Ölkəmizə əcnəbilər ən çox haradan gəlirlər? - Foto

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 831.8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Azerimedia.Az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin statistik göstəricilərində yer alıb.
Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 6 faiz azalıb.
"Azərbaycana gələnlərin ölkələr üzrə bölgüsündə Rusiya və Türkiyə ilk iki yerdə qərarlaşıb. Belə ki, gələnlərin 27.1 faizi Rusiya, 19.4 faizi Türkiyə, 7.7 faizi İran, 4.9 faizi Gürcüstan, 4.5 faizi Qazaxıstan, 3.7 faizi İsrail, 3.5 faizi Pakistan, 3.1 faizi Özbəkistan, 2.8 faizi Çin, 2.6 faizi Hindistan, 2.4 faizi Səudiyyə Ərəbistanı və 1.6 faizi Ukrayna vətəndaşları olub.

Gələnlərin 1.3 faizi Türkmənistanın, 1.1 faizi Almaniya və Böyük Britaniyanın (hər biri), 1 faizi Belarusun vətəndaşları olublar. Digər ölkələrin payı isə ümumi sayın 12.2 faizidir. Ölkəyə gələnlərin 66.8 faizini kişilər, 33.2 faizini qadınlar təşkil edib", - deyə məlumatda vurğulanıb.
2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin eyni dövründə Avropa İttifaqına üzv ölkələrdən Azərbaycana gələnlərin sayı 6.1 faiz artaraq 94.2 min nəfərə çatıb.

Qeyd olunub ki, MDB ölkələrindən gələnlərin sayı 4.3 faiz artaraq 699 min nəfər olub. Körfəz ölkələrindən gələnlərin sayı isə 32 faiz azalaraq 218.3 min nəfərə düşüb. Digər ölkələrdən gələnlərin sayı da 5.5 faiz azalaraq 820.3 min nəfər təşkil edib.
Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 73.5 faizi hava nəqliyyatından, 25.2 faizi dəmir yolu və avtomobil nəqliyyatından, 1.3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Bu gün, 13:58
Hədəf qoyuldu: İctimai nəqliyyatın əlçatanlığı artırılacaq
Bu gün, 13:55
Bina evində qalanların nəzərinə: Yenilik olacaq
Bu gün, 13:37
Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çobanı qaytaracağıq"
Bu gün, 13:17
Sovet dövründən qalma binalar yeniləniləcək
Bu gün, 12:40
Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi
Bu gün, 12:38
Yardımlının yeni icra başçısı kimdir? - DOSYE
Bu gün, 12:30
Rumıniya məhkəməsində Azərbaycan izi: Bakıdakı səfirliyin adından saxta sənədlər hazırlandı
Bu gün, 12:20
İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi
Bu gün, 11:50
Ölkəmizə əcnəbilər ən çox haradan gəlirlər? - Foto
Bu gün, 11:32
Səudiyyə Ərəbistanında hava limanına hücum: Ölən və yaralananlar var - Video
Bu gün, 10:35
Havanın isti keçməsinin səbəbi açıqlandı
Bu gün, 10:03
Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 20 dəfə artırılacaq
Bu gün, 10:00
Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq
Dünən, 14:01
XİN-nin siyahısında Ayasofyanın keçmiş imamı da var
Dünən, 13:50
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng vurdu
Dünən, 13:23
Rusiya və ABŞ arasında razılaşma - Sabah yola düşəcək
Dünən, 13:16
Nəcməddin Ərbakanın oğlunun Azərbaycana girişi qadağan olundu
Dünən, 13:10
Azərbaycan XİN 31 Türkiyə vətəndaşı barədə QƏRAR VERDİ - ADLAR
Dünən, 12:30
Azərbaycanda bu yerlərdə "TikTok"a giriş qadağan olundu
Dünən, 12:19
Azərbaycanda internetin sürəti 7 dəfə artıb
Dünən, 12:07
Sürücülərin nəzərinə: Bu yol bağlı olacaq
Dünən, 11:50
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI
Dünən, 11:43
Bakıda 2,5 milyonluq psixiatriya və narkoloji mərkəz yaradılır
Dünən, 11:20
Azərbaycanda yağın qiyməti kəskin artdı
Dünən, 10:22
Nazirlik pensiyalarla bağlı yeni QƏRAR QƏBUL ETDİ
Dünən, 10:16
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var - Foto
Dünən, 10:13
Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır