Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
Mədəniyyət
29 sen 2026 | 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"


"Cabir İmanovun vəfatından bir il ötür. Onsuz bütöv bir il. Bu bir il ərzində elə bir gün olmayıb ki, onunla daxilimdə söhbət etməyim".
Azerimedia.az xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə “Parni iz Baku” KVN komandasının üzvü, mərhum aktyor Cabir İmanovun ildönümü ilə bağlı yazarkən qeyd edib:

"Biz həmişə zarafatlaşardıq və bu, o artıq aramızda olmasa da, indi də davam edir. Bəlkə də ona görə ki, mənim üçün o hələ də yaşayır. Haradasa yaxındadır. Sadəcə burada deyil.

Hər gün dualar oxuyuram. Həmin dualarda isə təkcə bir istəyim deyil, həm də bir söhbət var. Əvvəlki kimi... “Polis olmaq istəyirəm” adlı kitab işıq üzü görüb. Bu kitabı Cabir İmanovun əziz xatirəsinə həsr etmişik. Kitab məhz bu tarixə təsadüfən çıxmayıb. Çünki bu, onun arzusu idi və indi kağız üzərində sözlərə çevrilib. Cabir uşaqlıqdan polis olmaq istəyirdi. Xidmətə başlayanda isə bu xəbəri ilk bölüşdüyü insanlardan biri əmim Arif - mənim atam olub. O istəyirdi ki, atam bunu bilsin. Onun qürurunu görmək istəyirdi. Həyatında önəmli yeri olan insanla bu sevinci paylaşmaq istəyirdi.

İndi onların hər ikisi həyatda yoxdur. Mən isə qalmışam bu kitabla, dualarla və artıq heç kimin eşitmədiyi, amma hələ də içimdə səslənən zarafatlarla. Qoy, bu kitab vida deyil, davam olsun. Çünki biz onları xatırladıqca, onlar bizimlədir. Onlarla danışdıqca, bizi eşidirlər. Sevdikcə isə yaşayırlar".

Qeyd edək ki, əməkdar artist Cabir İmanov ötən ilin sentyabrın 29-da 49 yaşında dünyasını dəyişib. Aktyor paytaxtın Səbail rayonunda yerləşən idman zallarından birində olarkən səhhəti qəfil pisləşərək, infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bu gün, 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
Bu gün, 10:33
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?
Bu gün, 10:00
Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
Dünən, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
Dünən, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
Dünən, 16:52
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB
Dünən, 14:59
Səhiyyə nazirinə yeni müavin təyin olundu
Dünən, 14:20
Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
Dünən, 14:17
Hindistanda daşqınlar: Çox sayda insan həlak olub
Dünən, 14:10
İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır - DTA sədri
Dünən, 13:00
Bakının bəzi mərkəzi küçələrində hərəkət hər gün məhdudlaşacaq - FOTO
Dünən, 12:30
Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək
Dünən, 11:27
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
Dünən, 11:26
"Birliyin Gücü - 2026”: Mühəndis bölmələri peşəkarlıq nümayiş etdirdilər
Dünən, 11:20
Ərdoğan İlham Əliyevə zəng etdi
Dünən, 10:51
Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO
Dünən, 10:45
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Dünən, 10:29
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Dünən, 10:18
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - ADLAR
Dünən, 09:33
Qaxda evdə dava: Ata oğlunu bıçaqladı
25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər