Qurban bayramı ilə bağlı fətva verildi
Cəmiyyət
25 may 2026 | 09:35
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qurban bayramı ilə bağlı fətva verib.

Azerimedia.Az xəbər verir ki, bu barədə QMİ məlumat yayıb.

Fətvada deyilir: "Bağışlayan və Mərhəmətli Allahın adı ilə!

Qarşıdan İslam aləmi və xalqımızın müqəddəs günlərindən biri, Rəbbimizin insanlığa lütf və inayətinin rəmzi olan mübarək Qurban bayramı gəlir. Bütün səmavi dinlərin əziz tutduğu, Həzrət İbrahim əleyhissalamın əhdi və Həzrət İsmayıl əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün əsrlər boyudur ki, dünyamıza ümumbəşəri birlik və insanpərvərlik mesajını çatdırır.

Müsəlman aləmi üçün əziz olan mübarək Eyd-əl-Əzha ərəfəsində Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası ənənəvi olaraq Qurban bayramına dair tövsiyələrini çatdırmağı vacib bilir:

Bildiririk ki, Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək yalnız Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulmuşdur. Digər yerlərdə isə imkanı olan şəxslərin qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir ailələrə paylamaq - böyük savab sayılır. Uca Allah müqəddəs Qurani-Kərimdə qurbanlığın dəyərini deyil, xeyirxah və təmiz niyyətin əhəmiyyətini vurğulayır: "Onların (qurbanların) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Ona çatan yalnız sizin təqvanızdır..." (Həcc; 37). Mübarək ayədəki ilahi hikmətə inanan hər kəs Qurban ibadətinin mahiyyətini təhrif etməkdən, bidətçi yanaşmalardan çəkinməlidir.

Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, fəqət əziz Peyğəmbərimizin (s) tövsiyəsinə görə, imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir il, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.

AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na - Miladi təqvimlə 27 may tarixinə təsadüf edəcək. Bu il Türk Dövlətləri Təşkilatı Dini idarə rəhbərləri Şurasının 18 may 2026-cı ildə qəbul edilən yekdil fətvası ilə bayram günü 27 may tarixi kimi təsdiqlənib. Şəriətə uyğun olaraq Qurban kəsimi 27 may tarixindən başlayaraq 3 gün davam edə bilər. May ayının 27-də məscidlərimizdə Bayram namazları qılınacaq, inşaAllah.

Аzərbаycаndа Qurbаn Bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elаn edilib. Dövlətimizin dindarlara olan özəl diqqətinə görə təşəkkürümüzü bildirir, milli-mənəvi dəyərlərimizin hamisi dövlət başçımız İlham Əliyev cənablarını və Birinci vitse-prezident Mehriban Əliyevanı bayram münasibətilə təbrik edir, ailələrinə dindarlarımızın xeyir-dualarını yetirir, dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişafı naminə xeyirxah və səmərəli fəaliyyətlərinə uğurlar arzulayırıq.

Həzrət Peyğəmbər (s) hədisi-şəriflərinin birində buyurmuşdur: "Adəm oğlu Qurban bayramı günündə Allah üçün qurbanlıq kəsməkdən daha gözəl bir iş edə bilməz". Bu ibadətin gözəlliyi ondan ibarətdir ki, insanı Allaha yaxınlaşdırır, təvazökarlığı, itaətkarlığı və xeyirxahlığı təlqin edir, müsəlmanlar arasında ictimai birliyi və ünsiyyəti, sevgi və qardaşlıq əlaqələrini gücləndirir. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs bayram günlərində Vətənimiz və millətimiz üçün dualar etməliyik. Həmd olsun Allaha ki, Azərbaycan xalqı müdrik dövlət öndəri, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti,
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Allah Vətən uğrunda canlarından keçmiş, uca şəhidlik məqamına yüksəlmiş övladlarımıza rəhmət eləsin, qəhrəman qazilərimizə şəfa bəxş etsin, şanlı ordumuzun bütün əsgər və zabitləri üçün dilədiyimiz xeyir-dualar müstəcab olsun! Uca Allah Azərbaycan dövlətini, xalqını və onun müdrik rəhbərini hər zaman müzəffər etsin!

Bu əziz bayram münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün dünya müsəlmanlarını təbrik edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan raz-niyaz ilə diləyir. Allah-Taala dua və ibadətlərinizi qəbul etsin, Qurban bayramınız mübarək olsun! Amin!

Vəssəlаmu əleykum və rəhmətullаhi və bərəkаtuh!"
Dünən, 17:27
Azərbaycanda universitet binasının təmirinə 26 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Dünən, 16:51
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib - FOTO
Dünən, 14:25
Azərbaycan Ukraynaya 40 ton avadanlıq göndərib - FOTO
Dünən, 14:24
Bakıda iki avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Dünən, 13:15
Ağcabədidə su problemi: Qırx hektardan çox əkin sahəsinə su verilmir - ŞİKAYƏT
Dünən, 13:13
Külək güclənəcək - XƏBƏRDARLIQ
Dünən, 12:40
Braziliyada rekord vuran idmançı yoxa çıxıb
Dünən, 12:38
Quru sərhədlərinin bağlı olması yaşama icazələrinin sayına necə təsir edib?
Dünən, 12:18
Azərbaycana ən çox hansı ölkələrdən gəlirlər? - Rəsmi statistika
Dünən, 12:17
Bakıda küçədə meyit tapıldı
Dünən, 12:10
Altı ay ərzində 300-dən çox şəxs ölkəyə geri qəbul olunub
Dünən, 11:52
Bakıda dünya çempionatının üçüncü günü: Qadın güləşçilərimizdən ardıcıl üçüncü məğlubiyyət
Dünən, 11:25
Hər gün milyon dollarlıq fırıldaq: Türkiyədə azərbaycanlıların da olduğu şəbəkə İFŞA EDİLDİ
Dünən, 11:06
Azərbaycanın bank sektorunun aktivləri 60 milyard manatı ötüb
Dünən, 10:50
Əməkdar artist Әli Hаqvеrdiyеvin doğum günüdür - VİDEO
Dünən, 10:30
Ali məktəblərə qəbul üçün ixtisas seçiminin başlayacağı TARİX BİLİNDİ
Dünən, 09:37
Texnologiya dünyasında şok hadisə: Süni intellekt nəzarətdən çıxdı?
28-07-2026, 14:30
Azərbaycanın Qazaxıstandakı səfiri dəyişdirildi - FOTO
28-07-2026, 14:29
Dünya çempionatı: Azərbaycan təmsilçisi ikinci görüşünü vaxtından əvvəl qələbə ilə bitirdi
28-07-2026, 14:22
Prezidentdən Tacikistandakı səfirlə bağlı SƏRƏNCAM
28-07-2026, 14:13
İlham Əliyev Elçin Hüseynlini səfir vəzifəsindən geri çağırdı - YENİ TƏYİNAT
28-07-2026, 13:30
Yaponiyada 7.1 maqnitudalı zəlzələ: Binalar çökdü, yaralılar var - VİDEO
28-07-2026, 13:27
Azərbaycanda bir sıra şəxslərin MAAŞI ARTIRILACAQ
28-07-2026, 12:30
Vladimir Putin İlham Əliyevə zəng edib
28-07-2026, 11:57
Abşeronun və Bakının Sabunçu rayonunun BÖYÜK BİR HİSSƏSİ SUSUZ QALACAQ
28-07-2026, 10:28
Ombudsman nümayəndələri Suriyadan gətirilmiş repatriantlarla görüşüblər - FOTO
28-07-2026, 10:10
Bakıdakı beş məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır