edən prokurorluq əməkdaşlarının peşəyə münasibəti öz əksini tapıb.

Sənədli filmdə veteran və hazırda prokurorluq orqanlarında çalışan əməkdaşların "Prokurorluq sizin üçün nə ifadə edir?" sualına verdikləri cavablar vasitəsilə peşənin nəsillərarası varisliyi, dövlətə və qanuna sədaqət, ədalət və məsuliyyət anlayışları ön plana çəkilib.

Tədbirə yekun vurularkən prokurorluq əməkdaşlarının bundan sonra da qanunun aliliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, dövlətçilik ənənələrinin və ictimai maraqların qorunmasına layiqli töhfələr verəcəklərinə əminlik ifadə olunub.
Bu gün, 14:20
Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
Bu gün, 14:17
Hindistanda daşqınlar: Çox sayda insan həlak olub
Bu gün, 14:10
İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır - DTA sədri
Bu gün, 13:00
Bakının bəzi mərkəzi küçələrində hərəkət hər gün məhdudlaşacaq - FOTO
Bu gün, 12:30
Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək
Bu gün, 11:27
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
Bu gün, 11:26
"Birliyin Gücü - 2026”: Mühəndis bölmələri peşəkarlıq nümayiş etdirdilər
Bu gün, 11:20
Ərdoğan İlham Əliyevə zəng etdi
Bu gün, 10:51
Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO
Bu gün, 10:45
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Bu gün, 10:29
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Bu gün, 10:18
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - ADLAR
Bu gün, 09:33
Qaxda evdə dava: Ata oğlunu bıçaqladı
25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA
24-09-2026, 16:11
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
24-09-2026, 16:10
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
24-09-2026, 16:00
Prezident icra başçısını vəzifəsindən azad etdi
24-09-2026, 12:30
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq