Rusiyanın "Match TV" kanalının Azərbaycanda yayımının dayandırılmasının səbəbi AÇIQLANDI
Dünya
2 iyn 2025 | 18:24
Multipleks və platforma operatorlarının retranslyasiya paketlərindən bir sıra idman televiziya kanallarının ("МАТЧ! ФУТБОЛ 1", "МАТЧ! ФУТБОЛ 2", "МАТЧ! ФУТБОЛ 3", "МАТЧ! ПРЕМЬЕРА", "МАТЧ! ИГРА", "МАТЧ! АРЕНА", "МАТЧ! СТРАНА", "МАТЧ!") çıxarılması ilə bağlı Audiovizual Şuraya vətəndaşlardan müraciətlər daxil olur.

Bu barədə Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, "Media haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən multipleks və platforma operatorları retranslyasiya etdikləri xarici televiziya kanallarını yalnız buna hüquq verən sənədləri (müqavilə, razılaşma, icazə, lisenziya və s.) Audiovizual Şuraya təqdim etmək şərtilə retranslyasiya edə bilərlər.

Qanunvericiliyin bu tələbinə riayət olunmasının təmin edilməsi üçün Audiovizual Şura tərəfindən son illərdə müvafiq işlər həyata keçirilib. Bu məqsədlə operatorlarla çoxsaylı görüşlər təşkil olunub, onlara həm şifahi, həm də yazılı olaraq müvafiq tövsiyələr verilib.
2024-cü ilin sonlarından 2025-ci ilin mart ayınadək aparılan monitorinqlər nəticəsində qeydə alınan pozuntulara görə 20-dən çox operator barəsində inzibati xəta haqqında protokol tərtib edilib və müvafiq məhkəmələrə göndərilib. Məhkəmə qərarlarına əsasən həmin operatorların hər biri 5000 manat məbləğində cərimə olunub.

Audiovizual Şuranın apardığı araşdırmalar nəticəsində məlum olub ki, bəzi idman kanallarının Azərbaycan ərazisində yayım hüququ yoxdur. Həmin kanallarda yayımlanan bir sıra beynəlxalq idman yarışlarının ölkədə müstəsna yayım hüququ yerli yayımçılar tərəfindən əldə edilib və bu yarışlar həmin rəsmi kanallarda təqdim olunur.

Müstəsna və qeyri-müstəsna yayım hüququ əldə etmiş yayımçıların Audiovizual Şuraya etdiyi müraciətlərdən və davam edən məhkəmə proseslərindən aydın olur ki, "МАТЧ ТВ" kanallarının Azərbaycanda faktiki olaraq "pirat" yayımı bu yayımçıların qanuni mənafelərinə və iqtisadi maraqlarına ciddi zərər vurur. Ümumilikdə isə belə qanunsuz retranslyasiya ölkəmizin beynəlxalq imicinə mənfi təsir göstərir.

Qeyd olunanları nəzərə alaraq, Audiovizual Şura 13 may 2025-ci il tarixində bir daha multipleks və platforma operatorlarına rəsmi müraciət edərək retranslyasiya paketlərində "pirat" kanalların, o cümlədən adıçəkilən idman kanallarının yayımını dayandırmağı tələb edib. Bildirilib ki, 01 iyun 2025-ci ildən bu tələbi yerinə yetirməyən operatorlara qarşı qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.

Audiovizual Şura bir daha operatorların diqqətinə çatdırır ki, retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız hüquqverici sənədin mövcudluğu və bu sənədin Şuraya təqdim edilməsi halında yayımlana bilər. Bu istiqamətdə mütəmadi monitorinqlər aparılacaq və nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək.
25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA
24-09-2026, 16:11
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
24-09-2026, 16:10
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
24-09-2026, 16:00
Prezident icra başçısını vəzifəsindən azad etdi
24-09-2026, 12:30
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
24-09-2026, 11:38
Yoxlamalara dair yeni qadağa qoyulur
24-09-2026, 11:36
22 motosikletçi saxlanıldı
24-09-2026, 10:00
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
24-09-2026, 09:51
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 09:49
Laçında dağlıq ərazidə YANĞIN - FOTO/VİDEO
24-09-2026, 09:46
UEFA Millətlər Liqasında start: İlk gündə səkkiz qarşılaşma
24-09-2026, 09:18
Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
23-09-2026, 17:30
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI
23-09-2026, 16:31
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - QİYMƏT bəlli oldu
23-09-2026, 16:12
Azərbaycanda tikinti xərcləri sürətlə artır: Bəzi məhsullar kəskin bahalaşdı
23-09-2026, 16:05
İlham Əliyevdən "AzerGold"la bağlı SƏRƏNCAM
23-09-2026, 13:31
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
23-09-2026, 13:25
İlham Əliyev əfv sərəncamı imzaladı