Quba və Şəkidə Aqrar Universitetin filiallarının açılması təklif edilir
Cəmiyyət
11 iyn 2026 | 17:04
Qubada Azərbaycan Dövlət Aqrar Universitetinin filialının açılması üçün bütün imkanlar var və bu addım yaxın dövrdə fundamental dəyişikliklərlə yadda qala bilər".

Azerimedia.Az xəbər verir ki, bu təkliflə deputat Əlibala Məhərrəmzadə Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələr barədə dinləmədə deyib.

O əlavə edib ki, universitetin açılması üçün bir neçə təkliflər də var:

"Xəzər Universitetinin öz filialını açması, yaxud Pedaqoji Universitetin nəzdində Aqrar fakültə təkliflər sırasındadır. Lakin əslində yaxşı olardı ki, ayrıca olaraq Aqrar Universitetin filialı olsun. Bu təkliflər həyata keçirilsə, yaxın müddətdə kifayət qədər böyük nəticələr əldə etmək mümkündür."

Deputat Vüqar İskəndərov da eyni təkliflə çıxış edib və Şəkini nümunə göstərib:

"Hazırda ərazisinə görə Qubadan sonra ən böyük regionumuz Şəkidir. Sovet dövründə Şəkidə kənd təsərrüfatı kolleci fəaliyyət göstərirdi.

Yəni baza və mütəxəssislər olduğu üçün Azərbaycan Dövlət Aqrar Universitetinin Şəkidə filialının yaradılmasını təklif edirəm".

O əlavə edib ki, aqrar təhlükəsizlik həmişə prioritetdir:

"Bu baxımdan, Qafqazın ən böyük taxılçılıq ərazisi olan Şəkidə sözügedən ali təhsil müəssisəsinin filialının açılması yaxşı olardı".
25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA
24-09-2026, 16:11
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
24-09-2026, 16:10
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
24-09-2026, 16:00
Prezident icra başçısını vəzifəsindən azad etdi
24-09-2026, 12:30
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
24-09-2026, 11:38
Yoxlamalara dair yeni qadağa qoyulur
24-09-2026, 11:36
22 motosikletçi saxlanıldı
24-09-2026, 10:00
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
24-09-2026, 09:51
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 09:49
Laçında dağlıq ərazidə YANĞIN - FOTO/VİDEO
24-09-2026, 09:46
UEFA Millətlər Liqasında start: İlk gündə səkkiz qarşılaşma
24-09-2026, 09:18
Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
23-09-2026, 17:30
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI
23-09-2026, 16:31
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - QİYMƏT bəlli oldu
23-09-2026, 16:12
Azərbaycanda tikinti xərcləri sürətlə artır: Bəzi məhsullar kəskin bahalaşdı
23-09-2026, 16:05
İlham Əliyevdən "AzerGold"la bağlı SƏRƏNCAM
23-09-2026, 13:31
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
23-09-2026, 13:25
İlham Əliyev əfv sərəncamı imzaladı