Ali Məhkəmənin xəbərdarlığı: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır
Cəmiyyət
4 iyn 2026 | 12:19
Məhkəmə praktikasından görünür ki, bəzən şəxslər hər hansı qanunsuz nəticə əldə etmək məqsədilə kiməsə pul və ya başqa əmlak verirlər.
Azerimedia.Az xəbər verir ki, bu barədə Ali Məhkəmənin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, vədlər yerinə yetirilmədiyi halda isə adətən, mülki məhkəmədə verilmiş pulun qaytarılması barədə iddialar irəli sürülür. Lakin bir qayda olaraq həmin pulu məhkəmə qaydasında geri almaq mümkün olmur.

Mülki məhkəmə icraatında hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə zamanı ilk addım iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından ibarətdir. Mülki hüquqda hər hansı pul tələbinin təmin edilməsi üçün həmin tələb müqavilədən, zərər vurulmasından, əsassız varlanmadan və ya qanunda nəzərdə tutulmuş digər əsaslardan yaranmalıdır.

Qanunsuz məqsədlə verilmiş pullar isə heç bir qanuni əsasa söykənmir. Hüquq sistemi yalnız qanuni münasibətləri qoruyur. Əgər pul qanunsuz məqsədlə verilibsə, həmin münasibət artıq hüququn müdafiə etdiyi mülki hüquqi münasibət sayılmır.

Məhkəmələr bu kateqoriya işlər üzrə ilk növbədə pulun hansı məqsədlə verildiyini araşdırırlar. Çünki hüquqi müdafiədən istifadə etmək üçün münasibətin özü əvvəlcədən qanuni və legitim əsaslara söykənməlidir. Müəyyən olunursa ki, tərəflər qanunazid nəticə əldə etmək niyyəti ilə hərəkət ediblər, bu halda iddia təmin edilmir.

Bundan əlavə, belə hallarda şəxslər yalnız pulu itirmək riski ilə deyil, əlavə neqativ hüquqi nəticələrlə də üzləşə bilərlər. İş materiallarından qanun pozuntusunun əlamətləri göründükdə məhkəmələr tərəfindən xüsusi qərardad qəbul edilərək, materiallar prosessual qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilə bilər.

Bu risklərlə üzləşməmək üçün vətəndaşlara hüquqi münasibətlərini yalnız qanuni və legitim əsaslarla qurmaq və qanunsuz münasibətlərdən çəkinmək tövsiyə olunur.
25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA
24-09-2026, 16:11
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
24-09-2026, 16:10
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
24-09-2026, 16:00
Prezident icra başçısını vəzifəsindən azad etdi
24-09-2026, 12:30
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
24-09-2026, 11:38
Yoxlamalara dair yeni qadağa qoyulur
24-09-2026, 11:36
22 motosikletçi saxlanıldı
24-09-2026, 10:00
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
24-09-2026, 09:51
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 09:49
Laçında dağlıq ərazidə YANĞIN - FOTO/VİDEO
24-09-2026, 09:46
UEFA Millətlər Liqasında start: İlk gündə səkkiz qarşılaşma
24-09-2026, 09:18
Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
23-09-2026, 17:30
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI
23-09-2026, 16:31
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - QİYMƏT bəlli oldu
23-09-2026, 16:12
Azərbaycanda tikinti xərcləri sürətlə artır: Bəzi məhsullar kəskin bahalaşdı
23-09-2026, 16:05
İlham Əliyevdən "AzerGold"la bağlı SƏRƏNCAM
23-09-2026, 13:31
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
23-09-2026, 13:25
İlham Əliyev əfv sərəncamı imzaladı