Kamçatkada dəhşətli zəlzələ: Sunami təhlükəsi elan edilib, üç min insan təxliyə olunub
Dünya
30 iyl 2025 | 10:02
Kamçatkada baş vermiş 8.7 maqnitudalı zəlzələdən sonra 50-dən çox afterşok qeydə alınıb.

Azerimedia.Az-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kamçatka filialının Geofizika Xidmətindən məlumat verilib.

"İlkin zəlzələ Bakı vaxtı ilə saat 03:24-də (yerli vaxtla 11:24) baş verib. Ondan sonra 50-dən çox afterşok müşahidə olunub, onların bir neçəsi hiss olunacaq qədər güclü olub", - deyə qurumdan bildirilib.

Zəlzələ nəticəsində Kuril adalarında 2 700 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub. Şimali Kuril rayonunda isə zəlzələ və sunami səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.

Bundan əlavə, Meksika Hərbi Dəniz Qüvvələrinin Sunami Xəbərdarlıq Mərkəzi Kamçatkada baş vermiş zəlzələdən sonra ölkənin qərb sahillərində sunami təhlükəsi elan edib. Məlumata görə, dalğaların hündürlüyü 1 metrə qədər ola bilər.

"Xəbərdarlıq ləğv olunana qədər vətəndaşlara çimərliklərə yaxınlaşmamaq tövsiyə olunur. Limanlarda isə güclü axınların baş verməsi ehtimalı var. Bu səbəbdən limanlarda dayanan gəmilərə qarşı xüsusi diqqətli olmaq lazımdır", - deyə mərkəzdən bildirilib.

Zəlzələdən sonra sunami təhlükəsi həmçinin Çinin şərq sahillərində və Tayvanda da elan olunub.

07:23

Çili Hərbi Dəniz Qüvvələrinin Hidroqrafik və Okeanoqrafiya Xidməti Kamçatkada baş verən zəlzələdən sonra ölkə sahillərində sunami təhlükəsi barədə xəbərdarlıq edib.

Azerimedia.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Amerika ölkəsinin Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Xidmətinin direktoru Alisiya Sebrian məlumat verib.

"Çilinin Antarktika ərazisi də daxil olmaqla ölkənin bütün sahilləri üçün sunami təhlükəsi elan edilib", - o, mətbuat konfransında bildirib.

Ekspertlərin fikrincə, sunami Çili sahillərinə çərşənbə günü yerli vaxtla saat 14:51-dən (Bakı vaxtı ilə 22:51 - red.) çata bilər.

"Biz fəlakət risklərinin idarəedilməsi komitələrini çağıracağıq ki, vəziyyətə nəzarət edə bilək və vətəndaşları təxliyə prosesi barədə məlumatlandırmaq üçün tədbirləri koordinasiya edək. Bizim vaxtımız var, sunami qəfil olmayacaq", - o əlavə edib.

07:03

Yerli vaxtla saat 11:24-də (Bakı vaxtı ilə 3:24) Sakit okeanda Kamçatka yaxınlığında 8.7 bal gücündə zəlzələ baş verib. Təkanların episentri Petropavlovsk-Kamçatskdan 161 km şərqdə, 32 km dərinlikdə yerləşib.

Azerimedia.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, 1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələdir. Sunami təhlükəsi elan edilib, dörd metrə qədər hündürlükdə dalğalar qeydə alınıb. Rusiya və qonşu Yaponiyanın hakimiyyət orqanları sakinləri sahil zonasını tərk etməyə çağırıblar. Artıq bir neçə nəfər xəsarət alıb, hələ ki itki yoxdur.

Videoya baxmaq üçün linkə daxil olun


Videoya baxmaq üçün linkə daxil olun

Kamçatka diyarının hakimiyyət orqanları güclü afterşoklardan sonra idarə və xidmətlərin hərəkətlərini əlaqələndirmək üçün regional qərargah yaradıb.

Qeyd olunur ki, sunami dalğası nəticəsində Saxalin vilayətinin Severo-Kurilsk limanı və balıqçılıq müəssisəsi su altında qalıb.

Bundan əlavə, ABŞ-nin Kaliforniya və Oreqon ştatlarında sunami təhlükəsi elan edilib.

Mütəxəssislərin fikrincə, Kamçatkada baş verən zəlzələdən sonra güclü afterşok prosesi gedir və bir ay ərzində maqnitudası 7.5-ə çatan afterşoklar olacaq.

Videoya baxmaq üçün linkə daxil olun

Videoya baxmaq üçün linkə daxil olun
25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA
24-09-2026, 16:11
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
24-09-2026, 16:10
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
24-09-2026, 16:00
Prezident icra başçısını vəzifəsindən azad etdi
24-09-2026, 12:30
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
24-09-2026, 11:38
Yoxlamalara dair yeni qadağa qoyulur
24-09-2026, 11:36
22 motosikletçi saxlanıldı
24-09-2026, 10:00
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
24-09-2026, 09:51
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 09:49
Laçında dağlıq ərazidə YANĞIN - FOTO/VİDEO
24-09-2026, 09:46
UEFA Millətlər Liqasında start: İlk gündə səkkiz qarşılaşma
24-09-2026, 09:18
Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
23-09-2026, 17:30
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI
23-09-2026, 16:31
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - QİYMƏT bəlli oldu
23-09-2026, 16:12
Azərbaycanda tikinti xərcləri sürətlə artır: Bəzi məhsullar kəskin bahalaşdı
23-09-2026, 16:05
İlham Əliyevdən "AzerGold"la bağlı SƏRƏNCAM
23-09-2026, 13:31
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
23-09-2026, 13:25
İlham Əliyev əfv sərəncamı imzaladı