Nazir: "Əhalinin bir hissəsinin formal peşə və ya ixtisası yoxdur"
Bölgə
30 iyl 2025 | 11:49
"Peşə təhsilinə marağın artırılması, müasir əmək bazarına uyğunlaşdırılması və daha çevik modellərlə təşkili vacibdir".

Bunu elm və təhsil naziri Emin Əmrullayevin "Bərpa olunan enerji qurğu və avadanlıqlarının istismarı" üzrə Mükəmməllik Mərkəzi və emalatxanalarının açılış mərasimində deyib.

O bildirib ki, peşə təhsilinin Azərbaycan təhsil sistemində vacib yerlərdən birini tutması əsas məqsədlərdən biridir, lakin bu sahədəki gözləntilər ilə mövcud reallıq arasında fərqlər öz aktuallığını qoruyur:

"Ümumi göstəricilərə əsaslansaq, ölkədə illik təxminən 150 min nəfər orta təhsil səviyyəsini başa vurur. Bu məzunların yalnız təxminən 60 minə yaxını ali təhsilə qəbul olunur. Peşə təhsili alanların sayı isə hazırda 30 min nəfər ətrafındadır. Bu rəqəm cari ilin deyil, əvvəlki illərdə qəbul olunan tələbələri də əhatə edir. Halbuki orta təhsil səviyyəsində olan 100 mindən artıq insan potensial olaraq peşə təhsili almaq imkanı əldə edə bilər. Bu baxımdan, peşə təhsilinin inkişafı həm məşğulluq, həm də iqtisadiyyatın real sektorları üçün vacib resursdur".

Nazirin sözlərinə görə, peşə təhsili deyəndə təkcə ənənəvi texniki məktəblər deyil, həm də subbakalavr səviyyəsində ali peşə təhsili proqramları da nəzərdə tutulur:

"Bu sahənin inkişaf etdirilməsi üçün ölkədə geniş potensial var. Statistikaya əsasən, əhalinin bir hissəsinin formal peşə və ya ixtisası yoxdur. Bir çox insan ixtisasını qeyri-rəsmi şəkildə, ənənəvi üsullarla və ya praktiki təcrübə yolu ilə əldə edib. Bu səbəbdən peşə təhsilinə marağın artırılması, müasir əmək bazarına uyğunlaşdırılması və daha çevik modellərlə təşkili vacibdir. Beləliklə, həm gənclər, həm də peşə dəyişmək istəyənlər üçün peşə təhsili real bir seçimə çevrilə bilər".
17-04-2026, 14:10
AAYDA-nın bir qurumu LƏĞV OLUNDU
17-04-2026, 14:09
Hikmət Hacıyev: "Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub"
17-04-2026, 14:07
Kürdəmir stansiyasının açılışı olub - FOTO
17-04-2026, 14:06
Dərnəgül dayanacağı qısa zamanda istifadəyə veriləcək
17-04-2026, 12:26
Paşinyan: Metastaz veriblər, cərrəhi əmaliyyat lazımdı, ya da Nuhun gəmisinə mindirib…
17-04-2026, 12:24
Bakıdan Kürdəmirə yola düşmüş rəmzi qatar təyinat məntəqəsinə çatıb - YENİLƏNİB
17-04-2026, 12:20
Bu kəndə getmək mümkün deyil - Vəziyyət ağırlaşır
17-04-2026, 12:07
Azərbaycan və Moldova prezidentlərinin Antalyada görüşü olub - FOTO
17-04-2026, 11:30
İlham Əliyevin Antalyada Tufan Erhürmanla görüşü olub - FOTO
17-04-2026, 11:17
Sahibə Qafarova ilə Alen Simonyanın görüşü başlayıb
17-04-2026, 11:15
Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir - FOTO
17-04-2026, 11:08
"Space" telekanalı BAĞLANIR?
17-04-2026, 11:00
İlham Əliyevin Antalyada Əhməd əş-Şaraa ilə görüşü olub - FOTO
17-04-2026, 10:30
Yaxın Şərq gərginliyi Almaniya iqtisadiyyatını vurdu: Hökumət ÜDM artımı proqnozunu azaltmağa hazırlaşır
17-04-2026, 10:22
Tramp Meloniyə barmaq silkələdi: Kömək etməyəcəyik
17-04-2026, 10:12
Dörd ay öncə direktor müavini təyin edilən Vasif Müslümova YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO
17-04-2026, 10:03
10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət - VİDEO
16-04-2026, 15:00
Vətən müharibəsi qazisinə VƏZİFƏ VERİLDİ - FOTO
16-04-2026, 14:49
Azərbaycan və Rusiya rəsmiləri Zəngilanda
16-04-2026, 14:47
Yeni baş məşqçi özünə daha bir azərbaycanlı köməkçi götürdü
16-04-2026, 14:46
May ayının qeyri-iş günləri AÇIQLANDI
16-04-2026, 14:41
Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir
16-04-2026, 14:40
Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"
16-04-2026, 13:54
Paşinyan gördüklərindən danışdı: Ermənilər Azərbaycanla sülhə necə baxır?
16-04-2026, 13:30
İranın ali rəhbərinin müşaviri ABŞ hərbi gəmilərini batırmaqla hədələdi
16-04-2026, 13:03
Azərbaycanın bu il ərzində təbii qazdan qazancı AÇIQLANDI
16-04-2026, 13:02
Qarabağ və Şərqi Zəngəzurda 4 min kilometrə yaxın avtomobil yolu çəkiləcək - VİDEO