Qərbi Azərbaycan İcmasında yeni İşçi Qrup yaradıldı
Sosial
22 sen 2026 | 09:28
Qərbi Azərbaycan İcmasında yeni İşçi Qrup yaradıldı
Qərbi Azərbaycan İcmasında indiki Ermənistan Respublikası ərazisində, tarixi Zəngəzur, Dərələyəz və Göyçə gölü hövzəsində yerləşən alban xristian irsinin öyrənilməsi məqsədilə İşçi Qrupu yaradılıb.
Bu barədə icmadan məlumat verilib.

Qrup kilsə, sövmə, xaçdaş və monastırların tarixini, memarlıq və epiqrafik xüsusiyyətlərini, mənsubiyyətini arxiv sənədləri və digər ilkin mənbələr əsasında elmi metodlarla araşdırmaq məqsədilə yaradılıb:

"Azərbaycan elmi mühitində XVI–XIX əsrlər Alban katolikosluğu sənədlərinin tamamilə məhv olduğu fikri yayılıb. İtkilər şübhəsizdir, lakin bir sıra ölkələrin arxiv və əlyazma fondlarında həm Alban katolikoslarına, həm də dövrün dini-ictimai tarixinə dair çoxsaylı sənədlər, mənbələr saxlanılır, bir hissəsi isə artıq nəşr olunub. Bu materiallar müxtəlif fondlara səpələnib. Onların sistemli axtarışla aşkarlanıb vahid elmi bazada toplanması İşçi Qrupunun əsas missiyasıdır. Hazırda Qərbi Azərbaycan İcmasında bu mövzuda artıq yüzlərlə sənəd mövcuddur.

2026-cı ilin sentyabrında xarici diplomatların Gəncəsər monastır kompleksinə səfəri mədəni irsin diplomatik gündəmə çıxdığını göstərdi. Qərbi Azərbaycan İcması indiki Ermənistan ərazisindəki çoxqatlı dini-mədəni irsi, o cümlədən Qafqaz Albaniyasının orta əsr abidələrini, deportasiya olunmuş azərbaycanlıların varisləri kimi, öz irsinin tərkib hissəsi hesab edir. Bu mövqeyi beynəlxalq elmi mühitdə yalnız mənbələrə söykənən faktlar və təkrar yoxlanıla bilən tədqiqatlar əsaslandıra bilər. Tədqiqat həm də deportasiya olunmuş əhalinin təhlükəsiz və ləyaqətli qayıdışının tarixi-mədəni əsaslarının sənədləşdirilməsinə xidmət edəcək".
Bu gün, 13:41
Bakıda bəzi avtobuslardan narazılıq: "Qapıdan yıxılan olsa, kim cavab verəcək?" - Video
Bu gün, 12:44
İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı
Bu gün, 12:10
Prezident İlham Əliyev müşavirə keçirdi
Bu gün, 11:38
Bakı Bulvarı bu gündən bağlanır - Səbəb
Bu gün, 11:23
Pensiyaçılara ŞAD XƏBƏR
Bu gün, 10:14
Dövlət universiteti işçilər axtarır
Bu gün, 09:30
Evdə bişirib satanların nəzərinə: Sertifikat tələb olunacaq – VİDEO
Bu gün, 09:28
Qərbi Azərbaycan İcmasında yeni İşçi Qrup yaradıldı
Dünən, 17:40
Alban-Udi xristian dini icmasından Ermənistana XƏBƏRDARLIQ
Dünən, 17:36
Səhiyyə Nazirliyi deputat Səyyad Arana CAVAB VERDİ
Dünən, 17:33
Avtobuslarla bağlı mühüm yenilik: Boş yer olanda bildiriş gələcək
Dünən, 17:22
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
Dünən, 16:30
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi – SƏRƏNCAM
Dünən, 16:20
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı
Dünən, 15:35
Mənzil satanlara bəd xəbər: QİYMƏTLƏR BELƏ OLACAQ
Dünən, 12:30
Pensiya alanlara şad xəbər - Bu tarixdə ödəniləcək
Dünən, 11:11
Zakir Həsənov döyüş hazırlığının yaxşılaşdırılması ilə bağlı tapşırıq verdi - VİDEO
Dünən, 11:10
Azərbaycan XİN Beliz və Maltanı təbrik etdi
Dünən, 11:06
Bu avtobuslar daha "Şamaxinka"da dayanmayacaq
Dünən, 10:38
Nadir Məmmədov qisas məqsədilə qəsdən öldürülüb, su quyusna atılıb - BİRGƏ MƏLUMAT
Dünən, 10:32
Bilgəhdə batanlar görün kim imiş? - VİDEO
Dünən, 10:30
Azərbaycanda veteranların sosial təminatı ilə bağlı yeni sənəd hazırlanacaq
Dünən, 09:35
Türkiyədə güclü zəlzələ
18-09-2026, 17:17
"Şamaxinka"da izdiham: "Dünən bundan da betər idi" - VİDEO
18-09-2026, 16:20
Ziya Bünyadov prospektində YENİLİK – Qaydanı pozanları 100 manat cərimə gözləyir – FOTO
18-09-2026, 13:56
Tofiq Bəhramov stadionu təmir olunacaq - 300 min manatlıq layihə
18-09-2026, 13:55
Bakıda bu məktəblər onlayn tədrisə keçir - SİYAHI