Azərbaycanda yağın qiyməti kəskin artdı

Azerimedia.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, alıcılar bəzi məhsulların qiyməti 50 qəpikdən 6 manatadək yüksəldiyini bildirir.
Bahalaşma xüsusilə kərə yağlarında daha çox hiss olunur. Bəzi vətəndaşlar büdcələrinə qənaət etmək üçün daha kiçik qablaşdırmalara üstünlük verirlər.
Paytaxt sakinləri bildirirlər ki, əvvəllər daha ucuz qiymətə aldıqları yağları indi xeyli baha almağa məcbur qalırlar.
“Əvvəl 18 manat 80 qəpiyə aldığım kərə yağı indi 23 manat 90 qəpikdir. Duru yağların qiyməti də artır. Əvvəllər 22-23 manata aldığımız kərə yağları indi 27 manata, 25 manatlıq məhsullar isə 30 manata satılır”, – sakinlərdən biri deyib.
Digər alıcılar isə gündəlik xərcləri azaltmaq üçün 200 qramlıq kiçik qablaşdırmalara üstünlük verdiklərini bildiriblər.
Satıcılar da bahalaşmanı təsdiqləyir
Mağaza satıcılarının sözlərinə görə, qiymət artımı həm yerli bazarda satılan, həm də xaricdən gətirilən yağlarda müşahidə olunur. Onlar bildirirlər ki, son 10 gün ərzində bəzi duru yağların qiyməti 30-50 qəpik, kərə yağlarının qiyməti isə 1 manat-1 manat 20 qəpik artıb.
Regionlardakı mağazalarda da oxşar vəziyyətin olduğu bildirilir. Satıcıların sözlərinə görə, məhsulun növündən və qablaşdırmasından asılı olaraq qiymət artımı 50 qəpikdən 3 manatadək dəyişir. Bəzi beş kiloqramlıq yağ məhsullarında isə daha böyük fərq qeydə alınıb.
İqtisadçı bahalaşmanın səbəblərini açıqlayıb
İqtisadçı Kamran Hacıyevin sözlərinə görə, yağların qiymətinə yalnız yerli bazardakı vəziyyət deyil, beynəlxalq tədarük zəncirindəki dəyişikliklər və xammalın bahalaşması da təsir göstərir.
Onun sözlərinə görə, xammalın dəyəri, istehsal həcmi, hava şəraiti, nəqliyyat və logistika xərcləri, valyuta məzənnələri, eləcə də idxalçı və satış şəbəkələrinin xərcləri yağların qiymətinin formalaşmasında mühüm rol oynayır.
İqtisadçı qeyd edib ki, beynəlxalq bazarlarda qiymətlərin və daşınma xərclərinin artması duru yağların Azərbaycanda da bahalaşmasına səbəb ola bilər. Bununla belə, hazırkı göstəricilərə əsasən, kərə yağında kəskin bahalaşmanın qaçılmaz olduğunu söyləmək üçün kifayət qədər əsas yoxdur.
Kərə yağı istehsalı azalıb
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 45 ton kərə yağı istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz azdır. Eyni zamanda, ölkəyə xaricdən yağ idxalının 21 faiz artdığı bildirilir.
İstehsalın azalması və idxal göstəricilərindəki dəyişikliklər fonunda bazarda qiymətlərin necə dəyişəcəyi isə növbəti aylarda beynəlxalq qiymətlərdən, tədarük xərclərindən və daxili bazardakı təklifdən asılı olacaq.
Bu gün, 14:01
XİN-nin siyahısında Ayasofyanın keçmiş imamı da var
Bu gün, 13:50
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng vurdu
Bu gün, 13:23
Rusiya və ABŞ arasında razılaşma - Sabah yola düşəcək
Bu gün, 13:16
Nəcməddin Ərbakanın oğlunun Azərbaycana girişi qadağan olundu
Bu gün, 13:10
Azərbaycan XİN 31 Türkiyə vətəndaşı barədə QƏRAR VERDİ - ADLAR
Bu gün, 12:30
Azərbaycanda bu yerlərdə "TikTok"a giriş qadağan olundu
Bu gün, 12:19
Azərbaycanda internetin sürəti 7 dəfə artıb
Bu gün, 12:07
Sürücülərin nəzərinə: Bu yol bağlı olacaq
Bu gün, 11:50
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI
Bu gün, 11:43
Bakıda 2,5 milyonluq psixiatriya və narkoloji mərkəz yaradılır
Bu gün, 11:20
Azərbaycanda yağın qiyməti kəskin artdı
Bu gün, 10:22
Nazirlik pensiyalarla bağlı yeni QƏRAR QƏBUL ETDİ
Bu gün, 10:16
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var - Foto
Bu gün, 10:13
Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır
Bu gün, 09:30
Heydər Məmmədov: "Bakı İslam dünyasının antikorrupsiya səylərini birləşdirən yüksəksəviyyəli görüşə ev sahibliyi edəcək"
Bu gün, 09:18
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Lill"ə, "Arsenal" "Bavariya"ya qarşı
Dünən, 17:00
Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib
Dünən, 16:16
Azərbaycanlı boksçu iki il müddətinə yarışlardan uzaqlaşdırıldı
Dünən, 16:02
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Dünən, 15:47
Gəncə Memorial Kompleksi yaradıldı
Dünən, 15:00
Qarabağ Milli Parkı yaradıldı - SƏRƏNCAM
Dünən, 13:32
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub
Dünən, 12:34
Prokurorluqda YENİ TƏYİNATLAR - YENİLƏNDİ
Dünən, 12:00
Azərbaycanda bu hərbçilər cərimələnəcək - MƏBLƏĞLƏR
Dünən, 11:20
Onlayn alış-veriş edənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 11:12
Məkkədə bu hərəkətləri edənlər edam olundu
Dünən, 10:30
Nazir əhalinin istilik təchizatından danışdı