"Card to card" əməliyyatlarına limit qoyulması ilə bağlı RƏSMİ AÇIQLAMA
"Azərbaycan Banklar Assosiasiyası" (ABA) və "Azərbaycan Fintex Assosiasiyası" (AzFina) İctimai birlikləri bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə riskəsaslı yanaşmanın tətbiq olunması ilə bağlı razılaşma əldə edib.
Azerimedia.Az xəbər verir ki, bu barədə ABA-ya istinadən xəbər verir.
Sözügedən yanaşmaya əsasən, ödəniş xidməti istifadəçilərinə məxsus olan hər bir ödəniş aləti üzrə gündəlik olaraq maksimum 5 sayda, aylıq olaraq isə maksimum 20 min manata qədər mədaxil əməliyyatlarının həyata keçirilməsi imkanı nəzərdə tutulur. Bu çərçivədə, həmçinin, banklar və elektron pul təşkilatları tərəfindən ödəniş xidməti istifadəçilərinə onların hər bir hesabına bağlı istənilən maliyyə xidməti məhsulu üzrə yalnız bir ödəniş alətinin təqdim edilməsi nəzərdə tutulur. İndiki mərhələdə, ödəniş alətləri üzrə məxaric əməliyyatları ilə bağlı hər hansı limitin tətbiqi nəzərdə tutulmayıb.
"Bu yanaşma riskəsaslıdır və müştərilərin sağlam xarakterli mədaxil əməliyyatlarının məhdudulaşdırılmasını nəzərdə tutmur. Belə ki, bank və elektron pul təşkilatı müştərilərinin özlərinə və yaxın qohumlarına aid olan ödəniş alətləri üzrə mədaxil əməliyyatları qeyd olunan limitlərin tətbiqindən istisna edilir. Eyni zamanda, müştərilər tərəfindən aparılan əməliyyatlar barədə zəruri məlumatlar təqdim ediləcəyi və həmin əməliyatların müştərilərin risk profilinə uyğun olacağı hallar üzrə də limitlərin tətbiqi nəzərdə tutulmur. Analoji olaraq, ödəniş xidməti istifadəçiləri tərəfindən müvafiq əsaslandırmalar təqdim ediləcəyi təqdirdə, banklar və elektron pul təşkilatları tərəfindən onlara zəruri əlavə ödəniş alətlərinin təqdim edilməsi təmin olunacaq.
Sözügedən yanaşma sağlam ödəniş əməliyyatı təcrübəsinə malik olan ödəniş xidməti istifadəçiləri üçün hər hansı bir əlavə məhdudiyyət və ya çətinlik yaratmayacaq və onların gündəlik əməliyyatlarına mənfi təsir etməyəcək. Ödəniş xidməti istifadəçiləri rəqəmsal ödənişlərin üstünlüklərindən, o cümlədən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminal infrastrukturundan və elektron bankçılıq xidmətlərindən ənənəvi qaydada istifadə edərək öz ödəniş əməliyyatlarını icra etməyə davam edəcəklər", - deyə açıqlamada qeyd olunub.

Dünən, 17:30
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI
Dünən, 16:31
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - QİYMƏT bəlli oldu
Dünən, 16:12
Azərbaycanda tikinti xərcləri sürətlə artır: Bəzi məhsullar kəskin bahalaşdı
Dünən, 16:05
İlham Əliyevdən "AzerGold"la bağlı SƏRƏNCAM
Dünən, 13:31
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
Dünən, 13:25
İlham Əliyev əfv sərəncamı imzaladı
Dünən, 11:49
AZAL Brüsselə birbaşa uçuşlara başlayır
Dünən, 11:32
Prezident Estoniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Dünən, 11:27
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı
Dünən, 10:35
Kolleclərin boş qalan plan yerlərinə QƏBUL BAŞLADI
Dünən, 10:30
Azərbaycanda yeni iş yerləri yaradılacaq
Dünən, 09:44
Futbol millimiz Tacikistan yığması ilə qarşı-qarşıya
Dünən, 09:42
Bakıda bir marşrutun hərəkət sxemi dəyişdirildi
Dünən, 09:40
ABŞ-nin Ermənistana ayırdığı hərbi vəsaitin həcmi bəlli oldu
Dünən, 09:30
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Dünən, 09:00
Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub
22-09-2026, 13:41
Bakıda bəzi avtobuslardan narazılıq: "Qapıdan yıxılan olsa, kim cavab verəcək?" - Video
22-09-2026, 12:44
İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı
22-09-2026, 12:10
Prezident İlham Əliyev müşavirə keçirdi
22-09-2026, 11:38
Bakı Bulvarı bu gündən bağlanır - Səbəb
22-09-2026, 11:23
Pensiyaçılara ŞAD XƏBƏR
22-09-2026, 10:14
Dövlət universiteti işçilər axtarır
22-09-2026, 09:30
Evdə bişirib satanların nəzərinə: Sertifikat tələb olunacaq – VİDEO
22-09-2026, 09:28
Qərbi Azərbaycan İcmasında yeni İşçi Qrup yaradıldı
21-09-2026, 17:40
Alban-Udi xristian dini icmasından Ermənistana XƏBƏRDARLIQ
21-09-2026, 17:36
Səhiyyə Nazirliyi deputat Səyyad Arana CAVAB VERDİ
21-09-2026, 17:33
Avtobuslarla bağlı mühüm yenilik: Boş yer olanda bildiriş gələcək