Zakir Həsənov döyüş hazırlığının yaxşılaşdırılması ilə bağlı tapşırıq verdi - VİDEO
Sosial / Video
21 sen 2026 | 11:11
Zakir Həsənov döyüş hazırlığının yaxşılaşdırılması ilə bağlı tapşırıq verdi - VİDEO
Müdafiə Nazirliyinin rəhbər heyəti Hərbi Polis İdarəsinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) bölüyünün ön əməliyyat bazasında icra olunan fəaliyyətlərlə tanış olub.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev müdafiə naziri general-polkovnik Zakir Həsənova hərbi polisin fəaliyyəti, ön əməliyyat bazası və qoşun xidmətinin təşkili barədə məruzə edib.
Bildirilib ki, ƏİK bazasında icra olunan tədbirlər NATO-nun müvafiq standartlarına uyğunlaşdırılıb və sülhməramlı əməliyyatlarda qarşılıqlı fəaliyyət qabiliyyətinin təmin edilməsinə yönəldilmişdir.

Bölmənin ərazisində yaradılan şəraitlə tanış olan rəhbər heyət yataqxanaya, idman və atəş şəhərciklərinə, mühəndis, kəşfiyyat və sürücülük hazırlıqları üzrə təlim mərkəzlərinə, eləcə də hərbi texnikaya baxış keçirib.

Sonra nazirliyin rəhbər heyəti cari ilin oktyabr ayında keçirilməsi planlaşdırılan NATO-nun ƏİK Qiymətləndirmə və Rəy proqramı çərçivəsində birinci səviyyəli Özünü Qiymətləndirmə Təliminə hazırlıq üzrə döyüş hazırlığı prosesini izləyib.
Müdafiə naziri general-polkovnik Z.Həsənov hərbi qulluqçuların döyüş hazırlığının, eləcə də maddi-texniki təminatının və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aidiyyəti şəxslər qarşısında müvafiq tapşırıqlar qoyub.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub, bölmənin ərazisində xatirə ağacları əkilib.

















Bu gün, 11:11
Zakir Həsənov döyüş hazırlığının yaxşılaşdırılması ilə bağlı tapşırıq verdi - VİDEO
Bu gün, 11:10
Azərbaycan XİN Beliz və Maltanı təbrik etdi
Bu gün, 11:06
Bu avtobuslar daha "Şamaxinka"da dayanmayacaq
Bu gün, 10:38
Nadir Məmmədov qisas məqsədilə qəsdən öldürülüb, su quyusna atılıb - BİRGƏ MƏLUMAT
Bu gün, 10:32
Bilgəhdə batanlar görün kim imiş? - VİDEO
Bu gün, 10:30
Azərbaycanda veteranların sosial təminatı ilə bağlı yeni sənəd hazırlanacaq
Bu gün, 09:35
Türkiyədə güclü zəlzələ
18-09-2026, 17:17
"Şamaxinka"da izdiham: "Dünən bundan da betər idi" - VİDEO
18-09-2026, 16:20
Ziya Bünyadov prospektində YENİLİK – Qaydanı pozanları 100 manat cərimə gözləyir – FOTO
18-09-2026, 13:56
Tofiq Bəhramov stadionu təmir olunacaq - 300 min manatlıq layihə
18-09-2026, 13:55
Bakıda bu məktəblər onlayn tədrisə keçir - SİYAHI
18-09-2026, 13:11
Azərbaycanın xarici ticarətində böyük sıçrayış: Ən çox hara mal satırıq?
18-09-2026, 12:50
ATU-nun klinikası 2.5 milyon manatlıq tibbi ləvazimat alır
18-09-2026, 12:30
Robert Koçaryan məhkəməyə belə gətirildi - FOTO - VİDEO
18-09-2026, 11:31
Azərbaycanda bu şəxslərə mənzil verildi
18-09-2026, 11:18
Azərbaycanda bu torpaqlar dövlət ehtiyacları üçün alınacaq - YENİ LAYİHƏ
18-09-2026, 11:00
Bu şəxslərə şad xəbər - Pulu əvvəlcədən ALACAQLAR
18-09-2026, 10:50
DTX-nin keçirdiyi əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
18-09-2026, 10:30
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi
18-09-2026, 10:22
DTX xaricdə antiterror tədbirləri keçirdi - Saxlanılanlar var - ADLAR
18-09-2026, 10:09
Büdcədə 2 əsas istiqamət üzrə xərclər niyə azalır? - AÇIQLAMA
18-09-2026, 10:00
Formula 1 zamanı şəhərin mərkəzində bu yollar açıq olacaq - SİYAHI
18-09-2026, 09:14
Bu ərazilərdə qaz olmayacaq
18-09-2026, 09:12
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
17-09-2026, 17:49
Bakı, Sumqayıt və Abşeronda pensiyaların ödəniləcəyi vaxt açıqlandı
17-09-2026, 15:00
Deputat xəstəxanalardakı vətəndaşları narazı salan növbələrdən danışdı: "Ciddi fikir veriləcək"
17-09-2026, 14:59
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub