"Interpol" Makronun mühafizə rəisi A.Benallanı "Qırmızı Bülleten"lə axtarışa verdi
Dünya
28 apr 2025 | 09:57
"Interpol" Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək, 2025-ci ilin aprel ayında "Red Notice" ("Qırmızı Bülleten") ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib.

Qərarın əsası Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqi sorğu olub.

Məlum olduğu kimi, Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anass Derraz (hazırda Azərbaycandadır, məsuliyyətə cəlb olunub) 2018-ci ildə Azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, Fransa rəsmiləri Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli "Luna" yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.



Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın "AL HILAL BANK"dakı hesabına və Aleksandr Benallanın "BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR"dakı hesabına köçürüb.

A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq, ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı "Interpol"a müraciət olunub.

"Interpol"un Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri A.Benallanı ən ciddi hüquqi əsas olan "Red Notice" ("Qırmızı Bülleten") əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. "Qırmızı Bülleten" şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. A.Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur.

Yaxın vaxtlarda Bakıda saxlanılan A.Derrazla bağlı aparılan cinayət işi üzrə açıq məhkəmə baxışının başlanacağı və açıqlanacaq beynəlxalq korrupsiya dəlillərinin əlavə qalmaqallar yaradacağı gözlənilir.
25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA
24-09-2026, 16:11
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
24-09-2026, 16:10
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
24-09-2026, 16:00
Prezident icra başçısını vəzifəsindən azad etdi
24-09-2026, 12:30
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
24-09-2026, 11:38
Yoxlamalara dair yeni qadağa qoyulur
24-09-2026, 11:36
22 motosikletçi saxlanıldı
24-09-2026, 10:00
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
24-09-2026, 09:51
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 09:49
Laçında dağlıq ərazidə YANĞIN - FOTO/VİDEO
24-09-2026, 09:46
UEFA Millətlər Liqasında start: İlk gündə səkkiz qarşılaşma
24-09-2026, 09:18
Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
23-09-2026, 17:30
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI
23-09-2026, 16:31
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - QİYMƏT bəlli oldu
23-09-2026, 16:12
Azərbaycanda tikinti xərcləri sürətlə artır: Bəzi məhsullar kəskin bahalaşdı
23-09-2026, 16:05
İlham Əliyevdən "AzerGold"la bağlı SƏRƏNCAM
23-09-2026, 13:31
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
23-09-2026, 13:25
İlham Əliyev əfv sərəncamı imzaladı