İranda Pezeşkiana hücumlar artıb
Dünya
12 avq 2025 | 15:27
İran Prezidenti Məsud Pezeşkianın Qərblə danışıqlar barədə verdiyi son açıqlama siyasi dairələrdə və mediada ona qarşı hücumların görünməmiş miqyas almasına səbəb olub.

Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan yeni videosüjetdə qeyd olunur.

Müəllif qeyd edir ki, əgər əvvəllər M.Pezeşkian əsasən ifrat mühafizəkar cərəyanın tənqidlərinə məruz qalırdısa, indi bir sıra mötədil və islahatçı qüvvələr də bu kampaniyaya qoşulub.

Süjetdə xatırlanır ki, avqustun 10-da ölkədə qeyd olunan "Jurnalist günü" münasibətilə M.Pezeşkian hökumətin bəzi üzvləri ilə birlikdə media rəhbərləri və nümayəndələri ilə görüşüb və etdiyi çıxışda İranı ciddi iqtisadi çətinliklərə düçar edən sanksiyaların qismən də olsa, aradan qaldırılması üçün Qərblə müzakirələrin vacibliyindən danışıb.

"O, eyni zamanda Qərblə, ilk növbədə ABŞ ilə danışıqlara görə hökuməti tənqid edən və müzakirələrin əleyhinə çıxan qüvvələrə müraciətlə deyib: "Heç kəs deyə bilməz ki, əgər mən danışıqlar aparıramsa, gedib təslim oluram. Təslim olmaq bizim təbiətimizdə yoxdur. Amma mənim inamım budur ki, biz dava etməklə də bir şeyə nail ola bilmərik. Kim deyib ki, danışmaqdan qorxmalısan? Danışmıram, müzakirə aparmıram, yaxşı, bəs nə etmək istəyirsən? Müharibə etmək istəyirsən? Axı gəldi bizi vurdu! İndi gedib düzəltsək, yenidən gəlib vuracaq. Bunlar elə məsələlərdir ki, onlara emosiyalarla yanaşmaq olmaz".

"Aydındır ki, M.Pezeşkian burada iyun ayında İsraillə 12 günlük müharibə zamanı ABŞ aviasiyasının İranın nüvə obyektlərinə zərbə endirməsindən söz açıb və diplomatik yollarla anlaşma əldə olunmayacağı təqdirdə, bu zərbələrin təkrar oluna biləcəyinə işarə edib" - deyə videosüjetdə bildirilir.


Dünən, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
Dünən, 15:58
Prezident onları təltif etdi - ADLAR
Dünən, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
Dünən, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
Dünən, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
Dünən, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
Dünən, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA
24-09-2026, 16:11
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
24-09-2026, 16:10
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
24-09-2026, 16:00
Prezident icra başçısını vəzifəsindən azad etdi
24-09-2026, 12:30
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
24-09-2026, 11:38
Yoxlamalara dair yeni qadağa qoyulur
24-09-2026, 11:36
22 motosikletçi saxlanıldı
24-09-2026, 10:00
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
24-09-2026, 09:51
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 09:49
Laçında dağlıq ərazidə YANĞIN - FOTO/VİDEO
24-09-2026, 09:46
UEFA Millətlər Liqasında start: İlk gündə səkkiz qarşılaşma
24-09-2026, 09:18
Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
23-09-2026, 17:30
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI
23-09-2026, 16:31
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - QİYMƏT bəlli oldu
23-09-2026, 16:12
Azərbaycanda tikinti xərcləri sürətlə artır: Bəzi məhsullar kəskin bahalaşdı
23-09-2026, 16:05
İlham Əliyevdən "AzerGold"la bağlı SƏRƏNCAM
23-09-2026, 13:31
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
23-09-2026, 13:25
İlham Əliyev əfv sərəncamı imzaladı