Ali təhsilinin qalan hissəsini Azərbaycanda almaq istəyənlərin NƏZƏRİNƏ: Qaydalar AÇIQLANDI
Cəmiyyət
8 iyn 2026 | 17:23
Ali təhsil alan şəxslər təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) müraciət etməlidir.

Azerimedia.Az xəbər verir ki, bu barədə TKTA məlumat yayıb.

Bildirilib ki, qismən tanınma prosesi nəticəsində müraciətçiyə təqdim olunan qismən akademik tanınma şəhadətnaməsi onun Azərbaycan Respublikasının ali təhsil müəssisələrindən birinə köçürülmək (transfer olunmaq) üçün müraciət etmək hüququnu təsdiq edən sənəddir:

"TKTA tərəfindən verilən qismən akademik tanınma şəhadətnaməsi köçürülmə (transfer) barədə qərar anlamına gəlmir və onun əldə edilməsi müraciətçinin ali təhsil müəssisəsinə köçürüləcəyinə zəmanət vermir. TKTA yalnız transfer prosesi üçün tələb olunan sənədlərdən biri olan qismən akademik tanınma şəhadətnaməsini təqdim edir. Köçürülmə ilə bağlı müraciətlərin qəbulu, qiymətləndirilməsi və yekun qərarın qəbul edilməsi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) səlahiyyətlərinə aiddir.

Köçürülmə prosesi "Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları"na uyğun olaraq EATDA tərəfindən həyata keçirilir.

Köçürülmə prosesinin yay mövsümündə başlanacağını nəzərə alaraq, müraciət etmək istəyən şəxslərə https://apply.enic.edu.az/ platforması vasitəsilə elektron qaydada müraciət etmələri tövsiyə olunur. Qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyən şəxslərdən 30 iyun saat 18:00-dək TKTA-ya müraciət etmələri xahiş olunur. Qeyd edilən vaxtdan sonra daxil olan müraciətlər cari transfer dövrü çərçivəsində nəzərə alınmayacaqdır.

Qismən akademik tanınma üçün TKTA-ya müraciət edərkən aşağıdakı məqamlara xüsusilə diqqət edilməsi zəruridir:

1. Aktiv tələbə statusunu təsdiq edən arayış

Müraciətçinin hazırda təhsil aldığı ali təhsil müəssisəsində aktiv tələbə olduğunu təsdiq edən arayış (sistemdə "diplom" xanasına yüklənilməlidir) apostil möhürü ilə leqallaşdırılmış olmalıdır

(ətraflı məlumat üçün: https://tkta.edu.az/az/services/qualifications-recognition);

2. Akademik transkriptə dair tələblər

Təqdim olunan akademik transkript apostil möhürü ilə leqallaşdırılmış olmalı və aşağıda qeyd olunan məlumatları özündə əks etdirməlidir:

ali təhsil müəssisəsinə qəbul tarixindən etibarən müraciətçinin bütün təhsil dövrü üzrə akademik göstəricilərini əhatə etməlidir;
ali təhsil müəssisəsinə qəbul tarixi aydın şəkildə göstərilməlidir;
əldə edilmiş kreditlərin ümumi sayı və onların AKTTS üzrə həcmi açıq şəkildə qeyd olunmalıdır;
transkript ingilis, rus və türk dillərindən başqa hər hansı bir dildə təqdim edildikdə, sənəd Azərbaycan dilinə tərcümə edilməli və notariat qaydasında təsdiqlənməlidir.
Ətraflı məlumat üçün: https://tkta.edu.az/az/services/qualifications-recognition

Qeyd edək ki, təqdim edilən sənədlərin autentikliyinin (həqiqiliyi) daha sürətli şəkildə yoxlanılması məqsədilə sözügedən sənədlərin QR kodlu və ya elektron imzalı (müvafiq keçid/link əlavə olunmaqla) formada təqdim edilməsi tövsiyə olunur".
25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA
24-09-2026, 16:11
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
24-09-2026, 16:10
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
24-09-2026, 16:00
Prezident icra başçısını vəzifəsindən azad etdi
24-09-2026, 12:30
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
24-09-2026, 11:38
Yoxlamalara dair yeni qadağa qoyulur
24-09-2026, 11:36
22 motosikletçi saxlanıldı
24-09-2026, 10:00
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
24-09-2026, 09:51
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 09:49
Laçında dağlıq ərazidə YANĞIN - FOTO/VİDEO
24-09-2026, 09:46
UEFA Millətlər Liqasında start: İlk gündə səkkiz qarşılaşma
24-09-2026, 09:18
Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
23-09-2026, 17:30
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI
23-09-2026, 16:31
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - QİYMƏT bəlli oldu
23-09-2026, 16:12
Azərbaycanda tikinti xərcləri sürətlə artır: Bəzi məhsullar kəskin bahalaşdı
23-09-2026, 16:05
İlham Əliyevdən "AzerGold"la bağlı SƏRƏNCAM
23-09-2026, 13:31
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
23-09-2026, 13:25
İlham Əliyev əfv sərəncamı imzaladı