Həyətyanı torpağına sənəd ala bilməyənlərin nəzərinə - Yeni qayda gəlir

Azerimedia.az xəbər verir ki, bu, Mülki Məcəlləyə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq vətəndaşlara verilən, lakin onların mülkiyyət hüququnun rəsmiləşdirilmədiyi həyətyanı torpaq sahələri ilə bağlı məsələ yeni qaydada tənzimlənəcək.
Həmin qanuna uyğun olaraq vətəndaşlara verilmiş həyətyanı torpaqlara ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamələr tərtib edilirdi. Bu proses 2006-cı il iyulun 6-dək davam edib. Lakin həmin vaxtdan etibarən daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəd kimi dövlət reyestrindən çıxarışların verilməsinə başlanıldığı üçün şəhadətnamələrin verilməsi prosesi dayandırılıb, bunun əvəzinə komitə tərəfindən vətəndaşlara torpaq sahəsinin plan-ölçüsünün verilməsinə başlanılıb.
Nəticədə, vətəndaşların bir qismi 2006-cı il iyulun 6-dək şəhadətnamə aldığı halda, digər qismi həmin müddətədək müraciət etmədiyindən, onlara mülkiyyət hüququnu təsdiqləyən sənəd əvəzinə yalnız texniki xarakterli plan-ölçü verilib.
Plan-ölçü hüquqmüəyyənedici sənəd olmadığından, onun əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi mümkün olmur. Halbuki hər iki halda sahə vətəndaşlara torpaq islahatı çərçivəsində verilib. Beləliklə, eyni hüquqi əsasla torpaq sahəsi əldə etmiş vətəndaşlardan bir qismi mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamə, digər qismi isə yalnız texniki xarakterli plan-ölçü əldə edib. Eyni problem bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmaqla ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2006-2015-ci illərdə plan-ölçü tərtib edilmiş həyətyanı torpaq sahələrinə münasibətdə özünü göstərib.
Qanun layihəsinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edildiyi 2015-ci il fevralın 6-dək olan dövrdə “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair tərtib edilmiş plan-ölçü sənədi həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas kimi müəyyən edilir. Bununla da eyni hüquqi əsaslarla torpaq sahələri əldə etmiş, lakin müxtəlif sənədlərlə təmin olunmuş vətəndaşlar arasında hüquqi vəziyyətin eyniləşdirilməsi və mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün hüquqi əsasın yaradılması təmin olunacaq.
Dünən, 13:18
“Ayı tələsi”: Putinin Xarkov planı alt-üst oldu - 14 kənd geri alındı
Dünən, 13:13
Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi
Dünən, 12:08
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto
Dünən, 12:00
İmaməddin Xəlilov dünya çempionatında medal qazandı
Dünən, 11:53
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
Dünən, 11:30
TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı
Dünən, 11:20
Yol polisindən sürücülərə xəbərdarlıq
Dünən, 10:27
Azərbaycan Premyer Liqası: XII turun növbəti görüşləri keçiriləcək
Dünən, 10:23
Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifası barədə: Əla tələffüz, gözəl ifa
Dünən, 10:09
Sumqayıtda yol çökdü
Dünən, 10:00
Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib
Dünən, 09:31
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub
Dünən, 09:13
Almaniyada təhlükəli infeksiya sürətlə yayılır: Yoluxma sayı rekord həddə çatdı
20-11-2026, 15:47
Evlənənlərin sayı azaldı, boşanmalar eyni qaldı
20-11-2026, 15:42
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
20-11-2026, 15:30
Qarabağ və Şərqi Zəngəzurda yaşayan əhalinin sayı açıqlandı
20-11-2026, 15:04
Azərbaycan əhalisinin sayı açıqlandı
20-11-2026, 14:30
“AccessBank”ın sədri və rəhbər şəxsləri vəzifədən azad olundu
20-11-2026, 14:20
Çempionlar Liqası: “Barselona”nın Bakıya gəliş tarixi məlum olub
20-11-2026, 14:10
Sosial müavinətlər və təqaüdlər bu tarixdə ödəniləcək
20-11-2026, 14:00
Bakı-Hanoy əlaqələrində yeni əməkdaşlıq mərhələsi başlayır - Video
20-11-2026, 13:50
İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşdü - Yeniləndi
20-11-2026, 13:30
Həyətyanı torpağına sənəd ala bilməyənlərin nəzərinə - Yeni qayda gəlir
19-11-2026, 17:24
Tanınmış dərman şirkəti Azərbaycandan gedir
19-11-2026, 17:06
Məleykə Abbaszadə BDU-da kollektivə təqdim olunub
19-11-2026, 16:28
Bakıda və rayonlarda sabah külək güclənəcək
19-11-2026, 16:09
35 ildən sonra yenidən Xankəndinin oyununda