Tezliklə 5 bölgədə müharibə başlayacaq ŞOK PROQNOZ
Amerikanın nüfuzlu "Politico" nəşri böyük rezonans doğuran təhlil dərc edib. Məqalədə qeyd olunur ki, dünya növbəti beş ildə ciddi hərbi qarşıdurmalarla üzləşə bilər və bu müharibələr hazırkı geosiyasi nizamı sarsıdacaq gücə malikdir.
Analitiklərin fikrincə, müasir texnologiyalar, dronlar, avtonom silah sistemləri, kibertəhlükələr eskalasiyanın qəfil və nəzarətsiz başlaya bilmə ehtimalını artırır.
Məqalənin girişində Baltik regionu ilə bağlı təsəvvür edilən təhlükəli ssenari diqqət çəkir:
2027-ci ilin martında Moskva–Kalininqrad qatarı Litva ərazisində elektrik kəsintisinə görə dayanır. Sərnişinlər saatlarla qatarda ac və susuz qaldıqdan sonra Kalininqrad rəhbərliyi “qida yardımı” bəhanəsi ilə xüsusi təyinatlı qüvvələri Litvaya keçirir. Qısa müddətdə gərginlik silahlı insidentlə nəticələnir və Kreml “xilasetmə əməliyyatı” adı ilə qoşunlarını Litvaya yeridir. NATO və ABŞ-a təcili yardım çağırışları edilir.
"Politico" yazır ki, bu hadisə hələlik uydurmadır, amma çox real görünür. Çünki Baltikyanı ölkələr - Estoniya, Latviya, Litva həm Rusiya üçün strateji hədəfdir, həm də NATO-nun zəif nöqtəsi hesab olunur.
Azerimedia.az nəşrin proqnozlaşdırdığı 5 müharibəni təqdim edir:
Hindistan – Pakistan
Bu ilin mayında iki ölkə arasında artıq raket zərbələri mübadiləsi baş verib. Səbəb Kəşmirdə törədilən terror aktı idi. Ekspertlər xəbərdarlıq edirlər ki, hər iki dövlətin nüvə arsenalı (Hindistanda təxminən 180, Pakistanda 170 başlıq) var və bu fakt insidenti regional fəlakətə çevirə bilər. Üstəlik, daxili siyasi təzyiqlər tərəfləri istəkləri olmadan belə eskalasiyaya sürükləyə bilər.
Çin – Tayvan
Çin lideri Si Cinpin Tayvanın birləşdirilməsini siyasi irsinin ən mühüm tərkib hissəsi sayır. "Politico"ya görə, o, 2027-ci ilə qədər güc tətbiqinə əl atmağa hazırlaşa bilər. Bu halda ABŞ və onun Asiya-Sakit okean alyansları ciddi sınaqla üzləşəcək. Belə bir müharibə yalnız regionu deyil, həm də bütün beynəlxalq təhlükəsizlik sistemini dəyişdirə bilər.
Rusiya – Baltikyanı ölkələr
Moskva Litva, Latviya və Estoniyaya qarşı “hibrid əməliyyatlar”a, kiberhücumlar, təxribatlar və “rusdilli əhalinin müdafiəsi” bəhanəsinə əl ata bilər. Kreml bununla NATO-nun birliyini sınağa çəkmək və 5-ci maddəyə olan inamı zəiflətmək niyyətindədir. "Politico" bildirir ki, belə bir ssenari sürətlə nəzarətdən çıxaraq NATO-Rusiya qarşıdurmasına çevrilə bilər.
Hindistan – Çin
İki nəhəng arasında Himalay sərhəd mübahisələri illərdir davam edir. 2020-ci ildə baş verən toqquşmalarda onlarla hərbçi həlak olmuşdu. Bu bölgə az əhalili və strateji baxımdan məhdud əhəmiyyətə malik görünsə də, hər hansı insident sürətlə genişmiqyaslı müharibəyə çevrilə bilər.
Koreya yarımadası
1953-cü ildən bəri Şimali və Cənubi Koreya arasında müharibə rəsmən başa çatmayıb. Pxenyanın davam edən nüvə proqramı, iqtisadi böhran və ABŞ-ın regiondakı rolunun zəifləməsi vəziyyəti daha da təhlükəli edir. Politico vurğulayır ki, hətta Cənubi Koreya və Yaponiyanın öz nüvə proqramlarını yaratmaq ehtimalı belə gündəmə gələ bilər.
"Politico" xəbərdarlıq edir ki, müharibələr çox vaxt lokal insidentlərdən, texniki səhvlərdən və ya təxribatlardan başlayır, amma sonradan qlobal miqyas alır. Belə ssenarilər iqtisadi böhran, beynəlxalq ticarət yollarının iflici və nüvə silahı təhlükəsi ilə nəticələnə bilər.
Əvvəllər dünyanın əsas sabitlik qarantı hesab olunan ABŞ indi həm müttəfiqlər, həm də rəqiblər üçün “ən böyük qeyri-müəyyənlik faktoru”na çevrilib. Bu isə yaxın illərdə dünyanı daha da təlatümlü edə bilər.
Dünən, 13:11
Dünyanın gözü İslamabaddadır: İsrail isə başqa plan cızır
Dünən, 13:09
Daha 5 yunan-Roma güləşçimiz Avropa çempionatında xalçaya çıxır
Dünən, 13:07
Səssiz təhlükə: Hər gün yediyimiz qidalar orqanizmi məhv edir
Dünən, 13:05
Bakı metrosuna giriş bağlandı - YENİLƏNİB
Dünən, 13:03
Deputat: Qarabağ nə Konqo deyil, nə də Bakıda məhkəmə qarşısına çıxarılanlar əylənmək üçün gətirilən meymun...
Dünən, 12:33
Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir
Dünən, 12:15
Ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)
Dünən, 12:09
Yeni Suraxanı qəsəbəsində yollar bərbad durumdadır: Sakinlərdən ŞİKAYƏT - VİDEO
Dünən, 12:07
Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətinin dayandırılması təklif olunur - FOTO
Dünən, 12:06
Qarabağ”la “Sabah” da cərimələndi - SƏBƏB
Dünən, 12:04
Sumqayıt xəstəxanasında təhükəli vəziyyət: Divarlar çatlayıb, tavan dağılır - FOTO
Dünən, 11:58
Konstitusiya Məhkəməsindən "Hərbi xidmət keçməkdən boyun qaçırma" maddəsində dəyişikliklə bağlı TƏKLİF
Dünən, 11:02
Bakıda sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti AÇIQLANDI
Dünən, 10:44
Azərbaycandan Ermənistana dizel göndəriləcək
Dünən, 10:29
Azərbaycan nefti 6 dollardan çox BAHALAŞDI
Dünən, 10:23
Mart ayında əlilliyə görə sosial ödəniş alanların SAYI AÇIQLANDI
Dünən, 10:18
Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? (VİDEO)
Dünən, 10:13
Vardanyan Ermənistanın ombudsmanını Bakıya çağırdı: Həyat yoldaşı da gələcək
Dünən, 10:12
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə ENDİRİMLİ REYSLƏR təyin ediləcək
Dünən, 09:01
Bakıda NƏHƏNG LAYİHƏ: Metro xəttinin altından avtomobil yolu keçəcək
20-04-2026, 17:30
Ukraynadan gətirilən tonlarla toyuq məhsulunda qızdırmaya səbəb olan bakteriya aşkarlandı - FOTO
20-04-2026, 14:14
Pensiya alanlara şad xəbər!
20-04-2026, 14:10
Azərbaycanda 12 uşağa görün nə ad qoyulub
20-04-2026, 14:07
Hərbi vəzifəlilərlə təlim toplanışı başladı - FOTO
20-04-2026, 14:04
Kür çayında DAŞQIN: Zərdabın Təzəkənd ərazisini su basdı - VİDEO
20-04-2026, 13:52
Ceyhun Bayramov BMT-nin sessiyasına sədrlik etdi, prezidentin müraciətini səsləndirdi - FOTO
20-04-2026, 13:34
Azərbaycanda pulu daha çox nəyə xərcləyirlər? - FOTO
