Milli Qəhrəmanın müəllim atası Müəllimlər Günündə VƏFAT ETDİ

Bu barədə onun yaxınları məlumat verib.
C.Abdullayev oktyabrın 5-də - Beynəlxalq Müəllimlər Günündə 90 yaşında dünyasını dəyişib. Onun ölümünə yaşla bağlı xəstəlik səbəb olub.
Qeyd edək ki, Cəmil Abdullayev 13 may 1936-cı ildə Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasını bitirib. Uzun illər müəllim işləyib.
Xatırladaq ki, onun oğlu Şövqiyar Abdullayev 13 aprel 1969-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalında – Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. Orta məktəbi 1986-cı ildə əla qiymətlərlə bitirərək həmin il Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Avtomatika və hesablama texnikası fakültəsinə qəbul olunub. 1987-ci ilin yayında I kursu da əla qiymətlərlə başa vuran Ş.Abdullayev təhsilini dondurmaq məcburiyyətində qalıb və əsgəri xidmətə yollanıb. O, xidmətini Monqolustanda tank qoşunları hərbi hissəsində çəkib. 1989-cu ildə tank komandiri kimi hərbidən tərxis olunub.
Hərbi xidmətdən birbaşa Bakıya qayıtmalı olub. İnstituta bərpa olub təhsilini davam etdirsə də, Şövqiyarın ürəyindəki Vətən həsrəti, yurd nisgili onu rahat buraxmayıb.
1990-cı ilin 20 Yanvar faciəsi, həmin ilin noyabrında görkəmli Azərbaycan oğullarının vertolyotda vurulması, 1992-ci ilin Xocalı soyqırımı Vətən və millət təəssübkeşi olan Şövqiyarı bütün varlığı ilə sarsıdıb. Bu hisslərlə də o, 1992-ci il mart ayının 3-də oxuduğu ali məktəbin məşğələlərini tərk edərək, könüllü surətdə Milli Ordu sıralarına yazılıb. Az bir müddət sonra onların tank bölməsi Ağdam rayonu ərazisində yerləşdirilib. Aprelin 26-da Şelli istiqamətindəki ilk döyüşdə düşmənə qan udduran tank bölmələri, eləcədə Şövqiyar və onun silahdaşları Gülablı istiqamətində müdafiə mövqeyi tutaraq Abdal, Aranzəmin, Pircamal, Naxçıvanik kəndləri uğrunda şiddətli döyüşlər aparıblar. 1992-ci il avqustun 23-də Şövqiyarın tank heyəti Gülablıdakı strateji əhəmiyyətli yüksəklikdən çıxarılıb və Drambon kəndinin müdafiəsinə kömək üçün göndərilib. Az vaxt içərisində Drambon kəndindəki erməni-rus birləşmələrinin müqaviməti qırılaraq bu yaşayış məntəqəsi işğalçılardan azad edilib. Ən böyük müvəffəqiyyət isə o olub ki, Şövqiyar və onun silahdaşları mühasirəyə düşmüş çox böyük sayda piyada döyüşçülərimizi mühasirə halqasından çıxara biliblər. Həmin döyüşdə Şövqiyarın tankı vurulub və cəsur döyüşçü yaralanıb, mərmi partlayışı nəticəsində ayaqlarına qəlpə dolub.
Onu əvvəlcə Ağdamdakı hərbi hospitala aparıblar, ardınca isə Bakıya göndərməyi qərara alıblar. Lakin Şövqiyar, - "Mən yoldaşlarımı odun-alovun içərisində qoyub heç yerə gedə bilmərəm. Elə adamlar tanıyıram ki, bədənlərində Böyük Vətən müharibəsindən indiyə kimi qəlpə gəzdirirlər”, deyərək, buna etiraz edib, xəstəxanadan qaçaraq döyüş bölgəsinə gəlib, öz komandiri olduğu tanka qalxaraq son nəfəsinə qədər düşmənə qarşı mübarizə aparıb. 1992-ci il avqustun 27-də Drambon kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olan Ş.Abdullayev iki gün sonra müqəddəs Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli fərmanı ilə Ş.Abdullayev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bir müddət sonra Şövqiyarın təltif olunduğu "Azərbaycanın Milli Qəhrəmanı”nın Qızıl ulduzunu Ulu Öndər Heydər Əliyev qəhrəmanın atası Cəmil Abdullayevə təqdim edib.




Bu gün, 10:34
Baş nazir bu universitetlərlə bağlı qərar verdi
Bu gün, 10:31
Milli Qəhrəmanın müəllim atası Müəllimlər Günündə VƏFAT ETDİ
Bu gün, 10:15
Əli Əsədovdan duracaq və qarajlarla bağlı qərar
Bu gün, 10:00
XİN-dən dron hücumunda həlak olan Azərbaycan vətəndaşı ilə bağlı AÇIQLAMA
Bu gün, 09:00
Ukrayna Moskvanı vurdu - ÖLƏN VAR
Dünən, 17:30
Havalar soyudu: Evlərə istilik vaxtından əvvəl veriləcək? - RƏSMİ
Dünən, 16:58
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
Dünən, 16:50
Azərbaycanda tauna yoluxan var?
Dünən, 16:20
Qara dənizdə şəhidimizin adını daşıyan gəmidə yanğın: Ölənlər var - Foto/Video
Dünən, 15:30
Ev almaq istəyənlərin nəzərinə: Yeni və köhnə tikililərdə son qiymətlər
Dünən, 15:20
195 magistr dövlət hesabına təhsil alacaq
Dünən, 13:37
Dünya çempionatı: Gültac Məmmədəliyeva 1/4 finala yüksəldi - Yenilənib
Dünən, 13:08
İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?
Dünən, 13:07
Nazirdən şad xəbər: Kimlərə 20 min manatadək pul verilə bilər?
Dünən, 12:50
Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı
Dünən, 12:30
Prezident İlham Əliyev Malayziyanın yeni səfirini qəbul edib - Foto
Dünən, 10:00
Bir müəllim, bir sinif, yüzlərlə gözəl an – Müəllimlər Gününə özəl
Dünən, 09:19
5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür
Dünən, 09:17
Oktyabrın 5-i ilə bağlı bu şəxslərə ŞAD XƏBƏR
Dünən, 09:16
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Dünən, 09:15
Gəncəyə ikinci raket hücumundan altı il ötür
2-10-2026, 13:35
Bu kənd və qəsəbələrə su çəkiləcək
2-10-2026, 13:07
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:40
Kəmaləddin Heydərov əmr imzaladı - FHN-də ciddi dəyişikliklər
2-10-2026, 12:30
Bu yol təmir etdirilir
2-10-2026, 12:30
Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO
2-10-2026, 11:38
Prezident xoş xəbəri ELAN ETDİ