Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
Siyasət
1 okt 2026 | 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində oktyabrın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib.

Azerimedia.Az xəbər verir ki, iclasda Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev və digər üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərləri iştirak ediblər.

Nazir V.Mustafayev iclası açıq elan edərək tədbir iştirakçılarını salamlayıb, onları Azərbaycanda görməkdən məmnunluğunu bildirib.

O qeyd edib ki, iclasın "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ilə eyni vaxtda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu, yalnız müzakirə aparmaq deyil, eyni zamanda ölkələrimizin real sənaye imkanlarını, texnologiyalarını və potensial tərəfdaşlarını bir məkanda görmək imkanı verir.

V.Mustafayev türk dövlətləri arasında münasibətlərin bu gün yüksək səviyyəli dialoq, qarşılıqlı etimad və ortaq maraqlar üzərində inkişaf etdiyini, müdafiə sənayesi sahəsində əməkdaşlığın bu münasibətlərin getdikcə daha praktik və strateji istiqamətlərindən birinə çevrildiyini diqqətə çatdırıb.

İclasda kadr və mühəndislik potensialı, institusional əməkdaşlıq, birgə istehsal və sənayesi kooperasiyası, tədqiqat, inkişaf və yeni texnologiyalar istiqamətində müzakirələr aparılıb, təşkilatın Baş katibi və üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərləri çıxış ediblər.

Sonda TDT-yə üzv dövlətlər arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsi qəbul edilib.

Qeyd edək ki, TDT-yə üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin birinci iclası ötən il Türkiyənin İstanbul şəhərində "IDEF 2025" sərgisi çərçivəsində keçirilib.





Bu gün, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
Bu gün, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
Bu gün, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
Bu gün, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
Bu gün, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
Bu gün, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
Bu gün, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
Bu gün, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
Bu gün, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Bu gün, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
Dünən, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
Dünən, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Dünən, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
Dünən, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
Dünən, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
Dünən, 13:31
Onlar vergidən 20 il azad edildilər
Dünən, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Dünən, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
Dünən, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
Dünən, 10:32
Zakir Həsənov onlara müraciət etdi
Dünən, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
Dünən, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
Dünən, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
Dünən, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
29-09-2026, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
29-09-2026, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
29-09-2026, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi