Kolleclərə ixtisas seçimi başlayıb
Cəmiyyət
3 avq 2026 | 09:38
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlanıb.

Azerimedia.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, avqustun 9-dək (saat 23:59-dək) internet vasitəsilə aparılacaq.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər.

İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər buraxılırlar.

Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

2026/2027-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar "Abituriyent" jurnalının 3-cü sayında nəşr olunub.

Qeyd edək ki, 2026-cı ildə orta ixtisas təhsili müəssisələrinə tələbələrin qəbul olması üçün 6 210 plan yeri ayrılıb. Ötən il müvafiq göstərici 8144 yer idi. Bu il qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 24 545 abituriyent ixtisas seçiminə buraxılıb. Ötən il isə 24059 nəfərin müsabiqədə iştirak hüququ var idi. Abituriyentlərin nəzərinə çatdırırıq ki, ötən il olduğu kimi, bu il də müsabiqə şərtini ödəmiş, lakin ərizə qəbulu zamanı qeydiyyatdan keçməyən abituriyentlərə 3-9 avqust tarixlərində qeydiyyatdan keçib ixtisas seçimində iştirak etməyə icazə verilir. Ona görə də ixtisas seçimində iştirak edən abituriyentlərin sayının daha da artacağı gözlənilir.

Abituriyentlər ixtisas seçimi ilə bağlı DİM-in "Abituriyent Məsləhət Mərkəzləri"nə də müraciət edə bilərlər. Müsabiqə iştirakçılarına Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat, Texniki Universitet, Milli Konservatoriya, Neft və Sənaye, Azərbaycan Dövlət Aqrar, Sumqayıt Dövlət universitetlərində və DİM-in regional bölmələrində yerləşən "Abituriyent Məsləhət Mərkəzləri"ndə ödənişsiz kömək göstərilir.
Dünən, 17:30
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI
Dünən, 16:31
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - QİYMƏT bəlli oldu
Dünən, 16:12
Azərbaycanda tikinti xərcləri sürətlə artır: Bəzi məhsullar kəskin bahalaşdı
Dünən, 16:05
İlham Əliyevdən "AzerGold"la bağlı SƏRƏNCAM
Dünən, 13:31
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
Dünən, 13:25
İlham Əliyev əfv sərəncamı imzaladı
Dünən, 11:49
AZAL Brüsselə birbaşa uçuşlara başlayır
Dünən, 11:32
Prezident Estoniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Dünən, 11:27
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı
Dünən, 10:35
Kolleclərin boş qalan plan yerlərinə QƏBUL BAŞLADI
Dünən, 10:30
Azərbaycanda yeni iş yerləri yaradılacaq
Dünən, 09:44
Futbol millimiz Tacikistan yığması ilə qarşı-qarşıya
Dünən, 09:42
Bakıda bir marşrutun hərəkət sxemi dəyişdirildi
Dünən, 09:40
ABŞ-nin Ermənistana ayırdığı hərbi vəsaitin həcmi bəlli oldu
Dünən, 09:30
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Dünən, 09:00
Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub
22-09-2026, 13:41
Bakıda bəzi avtobuslardan narazılıq: "Qapıdan yıxılan olsa, kim cavab verəcək?" - Video
22-09-2026, 12:44
İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı
22-09-2026, 12:10
Prezident İlham Əliyev müşavirə keçirdi
22-09-2026, 11:38
Bakı Bulvarı bu gündən bağlanır - Səbəb
22-09-2026, 11:23
Pensiyaçılara ŞAD XƏBƏR
22-09-2026, 10:14
Dövlət universiteti işçilər axtarır
22-09-2026, 09:30
Evdə bişirib satanların nəzərinə: Sertifikat tələb olunacaq – VİDEO
22-09-2026, 09:28
Qərbi Azərbaycan İcmasında yeni İşçi Qrup yaradıldı
21-09-2026, 17:40
Alban-Udi xristian dini icmasından Ermənistana XƏBƏRDARLIQ
21-09-2026, 17:36
Səhiyyə Nazirliyi deputat Səyyad Arana CAVAB VERDİ
21-09-2026, 17:33
Avtobuslarla bağlı mühüm yenilik: Boş yer olanda bildiriş gələcək