Rus dili bölməsi üzrə müəmma: Müsahibədən keçən 21 şagirdin qəbulu dayandırılıb?
Ağdaşda bir qrup valideyn övladlarının birinci sinfə qəbulu ilə bağlı yaranmış vəziyyətdən narazıdır.
Valideynlərin iddiasına görə, Ağdaş şəhəri Bəkir Nəbiyev adına 3 nömrəli tam orta məktəbin rus bölməsi üzrə müsahibədən uğurla keçmiş 21 şagirdin məktəbə qəbulu sonradan dayandırılıb. Onlar bildirirlər ki, uşaqlar qəbul prosesində iştirak edərək müəyyən edilmiş tələbləri yerinə yetiriblər və təhsil almaq hüququ qazanıblar.
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, birinci sinfə qəbul prosesi Azərbaycan Respublikasında hər bir uşağın ümumi təhsil alma hüququnun təmin edilməsinə xidmət edir və bütün mərhələlər şəffaf, ardıcıl və müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilir.
Qurumdan qeyd edilib ki, qəbul prosesi elektron sistem üzərindən aparılır və mayın 6-dan bu günədək ümumilikdə 106 minə yaxın uşağın birinci sinfə qəbulu uğurla tamamlanıb:
"Sinif komplektlərinin formalaşdırılması yalnız birinci sinfə qəbul prosesinin bütün mərhələləri yekunlaşdıqdan sonra həyata keçiriləcək.
Müsahibə mərhələsi məktəblər tərəfindən təşkil olunan müsabiqə xarakteri daşımır. Bu mərhələ yalnız uşaqların seçilmiş tədris dili üzrə dil bacarıqlarının qiymətləndirilməsi məqsədilə həyata keçirilir. Müsahibədən uğurla keçən uşaqlar üçün iyunun 17-dən etibarən valideynlər tərəfindən məktəb və müəllim seçimi mərhələsinə başlanılacaq".
Açıqlamada bildirilib ki, birinci sinfə qəbul prosesi sentyabr ayınadək davam edəcək:
"Bu müddət ərzində ictimaiyyətə əvvəlcədən elan edilmiş qrafikə uyğun olaraq məktəb və müəllim seçimi, eləcə də ayrı-ayrı ümumi təhsil müəssisələrinə qeydiyyat mərhələli şəkildə həyata keçiriləcək. Tədrisin digər dillərdə aparıldığı bölmələr üzrə müraciətlərin qəbulu üçün də bu müddət ərzində imkan yaradılacaq.
Bu səbəbdən valideynlərdən prosesin hər mərhələsini müəyyən edilmiş tarixlərə uyğun izləmələri və yalnız rəsmi məlumatlara əsaslanmaları xahiş olunur".
Qeyd edək ki, qurum müraciətdə qeyd olunan 21 şagirdlə bağlı iddialara birbaşa münasibət bildirməyib.

25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA
24-09-2026, 16:11
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
24-09-2026, 16:10
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
24-09-2026, 16:00
Prezident icra başçısını vəzifəsindən azad etdi
24-09-2026, 12:30
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
24-09-2026, 11:38
Yoxlamalara dair yeni qadağa qoyulur
24-09-2026, 11:36
22 motosikletçi saxlanıldı
24-09-2026, 10:00
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
24-09-2026, 09:51
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 09:49
Laçında dağlıq ərazidə YANĞIN - FOTO/VİDEO
24-09-2026, 09:46
UEFA Millətlər Liqasında start: İlk gündə səkkiz qarşılaşma
24-09-2026, 09:18
Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
23-09-2026, 17:30
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI
23-09-2026, 16:31
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - QİYMƏT bəlli oldu
23-09-2026, 16:12
Azərbaycanda tikinti xərcləri sürətlə artır: Bəzi məhsullar kəskin bahalaşdı
23-09-2026, 16:05
İlham Əliyevdən "AzerGold"la bağlı SƏRƏNCAM
23-09-2026, 13:31
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
23-09-2026, 13:25
İlham Əliyev əfv sərəncamı imzaladı