İsrail Qəzzanın şərqində Əş-Şucaiyyədə quru əməliyyatına başladı
Dünya
4 apr 2025 | 13:25
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzzanın şərqində quru əməliyyatına başlayıb.

Bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.

Bildirilib ki, son bir neçə saat ərzində İsrail Müdafiə Ordusunun qoşunları təhlükəsizlik zonasını genişləndirmək məqsədilə Qəzzanın şimalında Əş-Şucaiyyə rayonunda quru əməliyyatına başlayıb.

"Əməliyyat çərçivəsində qoşunlar çoxlu sayda terrorçunu, həmçinin HƏMAS-ın terror obyektlərini, o cümlədən terrorçuların hücumları planlaşdırmaq və həyata keçirmək üçün istifadə etdiyi komanda-nəzarət mərkəzini məhv edib", - deyə bəyanda qeyd edilib.

Qurum qeyd edib ki, əməliyyat zamanı və başlamazdan əvvəl İsrail Müdafiə Ordusu mülki şəxslərin təhlükəsizliyi üçün təşkil edilmiş marşrutlar vasitəsilə döyüş zonasından təxliyəsinə icazə verib.

İsrail hərbçiləri İsrail Dövlətinin vətəndaşlarını qorumaq üçün Qəzza zolağında terror təşkilatlarına qarşı fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıblar.

Martın 18-də İsrail ordusu Qəzza zolağında döyüş əməliyyatlarını bərpa edərək, anklavı kütləvi zərbələrə məruz qoyub və bununla da yanvarda müəyyən edilmiş atəşkəs rejimini pozub. Baş nazir Benyamin Netanyahunun ofisi bunu HƏMAS-ın vasitəçilər və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff tərəfindən danışıqlarda irəli sürülən təklifləri rədd etməsi ilə izah edib və əməliyyatın məqsədinin bütün girovların azad edilməsi olduğunu bildirib. Hərəkat döyüş əməliyyatlarının bərpasına görə məsuliyyəti İsrail və ABŞ-nin üzərinə atıb.
25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA
24-09-2026, 16:11
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
24-09-2026, 16:10
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
24-09-2026, 16:00
Prezident icra başçısını vəzifəsindən azad etdi
24-09-2026, 12:30
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
24-09-2026, 11:38
Yoxlamalara dair yeni qadağa qoyulur
24-09-2026, 11:36
22 motosikletçi saxlanıldı
24-09-2026, 10:00
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
24-09-2026, 09:51
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 09:49
Laçında dağlıq ərazidə YANĞIN - FOTO/VİDEO
24-09-2026, 09:46
UEFA Millətlər Liqasında start: İlk gündə səkkiz qarşılaşma
24-09-2026, 09:18
Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
23-09-2026, 17:30
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI
23-09-2026, 16:31
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - QİYMƏT bəlli oldu
23-09-2026, 16:12
Azərbaycanda tikinti xərcləri sürətlə artır: Bəzi məhsullar kəskin bahalaşdı
23-09-2026, 16:05
İlham Əliyevdən "AzerGold"la bağlı SƏRƏNCAM
23-09-2026, 13:31
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
23-09-2026, 13:25
İlham Əliyev əfv sərəncamı imzaladı