"Sabunçu tuneli"ni inşa edən şirkətdən açıqlama: "Ona qalsa, "Bağırov körpüsü"nə də su dolub"
Cəmiyyət
28 okt 2024 | 14:00
Bakıya yağan güclü yağışlar səbəbindən 2 nəfərin boğularaq həyatını itirdiyi Sabunçu rayonu Asəf Əsədullayev küçəsindəki tunellə bağlı yayılan yeni görüntülər müzakirə yaradıb. Belə ki, bu gün səhər saatılarında yağan güclü yağış nəticəsində sözügedən tuneli yenidən su basıb, tunelə giriş-çıxış bağlanıb. Bundan əvvəl tuneli tikən şirkət "Körpü Bina Tikinti" MMC-nin müdir müavini problemin səbəbləri barədə araşdırma başladıldığını demişdi.

Pravda.az-ın əməkdaşı araşdırmanın gedişatı ilə maraqlanmaq üçün yenidən həmin MMC ilə əlaqə saxlayıb.

Bu dəfə özünü şirkətin hüquqşünası kimi qələmə verən və soyadını açıqlamaq istəməyən Rüfət adlı şəxs deyib ki, məsələ ilə bağlı araşdırmanı şirkət deyil, dövlət orqanları həyata keçirir:

"Dövlət layihəsidir, tunel sifariş əsasında tikilib. Layihəni tərtib edən də, sifarişi verən də müvafiq dövlət orqanıdır ("Azərbaycan Dəmir Yolları" QSC). Sifarişdə nə göstərilibsə, iş buna uyğun yerinə yetirilib. Körpü, onun konstruksiyası, betonu dayanıqlıdır.

Tuneldəki motorlar da layihədə iki ədəd göstərilibsə, 3 ədəd qoyulub. Şirkət motor istehsalçısı deyil. Tunel uçmayıb, anbar aşmayıb. Hamısı yerindədir. Qoyulan motorlar Azərbaycan bazarında sertifikatlaşdırılmış motorlardır. Tikinti zamanı heç bir nöqsan olmayıb.

İstər su motoru olsun, istərsə də saç qurudan fen, bu, qurğudur, içində motor işləyirsə, nə vaxtsa xarab olmalıdır. Fövqəladə vəziyyət yaranıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı necə analiz edib, bunu deyə bilmərəm. Motorlar işlək vəziyyətdə olub.

İstər "Körpü Bina Tikinti" MMC, istərsə də digər tikinti şirkətləri işi başa çatdırandan sonra 1 il zəmanət üçün nəzarət edir, bundan sonra müvafiq dövlət orqanlarına təhvil verir. Şirkət illər boyu tikilinin arxasınca getmir. Nəzarəti artıq müvafiq dövlət orqanları davam etdirirlər.

Hadisə günü motorların işləyib-işləməməsi bizə aid deyil. Məlumata görə, motorlar işləyib, sadəcə, yağıntıların miqdarı normadan artıq olduğu üçün kanalizasiyalar yüklənib, su geri qayıdıb. Kimsə bizi günahlandırmaq istəyirsə, birinci iş barədə ətraflı öyrənsin.

"Körpü Bina Tikinti" MMC bundan başqa onlarla körpü tikib, heç birində qüsur olmayıb. Ona qalsa, "Bağırov körpüsü"nə də su dolub.

Fövqəladə hal nəticəsində baş verən hadisədir, bunu dramatikləşdirməyə ehtiyac yoxdur. Allah həyatını itirən iki vətəndaşımıza rəhmət etsin. Ailələrin acıları ağırdır, başları sağ olsun.

Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, iki nəfərin həlak olması motorların işləməməsi, tuneli su basması ilə əlaqədar deyil. FHN əməkdaşları onların yanında olarkən su hələ bellərinə çatmamışdı. Su maşının qapısında idi. Yeriyə-yeriyə çıxa bilərdilər. Nəyə görə sudan çıxmadıqları müəmmalıdır. Araşdırma gedir, yəqin ki, nəticəsi mətbuata açıqlanacaq. Kim yaxşı iş görür, ayağından dartmaq istəyirlər. 4 il əvvəl tikib, təhvil vermişik. Görən görür ki, orada "Körpü Bina Tikinti" MMC-lik nə var?"
Dünən, 18:31
Bəzi məhsullar oyuncaq hesab edilməyəcək - Siyahı
Dünən, 18:00
Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
Dünən, 17:35
Şimali Kiprdə azərbaycanlıların da olduğu gəminin batması nəticəsində ölənlərin sayı artdı
Dünən, 17:00
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
Dünən, 16:13
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Dünən, 16:08
Dünya çempionu futbolçu karyerasını başa vurdu
Dünən, 15:14
İlham Əliyev Vladimir Putinə zəng etdi
Dünən, 15:10
Azərbaycanlı hərbçinin "xoşməramlı jest" kimi Bakıya təhvil verilməsi ehtimalı var
Dünən, 14:25
Altı rayon niyə hələ də susuz qalıb?
Dünən, 13:30
Bu şəxslərin pensiyası daha çox artacaq
Dünən, 13:22
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Dünən, 13:06
Bu şəxslər də vergiyə cəlb olunacaqlar
Dünən, 12:10
Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi - Foto
Dünən, 11:30
Allahşükür Paşazadə: "Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"
Dünən, 11:15
Hindistan Ermənistanda reaktiv mərmilər istehsal etmək istəyir
Dünən, 10:58
Türkiyə Səudiyyə Ərəbistanında öz bazasını yerləşdirə bilər
Dünən, 10:27
DTX rəisi: "913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb"
Dünən, 10:20
Prezident: "Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır"
Dünən, 10:15
İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətsizliyinə diqqət çəkdi
Dünən, 10:09
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"
6-10-2026, 17:53
Ombudsmanın maaşı dörd dəfə artırıldı - Prezident təsdiqlədi
6-10-2026, 17:43
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib - Foto
6-10-2026, 16:54
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
6-10-2026, 15:09
Azərbaycanın Böyük Britaniyaya ixracı 24 dəfə artıb
6-10-2026, 15:07
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
6-10-2026, 13:33
Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı
6-10-2026, 12:36
Paşinyan Ermənistanda saxlanılan azərbaycanlı əsgərdən danışdı