Azərbaycanda tauna yoluxan var?
Səhiyyə
5 okt 2026 | 16:50
Azərbaycanda tauna yoluxan var?
Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur.

Azerimedia.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

"Bununla yanaşı, epidemioloji vəziyyət daim qiymətləndirilir və ehtiyac yarandığı halda müvafiq tədbirlər operativ şəkildə gücləndirilə bilər. Ölkəmizdə son 50 il ərzində taun xəstəliyinə yoluxma halı qeydə alınmayıb. Azərbaycanda epidemioloji vəziyyət sabitdir və aidiyyəti qurumların nəzarəti altındadır. Rusiyadan ölkəmizə gələn şəxslərlə bağlı sanitariya-epidemioloji nəzarət tədbirləri qüvvədə olan tələblərə uyğun keçirilir. Şübhəli hal aşkarlandığı təqdirdə, xəstədən götürülmüş nümunələrin laborator müayinəsi Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin laboratoriyasında həyata keçirilə bilər. Mərkəz bu istiqamətdə müayinələrin aparılması üçün zəruri avadanlıq və ləvazimatlarla təmin olunub. Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin fəaliyyət istiqamətlərinə taun və digər xüsusi təhlükəli infeksiyalar üzrə epidemioloji nəzarət daxildir", - qeyd olunub.

O da bildirilib ki, taun əsasən təbii ocaqlı infeksiyadır və törədicisi "Yersinia pestis" (taun çöpü) bakteriyasıdır. Xəstəlik təbiətdə əsasən gəmiricilər və birələr arasında dövr edir: "İnsanın yoluxması, əsasən, yoluxmuş heyvan və ya birələrlə təmas, habelə bəzi hallarda xəstəliyin ağciyər forması zamanı tənəffüs yolu ilə baş verə bilər. Taun müalicə olunan xəstəlikdir və erkən diaqnostika ilə vaxtında tibbi müdaxilə mühüm əhəmiyyət daşıyır. Bununla belə, hazırkı məlumatlara əsasən, Azərbaycan əhalisi üçün xüsusi narahatlığa əsas verən vəziyyət mövcud deyil. Vətəndaşlara yalnız rəsmi məlumatlara istinad etmələri tövsiyə olunur".
Bu gün, 17:30
Havalar soyudu: Evlərə istilik vaxtından əvvəl veriləcək? - RƏSMİ
Bu gün, 16:58
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
Bu gün, 16:50
Azərbaycanda tauna yoluxan var?
Bu gün, 16:20
Qara dənizdə şəhidimizin adını daşıyan gəmidə yanğın: Ölənlər var - Foto/Video
Bu gün, 15:30
Ev almaq istəyənlərin nəzərinə: Yeni və köhnə tikililərdə son qiymətlər
Bu gün, 15:20
195 magistr dövlət hesabına təhsil alacaq
Bu gün, 13:37
Dünya çempionatı: Gültac Məmmədəliyeva 1/4 finala yüksəldi - Yenilənib
Bu gün, 13:08
İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?
Bu gün, 13:07
Nazirdən şad xəbər: Kimlərə 20 min manatadək pul verilə bilər?
Bu gün, 12:50
Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı
Bu gün, 12:30
Prezident İlham Əliyev Malayziyanın yeni səfirini qəbul edib - Foto
Bu gün, 10:00
Bir müəllim, bir sinif, yüzlərlə gözəl an – Müəllimlər Gününə özəl
Bu gün, 09:19
5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür
Bu gün, 09:17
Oktyabrın 5-i ilə bağlı bu şəxslərə ŞAD XƏBƏR
Bu gün, 09:16
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Bu gün, 09:15
Gəncəyə ikinci raket hücumundan altı il ötür
2-10-2026, 13:35
Bu kənd və qəsəbələrə su çəkiləcək
2-10-2026, 13:07
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:40
Kəmaləddin Heydərov əmr imzaladı - FHN-də ciddi dəyişikliklər
2-10-2026, 12:30
Bu yol təmir etdirilir
2-10-2026, 12:30
Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO
2-10-2026, 11:38
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 10:28
Nazirlik 151 min nəfərin pensiyası ilə bağlı YENİ QƏRAR VERDİ
2-10-2026, 10:26
Leysan, sel, daşqın olacaq - Əhaliyə xəbərdarlıq
2-10-2026, 10:24
Hikmət Hacıyev: "Qonşularımızın daxili işlərinə qarışmırıq və ərazimizdən onlara qarşı istifadəyə yol vermərik"
2-10-2026, 09:53
İlham Əliyev YAP-ın VIII Qurultayında çıxış edir - Foto
1-10-2026, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı