Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb

Azerimedia.Az xəbər verir ki, bunu "AzerGold" QSC İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda yerləşən qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir:
"Hazırda Ağdərə rayonunun Canyataq kəndi ərazisində yerləşən "Dəmirli" mis mədənində istismar işlərinə başlanılıb. Kəlbəcər rayonunda isə yaxın dövrdə hasilatın başlanması nəzərdə tutulur.

Zəngilan rayonunda mövcud ehtiyatların müasir geoloji üsullarla yenidən qiymətləndirilməsi, resurs bazasının dəqiqləşdirilməsi və gələcək hasilat üçün zəruri texniki və infrastruktur işləri görülür.
Qarabağla yanaşı, ətraf rayonlarda da böyük mineral resurs potensialı mövcuddur. Bu səbəbdən ən müasir geoloji texnologiyalar tətbiq edilməklə genişmiqyaslı kəşfiyyat işlərinə start verilib və yeni yataqların müəyyənləşdirilməsi hədəflənir".
Zakir İbrahimov Naxçıvan Muxtar Respublikasının da Dövlət Proqramının mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Naxçıvanda həm sovet dövründə, həm də sonrakı illərdə geoloji kəşfiyyat işləri kifayət qədər aparılmayıb:
"Bu bölgəmiz də yüksək mineral potensiala malikdir və burada geoloji kəşfiyyat işlərinin geniş şəkildə başlanması Dövlət Proqramının mühüm istiqamətlərindən biridir".
Sədr bildirib ki, sentyabrın 22-də keçirilmiş müşavirədə Prezident tərəfindən bu istiqamətlər üzrə konkret vəzifələr müəyyənləşdirilib.
"Xüsusilə mövcud yataqların müasir üsullarla yenidən qiymətləndirilməsi, geoloji kəşfiyyat işlərinin genişləndirilməsi, filizdən son məhsula qədər tam istehsal zəncirinin formalaşdırılması və sahəyə özəl investisiyaların cəlb edilməsi əsas istiqamətlər kimi diqqətə çatdırılıb", - deyə o əlavə edib.
Zakir İbrahimovun sözlərinə görə, Dövlət Proqramının qəbul edilməsi qlobal iqtisadiyyatda dağ-mədən sənayesinin rolunun dəyişdiyi bir dövrə təsadüf edir. Yaşıl enerji keçidi, elektrikləşmə, rəqəmsallaşma və yüksək texnologiyaların inkişafı mis, sink, qurğuşun, dəmir və digər metal filizlərinə, eləcə də kritik mineral xammala tələbatı artırır.
Z.İbrahimov qeyd edib ki, qlobal təchizat zəncirlərinin dayanıqlılığı və mineral resursların təhlükəsizliyi məsələləri də getdikcə daha çox ön plana çıxır.
Bu gün, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
Bu gün, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
Bu gün, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA
Bu gün, 16:11
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bu gün, 16:10
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Bu gün, 16:00
Prezident icra başçısını vəzifəsindən azad etdi
Bu gün, 12:30
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Bu gün, 11:38
Yoxlamalara dair yeni qadağa qoyulur
Bu gün, 11:36
22 motosikletçi saxlanıldı
Bu gün, 10:00
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 09:51
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Bu gün, 09:49
Laçında dağlıq ərazidə YANĞIN - FOTO/VİDEO
Bu gün, 09:46
UEFA Millətlər Liqasında start: İlk gündə səkkiz qarşılaşma
Bu gün, 09:18
Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
Dünən, 17:30
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI
Dünən, 16:31
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - QİYMƏT bəlli oldu
Dünən, 16:12
Azərbaycanda tikinti xərcləri sürətlə artır: Bəzi məhsullar kəskin bahalaşdı
Dünən, 16:05
İlham Əliyevdən "AzerGold"la bağlı SƏRƏNCAM
Dünən, 13:31
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
Dünən, 13:25
İlham Əliyev əfv sərəncamı imzaladı
Dünən, 11:49
AZAL Brüsselə birbaşa uçuşlara başlayır
Dünən, 11:32
Prezident Estoniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Dünən, 11:27
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı
Dünən, 10:35
Kolleclərin boş qalan plan yerlərinə QƏBUL BAŞLADI
Dünən, 10:30
Azərbaycanda yeni iş yerləri yaradılacaq
Dünən, 09:44
Futbol millimiz Tacikistan yığması ilə qarşı-qarşıya
Dünən, 09:42
Bakıda bir marşrutun hərəkət sxemi dəyişdirildi