Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA

Bildirilib ki, xüsusilə səhər saatlarında Bakıxanov stansiyasından Bakı Dəmiryol Vağzalı istiqamətində qatarların sayı kifayət etmir. Onun sözlərinə görə, səhər saatlarında, əsasən, 06:58 və 07:28 reyslərindən istifadə etmək mümkün olur.
Qeyd edilib ki, 07:28-də hərəkət etməli olan qatar bəzi hallarda gecikərək təxminən 07:34-də stansiyaya çatır. Növbəti reysin də gec vaxta düşməsi sərnişinlərin sayının kəskin artmasına və qatarlarda ciddi sıxlıq yaranmasına səbəb olur.
Sərnişinin sözlərinə görə, hər gün yüzlərlə insan işə getmək üçün həmin marşrutdan istifadə edir və səhər saatlarında yaranan sıxlıq, eləcə də mümkün gecikmələr sərnişinlərin işə vaxtında çatmasını çətinləşdirir.
Müraciətdə bildirilib ki, məsələ ilə bağlı artıq aidiyyəti quruma rəsmi müraciət də göndərilib.
Sərnişinlər səhər saatlarında əlavə reyslərin təşkil olunmasını və ya qatarlar arasındakı intervalın azaldılmasını xahiş edirlər.
"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, ADY Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların qrafikini davamlı olaraq optimallaşdırır.

"Sərnişin tələbatının qarşılanması məqsədilə hazırda həftəiçi gündəlik reyslərin sayı 108-ə çatdırılıb. Bakıxanov dayanacağından Bakı Dəmiryol Vağzalına doğru həftəiçi gün ərzində 39 reys, o cümlədən səhər saatlarında - saat 06:35, 06:58, 07:23, 07:37, 07:50, 07:59, 08:10, 08:25, 08:36, 08:46-da reyslər həyata keçirilir.
Sərnişin qatarlarının hərəkət qrafiki tərtib olunarkən sərnişin tələbatı, qrafikin sərnişinlərin gediş-gəliş vaxtlarına uyğunlaşdırılması, mövcud qatar sayı, qatarlara davamlı baxış üçün müddət ayrılması, tək xətli dəmir yollarında qatarların qarşılaşma məntəqələri, qarşıdan gələn qatarların eyni vaxtda eyni sahəyə daxil olmaması, qatarların keçid vaxtları arasında təhlükəsizlik intervalı, yük əməliyyatları, qatarlara sahələr üzrə icazə verilən sürət həddi, stansiyalarda dayanma müddəti, texniki, istismar və təhlükəsizlik amilləri və s. kompleks şəkildə nəzərə alınır.
Onu da qeyd edək ki, 15 sentyabrdan etibarən ADY tərəfindən gündəlik 52 minə yaxın sərnişin daşınır ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə təqribən 25 faiz çoxdur", - deyə B.Hacıyev bildirib.
Bu gün, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
Bu gün, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
Bu gün, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Bu gün, 14:00
İran yeni silahlar hazırlayır
Bu gün, 13:50
Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 13:25
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli oldu
Bu gün, 13:00
Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?
Bu gün, 12:30
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi
Bu gün, 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
Bu gün, 10:33
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?
Bu gün, 10:00
Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
Dünən, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
Dünən, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
Dünən, 16:52
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB
Dünən, 14:59
Səhiyyə nazirinə yeni müavin təyin olundu
Dünən, 14:20
Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
Dünən, 14:17
Hindistanda daşqınlar: Çox sayda insan həlak olub
Dünən, 14:10
İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır - DTA sədri
Dünən, 13:00
Bakının bəzi mərkəzi küçələrində hərəkət hər gün məhdudlaşacaq - FOTO
Dünən, 12:30
Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək
Dünən, 11:27
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
Dünən, 11:26
"Birliyin Gücü - 2026”: Mühəndis bölmələri peşəkarlıq nümayiş etdirdilər
Dünən, 11:20
Ərdoğan İlham Əliyevə zəng etdi
Dünən, 10:51
Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO
Dünən, 10:45
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Dünən, 10:29
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Dünən, 10:18
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - ADLAR