Mənzil satanlara bəd xəbər: QİYMƏTLƏR BELƏ OLACAQ
İqtisadiyyat
21 sen 2026 | 15:35
Mənzil satanlara bəd xəbər: QİYMƏTLƏR BELƏ OLACAQ
Son dövlər Azərbaycanın əmlak bazarında staqnasiya müşahidə olunur. Mənzil alqı-satqısında aktivliyin aşağı enməsinə baxmayaraq qiymətlərin artan templə davam etməsi paytaxt Bakıda uzun illər davam edən tikinti bumunun ardından durğunluğa yol açıb.
Bazarın vəziyyətini şərh edən əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev deyib ki, artıq uzun müddətdir əmlak bazarında qiymət artımları baş versə də, ciddi şəkildə alıcı qıtlığı müşahidə olunur:

“Son 5 ilin statistikasına nəzər salsaq, bu dövrdə satılan əmlakların böyük bir hissəsinin müxtəlif növ kredit şərtləri ilə satıldığını görərik. Hansısa əmlak kredit şərtləri ilə satılırsa, onun yenidən əmlak bazarında satışa çıxması üçün kreditin bağlanması tələb olunur. Kredit ilə satılan əmlakın ümumi kredit müddəti 10 ildən 25 ilə qədər olur. Alıcıların böyük bir qismi kreditli şərtlərlə mənzil almaq istəsələr də, ipoteka predmetinə çevrilə bilən mənzillərin böyük hissəsi artıq kreditli şərtlərlə satıldığı üçün bazara çıxa bilmir. Bu cür evlərə tələbat artır, həmin evlərin sayında isə ciddi şəkildə azalmalar müşahidə olunur. Bu isə süni formada qiymət artımına gətirib çıxarır”.

Ekspert qiymət artımına yol açan müxtəlif faktorlara diqqət çəkib: “Hazırda paytaxt ərazisində yeni çoxmənzilli yaşayış binalarının tikintisi minimal səviyyədə aparılır. Nəticədə, rəqabətin formalaşmaması qiymət artımına gətirib çıxarır. Digər tərəfdən yeni çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin olmaması və ya onların satış qiymətlərinin kəskin baha olması tikintinin maya dəyərini artırır və bu da qiymətlərə yansıyır”.

E.Fərzəliyev bildirib ki, müştəri qıtlığı olsa da, bu o demək deyil ki, əmlak bazarı tamamilə müştərisiz qalıb: “Müştərilər daha çox birbaşa tikinti şirkətlərinin özlərinə müraciət etdikləri üçün bazar üzərindən real müştərilərin sayı az görünür. Alıcılar alqı-satqı ofislərinə müraciət etməsələr də, paytaxtın müxtəlif ərazilərində böyük tikinti şirkətlərindən daxili kreditlər hesabına mənzillər əldə edirlər”.

Ekspert vurğulayıb ki, əmlak bazarı uzun müddət müştəri qıtlığı ilə üzləşərsə, bu, bazarda süni formada artan qiymətlərin enməsinə və real bazar dəyərinin düşməsinə səbəb ola bilər.
Bu gün, 17:40
Alban-Udi xristian dini icmasından Ermənistana XƏBƏRDARLIQ
Bu gün, 17:36
Səhiyyə Nazirliyi deputat Səyyad Arana CAVAB VERDİ
Bu gün, 17:33
Avtobuslarla bağlı mühüm yenilik: Boş yer olanda bildiriş gələcək
Bu gün, 17:22
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
Bu gün, 16:30
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi – SƏRƏNCAM
Bu gün, 16:20
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı
Bu gün, 15:35
Mənzil satanlara bəd xəbər: QİYMƏTLƏR BELƏ OLACAQ
Bu gün, 12:30
Pensiya alanlara şad xəbər - Bu tarixdə ödəniləcək
Bu gün, 11:11
Zakir Həsənov döyüş hazırlığının yaxşılaşdırılması ilə bağlı tapşırıq verdi - VİDEO
Bu gün, 11:10
Azərbaycan XİN Beliz və Maltanı təbrik etdi
Bu gün, 11:06
Bu avtobuslar daha "Şamaxinka"da dayanmayacaq
Bu gün, 10:38
Nadir Məmmədov qisas məqsədilə qəsdən öldürülüb, su quyusna atılıb - BİRGƏ MƏLUMAT
Bu gün, 10:32
Bilgəhdə batanlar görün kim imiş? - VİDEO
Bu gün, 10:30
Azərbaycanda veteranların sosial təminatı ilə bağlı yeni sənəd hazırlanacaq
Bu gün, 09:35
Türkiyədə güclü zəlzələ
18-09-2026, 17:17
"Şamaxinka"da izdiham: "Dünən bundan da betər idi" - VİDEO
18-09-2026, 16:20
Ziya Bünyadov prospektində YENİLİK – Qaydanı pozanları 100 manat cərimə gözləyir – FOTO
18-09-2026, 13:56
Tofiq Bəhramov stadionu təmir olunacaq - 300 min manatlıq layihə
18-09-2026, 13:55
Bakıda bu məktəblər onlayn tədrisə keçir - SİYAHI
18-09-2026, 13:11
Azərbaycanın xarici ticarətində böyük sıçrayış: Ən çox hara mal satırıq?
18-09-2026, 12:50
ATU-nun klinikası 2.5 milyon manatlıq tibbi ləvazimat alır
18-09-2026, 12:30
Robert Koçaryan məhkəməyə belə gətirildi - FOTO - VİDEO
18-09-2026, 11:31
Azərbaycanda bu şəxslərə mənzil verildi
18-09-2026, 11:18
Azərbaycanda bu torpaqlar dövlət ehtiyacları üçün alınacaq - YENİ LAYİHƏ
18-09-2026, 11:00
Bu şəxslərə şad xəbər - Pulu əvvəlcədən ALACAQLAR
18-09-2026, 10:50
DTX-nin keçirdiyi əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
18-09-2026, 10:30
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi