Şimali Kiprdə gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı saxlanıldı: Onların ailə üzvləri danışdılar - FOTO
Dünya
3 sen 2026 | 12:00
Şimali Kiprdə gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı saxlanıldı: Onların ailə üzvləri danışdılar - FOTO


Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var.

Azerimedia.Az xəbər verir ki, həmin şəxslər Xaçmaz rayonun Palçıqoba kənd sakini Valeh Hümbətov, əslən Tərtərdən olan, hazırda Bakıda yaşayan Rəşad İbrahimov və Şabran rayonundan olan Qədir Quliyevdir.

Valeh Hümbətovun anası Yeganə Hümbətova bildirib ki, oğlu ilə sonuncu dəfə hadisədən bir neçə saat sonra danışa bilib:

"Bir qızım, bir oğlum var. Oğlum Valeh Hümbətov 28 yaşındadır. Bakıda təhsil alıb. İlk dəfədir ki, Türkiyədə gəmidə işləməyə getmişdi. Bundan əvvəl yük gəmisində 5 ay müddətində matros kimi çalışıb. Bir ay olardı ki, sərnişin gəmisinə keçmişdi. Elə hər iki gəmi eyni şirkətə məxsusdur. Bu ay rayona qayıtmalı idi".

Y.Hümbətova bildirib ki, gəmi qəzası zamanı oğlu nişanlısına batdıqları barədə qısa məlumat verib:

"Nişanlısı bizə xəbər verdi. Qəzadan bir neçə saat sonra ona yığdım, dedi ki, camaatı xilas edirlər, quruya çıxanda yığacaq. Bir dəfə çox qısa danışdıq. Ondan sonra bir dəfə nişanlısı ilə danışıb, deyib ki, onları nəzarətə götürürlər. Ondan sonra əlaqəyə keçə bilmirik".

Saxlanılan digər Azərbaycan vətəndaşı Rəşad İbrahimovun (2006-cı il təvəllüdlü) bacısı Türkan Təhməzova bildirib ki, qardaşı 20 gün idi Şimali Kiprə gəmidə işləmək üçün getmişdi.

"Bu hadisəyə qədər ancaq telefonda görüntülü danışmışdıq. Qəza günü onu işə düzəldən şirkətdən mənim həyat yoldaşıma zəng gəlib və hadisə ilə bağlı məlumat verilib. Həmin gün mənim bacımın nişanı idi və ona görə həyat yoldaşım hadisə ilə bağlı bizə məlumat verməyib".

T.Təhməzova qeyd edib ki, ilkin olaraq səhvən çoxlu sayda ölünün olması barədə məlumat yayılmışdı:

"Yoldaşım elə bilirdi ki, qardaşım da batanlar arasındadır və şirkət ona düzgün məlumat vermir. Sonradan yoldaşım yenə də həmin şirkətlə əlaqə saxlayıb və mənim qardaşımın sağ olması məlumatını təsdiqlədib. Qardaşımın bütün şəxsi əşyaları, o cümlədən mobil telefonu batıb. Sonradan mənim həyat yoldaşım ekipaj üzvü olan digər azərbaycanlının telefonu vasitəsilə Rəşadla danışıb. O, xəstəxanada olduğunu qısa danışıq zamanı bildirib".

T.Təhməzova bildirib ki, qardaşının saxlanıldığını digərləri kimi sosial şəbəkələrdən biliblər və qardaşını qolu qandallı görüblər.

"Biz onu işə düzəldən şirkətlə danışdıq və onlar da bildirdilər ki, həbs xəbəri düzgün olsa da, Rəşadlıq bu məsələdə bir işin olmadığını, sadəcə insan ölümünün çox olması ilə bağlı normal prosedur qaydası olduğunu deyiblər. Rəşad vəkillə təmin olunub və biz də onunla əlaqə saxlayıb, son xəbərləri ondan alırıq".

Saxlanılan 3-cü şəxs - Qədir Quliyevin qardaşı Nurət Quliyev bildirib ki, hazırda onunla heç bir əlaqəyə keçə bilmirlər:

Əslən Şabrandanıq və rayonda yaşayırıq. Qardaşımın 22 yaşı var. Ailədə 3 oğlanıq, Qədir ən böyüyümüzdür, subaydır. Aprel ayından eyni gəmidə çalışıb, vəzifəsi matros olub. Qəzadan sonra anama xəbər edib və deyib ki, gəmi batıb, lakin sağdırlar. Bildirib ki, onları izahat vermək üçün aparıblar".

Ailə üzvü bildirib ki, qardaşının olduğu gəmi şirkətindən atası ilə əlaqə saxlayıb, bildirib ki, narahatlığa əsas yoxdur.

Məlumat üçün bildirək ki, avqustun 30-da Şimali Kiprin Girnə sahillərində gəmi qəzaya uğrayıb. Son məlumatlara görə, qəza nəticəsində 240 nəfər xilas edilib, 8 nəfər ölüb və 19 sərnişin üçün axtarış-xilasetmə işləri davam etdirilir.

Fotoda Valeh Hümbətov


Fotoda Rəşad İbrahimov



Fotoda Qədir Quliyev

Bu gün, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Bu gün, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Bu gün, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Bu gün, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Bu gün, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Bu gün, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Bu gün, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Bu gün, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Bu gün, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Bu gün, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Bu gün, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Bu gün, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Bu gün, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Bu gün, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Bu gün, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
Dünən, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Dünən, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
Dünən, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
Dünən, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
Dünən, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
Dünən, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
Dünən, 13:49
Noyabrda 11 gün iş olmayacaq
Dünən, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Dünən, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
Dünən, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
Dünən, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
Dünən, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start