Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub
Siyasət
20 okt 2026 | 13:32
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub
Oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayevanın və Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyevanın üçtərəfli görüşü olub.
Azerimedia.az xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva Aşqabadda keçiriləcək MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin ölkələri ümumi mənəvi-mədəni dəyərlər və sosial-humanitar məsələlərə oxşar baxışlar əsasında birləşdirən mühüm hadisə olduğunu bildirib.

Xüsusilə ətraf mühitin mühafizəsinə, eləcə də regional və beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığa diqqət çəkən Oğulcahan Atabayeva sərginin ətraf mühitin qorunması istiqamətində, həmçinin real addım olacağına əminliyini ifadə edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva birgə səylərlə bir çox mühüm ekoloji layihəni həyata keçirməyin mümkünlüyünü vurğulayıb. Xeyriyyə Fondunu ziyarət etdiyini xatırladan Leyla Əliyeva uşaqlara göstərilən yüksək qayğının şəxsən şahidi olduğunu bildirib və bugünkü sərginin xeyirxahlığa doğru daha bir addım olacağını deyib.

Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva qeyd edib ki, bu cür görüşlər yeni imkanlar açır, xüsusilə də insanlara qayğı göstərmək və gələcəyi bunun üzərində qurmaq kimi ümumi arzunu birləşdirməyə imkan verir. O vurğulayıb ki, hər bir uşaq üçün ən başlıca amil anasının yanında özünü qayğıkeşlik və təhlükəsizlik içərisində hiss etməsi, sevildiyinə və hər zaman eşidiləcəyinə əmin olmasıdır.



Bu gün, 17:00
Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib
Bu gün, 16:16
Azərbaycanlı boksçu iki il müddətinə yarışlardan uzaqlaşdırıldı
Bu gün, 16:02
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Bu gün, 15:47
Gəncə Memorial Kompleksi yaradıldı
Bu gün, 15:00
Qarabağ Milli Parkı yaradıldı - SƏRƏNCAM
Bu gün, 13:32
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub
Bu gün, 12:34
Prokurorluqda YENİ TƏYİNATLAR - YENİLƏNDİ
Bu gün, 12:00
Azərbaycanda bu hərbçilər cərimələnəcək - MƏBLƏĞLƏR
Bu gün, 11:20
Onlayn alış-veriş edənlərin nəzərinə: Qaydalar dəyişir
Bu gün, 11:12
Məkkədə bu hərəkətləri edənlər edam olundu
Bu gün, 10:30
Nazir əhalinin istilik təchizatından danışdı
Bu gün, 10:28
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Bu gün, 10:00
Laçında şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı oldu
Bu gün, 09:45
Fəlsəfə doktoru olmaq istəyənlərin NƏZƏRİNƏ
Bu gün, 09:33
Məleykə Abbaszadədən sualların çətinliyi ilə bağlı İDDİALARA CAVAB
Dünən, 17:18
Bu əraziyə dəmir yolu çəkiləcək - 7 milyon manat ayrıldı
Dünən, 16:25
Fransa qarışdı - Tramp Makrona bunu məsləhət gördü
Dünən, 16:10
Azərbaycan İrana arpa tədarükünü bərpa etdi
Dünən, 15:30
Mərkəzdə yeni inklüziv təlim və tədris mərkəzi yaradıldı - FOTOLAR
Dünən, 15:28
Rayonlarda pensiyaların ödəniləcəyi tarix AÇIQLANDI
Dünən, 15:20
Tramp, Putin və Si Cinpin Ukrayna üçün bir araya gəlir?
Dünən, 14:30
Ötən həftə 1420 hektar ərazi minalardan təmizlənib
Dünən, 14:20
Keçmiş nazir yeni naziri kollektivə təqdim etdi - FOTOLAR
Dünən, 14:17
Prezident onları təltif etdi - ADLAR
Dünən, 14:00
Agentlik “44” filmi ilə bağlı ictimaiyyətə müraciət etdi
Dünən, 13:50
“Semaşko”nun bu binasına 1,9 milyon manat ayrılır
Dünən, 13:30
TƏBİB niyə Səhiyyə Nazirliyinə birləşdirildi? - DETALLAR