DİM xarici dil imtahanının modelini DƏYİŞİR: 100 sözlük mətn TƏLƏBİ
Cəmiyyət
26 may 2026 | 10:19
25 may 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzində (DİM) tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə təkmilləşdirilmiş imtahan modelinin növbəti təqdimatı keçirilib.

Azerimedia.Az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, tədbirdə öncədən qeydiyyatdan keçmiş xarici dil mütəxəssisləri iştirak ediblər.

DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva qeyd edib ki, yenilənmiş imtahan modelinin əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real və kommunikativ mühitə uyğun şəkildə qiymətləndirməkdir.

Dövlət dili və xarici dillər üzrə şöbənin əməkdaşı Nəzrin Kərimova 2021-2026-cı illər ərzində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında xarici dillər üzrə nisbi bal göstəricilərini, açıq test tapşırıqlarının cavablandırılmasında imtina faizlərini, həmçinin ümumi orta təhsil səviyyəsi üzrə açıq və qapalı tipli test tapşırıqlarının cavablandırılması əsasında formalaşan nisbi bal statistikasını təqdim edib. O, açıq tipli tapşırıqların şagirdlərin real dil bacarıqlarını üzə çıxarmaq baxımından əhəmiyyətini vurğulayıb. Bu baxımdan tam orta təhsil səviyyəsi üzrə imtahan modelinə yazılı tapşırığın əlavə olunmasının xüsusi əhəmiyyət daşıdığı qeyd edilib. Həmçinin təkmilləşdirilmiş modellə bağlı keçirilmiş pilot imtahan və onun nəticələri barədə ümumi məlumat verilib.

Daha sonra K.Hacıyeva tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, yeni modelə əsasən, 2027-ci ildən etibarən şagirdlərdən minimum 100 sözdən ibarət kiçik həcmli mətn - paraqraf yazmaları tələb olunacaq. O, pilot imtahanda yazı bloku üzrə təqdim edilmiş tapşırığın mahiyyəti, yazılma qaydaları, əsas xüsusiyyətləri və tərkib hissələri barədə məlumat verib, uğurlu və uğursuz paraqraf nümunələrini və onları xarakterizə edən xüsusiyyətləri iştirakçılara təqdim edib.

Diqqətə çatdırılıb ki, dərsliklərdə paraqraf və onun növlərinə aid tapşırıqlara kifayət qədər yer ayrılıb.

Qeyd olunub ki, bu yanaşma şagirdlərin yazı bacarıqlarını, fikirlərini ardıcıl və məntiqli şəkildə ifadə etmək imkanlarını, eləcə də dil vasitələrindən istifadə səviyyəsini daha obyektiv qiymətləndirməyə şərait yaradacaq. Eyni zamanda vurğulanıb ki, bu dəyişiklik tədris prosesində yazı bacarıqlarının inkişafına daha çox diqqət yetirilməsini zəruri edir.

Dövlət dili və xarici dillər üzrə şöbənin digər əməkdaşı Gülayə Cavadova isə oxu mətnləri üzrə dörd sual tipi ilə bağlı ümumi tövsiyələri, həmçinin yazı işlərinin qiymətləndirmə meyarlarını və pilot layihədən götürülmüş nümunə cavabları tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və yeniliklərlə bağlı fikir mübadiləsi aparılıb.
Dünən, 17:27
Azərbaycanda universitet binasının təmirinə 26 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Dünən, 16:51
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib - FOTO
Dünən, 14:25
Azərbaycan Ukraynaya 40 ton avadanlıq göndərib - FOTO
Dünən, 14:24
Bakıda iki avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Dünən, 13:15
Ağcabədidə su problemi: Qırx hektardan çox əkin sahəsinə su verilmir - ŞİKAYƏT
Dünən, 13:13
Külək güclənəcək - XƏBƏRDARLIQ
Dünən, 12:40
Braziliyada rekord vuran idmançı yoxa çıxıb
Dünən, 12:38
Quru sərhədlərinin bağlı olması yaşama icazələrinin sayına necə təsir edib?
Dünən, 12:18
Azərbaycana ən çox hansı ölkələrdən gəlirlər? - Rəsmi statistika
Dünən, 12:17
Bakıda küçədə meyit tapıldı
Dünən, 12:10
Altı ay ərzində 300-dən çox şəxs ölkəyə geri qəbul olunub
Dünən, 11:52
Bakıda dünya çempionatının üçüncü günü: Qadın güləşçilərimizdən ardıcıl üçüncü məğlubiyyət
Dünən, 11:25
Hər gün milyon dollarlıq fırıldaq: Türkiyədə azərbaycanlıların da olduğu şəbəkə İFŞA EDİLDİ
Dünən, 11:06
Azərbaycanın bank sektorunun aktivləri 60 milyard manatı ötüb
Dünən, 10:50
Əməkdar artist Әli Hаqvеrdiyеvin doğum günüdür - VİDEO
Dünən, 10:30
Ali məktəblərə qəbul üçün ixtisas seçiminin başlayacağı TARİX BİLİNDİ
Dünən, 09:37
Texnologiya dünyasında şok hadisə: Süni intellekt nəzarətdən çıxdı?
28-07-2026, 14:30
Azərbaycanın Qazaxıstandakı səfiri dəyişdirildi - FOTO
28-07-2026, 14:29
Dünya çempionatı: Azərbaycan təmsilçisi ikinci görüşünü vaxtından əvvəl qələbə ilə bitirdi
28-07-2026, 14:22
Prezidentdən Tacikistandakı səfirlə bağlı SƏRƏNCAM
28-07-2026, 14:13
İlham Əliyev Elçin Hüseynlini səfir vəzifəsindən geri çağırdı - YENİ TƏYİNAT
28-07-2026, 13:30
Yaponiyada 7.1 maqnitudalı zəlzələ: Binalar çökdü, yaralılar var - VİDEO
28-07-2026, 13:27
Azərbaycanda bir sıra şəxslərin MAAŞI ARTIRILACAQ
28-07-2026, 12:30
Vladimir Putin İlham Əliyevə zəng edib
28-07-2026, 11:57
Abşeronun və Bakının Sabunçu rayonunun BÖYÜK BİR HİSSƏSİ SUSUZ QALACAQ
28-07-2026, 10:28
Ombudsman nümayəndələri Suriyadan gətirilmiş repatriantlarla görüşüblər - FOTO
28-07-2026, 10:10
Bakıdakı beş məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır