Hindistan Ermənistanda reaktiv mərmilər istehsal etmək istəyir
Dünya
7 okt 2026 | 11:15
Hindistan Ermənistanda reaktiv mərmilər istehsal etmək istəyir
İrəvan və Yeni Delhi "Pinaka Mk-II" reaktiv mərmilərinin Ermənistan ərazisində yığılması və istehsalı imkanlarını nəzərdən keçirirlər.

Azerimedia.Az xəbər verir ki, bu barədə "Idrw" portalı məlumat yayıb.

Məlumata görə, əgər tərəflər razılığa gələrsə, bu, iki ölkə arasında hərbi-sənaye əlaqələrinin inkişafına güclü təkan verəcək. Eyni zamanda, Ermənistanın artan artilleriya potensialı üçün sursat təchizatının daha dayanıqlı olmasına kömək edəcək.

Qeyd olunur ki, Ermənistan ordusu artıq Hindistan istehsalı olan "Pinaka Mk-II" idarəolunan raketlərini, eləcə də artırılmış mənzilli idarəolunmayan "Pinaka" mərmilərini silahlanmaya qəbul edib. Lakin Ermənistanda planlaşdırılan yerli istehsal proqramı üçün məhz hansı modifikasiyanın əsas götürüləcəyi hələlik məlum deyil. Ehtimal edilir ki, yerli istehsala maraq müasir reaktiv artilleriya müharibəsinin xüsusiyyətlərindən irəli gəlir.

"Pinaka" kimi sistemlər uzunmüddətli hərbi əməliyyatlar zamanı külli miqdarda sursat tələb edir. Bu baxımdan, mərmilərin ölkə daxilində yığılması və istehsalı ehtiyatların təmin edilməsi, eləcə də xarici idxaldan asılılığın azaldılması üçün xüsusilə əhəmiyyətli ola bilər. Ehtimal olunan müqavilə çərçivəsində Hindistanın dövlət müdafiə müəssisəsi və ya digər hərbi-sənaye strukturu tərəfindən texnoloji dəstəyin göstərilməsi, istehsal prosesinə köməklik və erməni mütəxəssislərin təlimatlandırılması nəzərdə tutulur. İstehsal prosesinin mərhələli şəkildə qurulması gözlənilir.

Mənbələr bildirir ki, Ermənistan yerli istehsalın payını tədricən artırmazdan əvvəl, ilkin mərhələdə Hindistandan gətiriləcək hissə və materiallardan istifadə edəcək. Texnologiyaların ötürülməsi şərtləri, raketin modifikasiyası və istehsalın konkret modeli hələ müəyyənləşdirilməyib. Yekun razılaşma barədə hələlik rəsmi məlumat verilməyib və Ermənistandakı istehsalın həcmi tərəflər arasında aparılacaq danışıqların nəticəsindən asılı olacaq.

Bununla belə, danışıqlar uğurla yekunlaşarsa, Ermənistan "Pinaka" sistemləri üzrə mühüm xarici istehsal tərəfdaşına çevrilə bilər. Hindistan isə hazır sistemlərin satışından yerli istehsala keçid etməklə müdafiə ixracının inkişafı üçün yeni bir istiqamət qazanacaq.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Hindistandan "Pinaka" reaktiv yaylım atəşi sistemləri, "ATAGS" haubitsaları, "Akash" zenit-raket kompleksləri və "Swathi" radarları almağa başlamışdı.
Bu gün, 13:22
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Bu gün, 13:06
Bu şəxslər də vergiyə cəlb olunacaqlar
Bu gün, 12:10
Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi - Foto
Bu gün, 11:30
Allahşükür Paşazadə: "Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"
Bu gün, 11:15
Hindistan Ermənistanda reaktiv mərmilər istehsal etmək istəyir
Bu gün, 10:58
Türkiyə Səudiyyə Ərəbistanında öz bazasını yerləşdirə bilər
Bu gün, 10:27
DTX rəisi: "913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb"
Bu gün, 10:20
Prezident: "Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır"
Bu gün, 10:15
İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətsizliyinə diqqət çəkdi
Bu gün, 10:09
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"
Dünən, 17:53
Ombudsmanın maaşı dörd dəfə artırıldı - Prezident təsdiqlədi
Dünən, 17:43
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib - Foto
Dünən, 16:54
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Dünən, 15:09
Azərbaycanın Böyük Britaniyaya ixracı 24 dəfə artıb
Dünən, 15:07
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 13:33
Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı
Dünən, 12:36
Paşinyan Ermənistanda saxlanılan azərbaycanlı əsgərdən danışdı
Dünən, 10:56
Ən şərəfli peşə sahibi
Dünən, 10:34
Baş nazir bu universitetlərlə bağlı qərar verdi
Dünən, 10:31
Milli Qəhrəmanın müəllim atası Müəllimlər Günündə VƏFAT ETDİ
Dünən, 10:15
Əli Əsədovdan duracaq və qarajlarla bağlı qərar
Dünən, 10:00
XİN-dən dron hücumunda həlak olan Azərbaycan vətəndaşı ilə bağlı AÇIQLAMA
Dünən, 09:00
Ukrayna Moskvanı vurdu - ÖLƏN VAR
5-10-2026, 17:30
Havalar soyudu: Evlərə istilik vaxtından əvvəl veriləcək? - RƏSMİ
5-10-2026, 16:58
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
5-10-2026, 16:50
Azərbaycanda tauna yoluxan var?
5-10-2026, 16:20
Qara dənizdə şəhidimizin adını daşıyan gəmidə yanğın: Ölənlər var - Foto/Video