Mərkəzdə yeni inklüziv təlim və tədris mərkəzi yaradıldı - FOTOLAR
Sosial
19 okt 2026 | 15:30
Mərkəzdə yeni inklüziv təlim və tədris mərkəzi yaradıldı - FOTOLAR
"SkillBridge - İnklüziv məşğulluq üçün inklüziv təhsil" layihəsi çərçivəsində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində İnklüziv Təlim və Tədris Mərkəzi yaradılıb.
Azerimedia.az xəbər verir ki, açılış mərasimində Alyona Əliyeva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, SOCAR Midstream Gas Operations MMC-nin icraçı direktoru Polad Rüstəmov, Milli Məclisin deputatı Soltan Məmmədov, eləcə də dövlət qurumlarının, layihə tərəfdaşlarının və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

"Birgə və Sağlam" İctimai Birliyinin təsisçisi Aytən Eynalova çıxışında təşkilatın autizmli şəxslərə və onların ailələrinə dəstək göstərdiyini, bu sahədə maarifləndirmə işləri apardığını bildirib.

"SkillBridge" layihəsinin rəhbəri Həzi Eynalov yeni mərkəzin əlilliyi və neyromüxtəlifliyi olan şəxslərin peşə bacarıqlarının inkişafına, əmək bazarına inteqrasiyasına və məşğulluq imkanlarının genişləndirilməsinə xidmət etdiyini qeyd edib. Bildirilib ki, mərkəzdə dörd emalatxana müasir avadanlıqlarla təchiz olunub, inklüziv təhsil mühitinin yaradılması üçün müvafiq şərait qurulub. Burada qrafik dizayn, veb-dizayn və proqram təminatı, interyer və eksteryerin bədii tərtibatı, ağac nəqqaşlığı, eləcə də satış və nəzarətçi-xəzinədarlıq istiqamətləri üzrə təlimlərin təşkili nəzərdə tutulur. Bundan başqa, "Birgə və Sağlam" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən emalatxanada neyromüxtəlifliyi olan gənclər üçün qənnadçı-şirniyyatçı, barista və kargüzarlıq istiqamətləri üzrə praktiki təlimlər keçirilir. Layihə çərçivəsində ümumilikdə 200 nəfərin qiymətləndirilməsi, 100 nəfərin təlim proqramlarına cəlb olunması və ən azı 60 nəfərin məşğulluğunun təmin edilməsi hədəflənir.

Daha sonra layihənin məqsədlərini və mərkəzin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxışında təhsilin inkişafının, uşaqlar üçün bərabər imkanların yaradılmasının və inklüziv təhsilin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bütün uşaqların təhsil alması üçün zəruri şəraitin yaradılmasının vacibliyini qeyd edib. O, inklüziv təhsildə fiziki maneələrin aradan qaldırılması ilə yanaşı, məzunların praktiki bacarıqlarının inkişaf etdirilməsinin və əmək bazarına inteqrasiyasının əhəmiyyətini diqqətə çatdırıb.

SOCAR Midstream Gas Operations MMC-nin icraçı direktoru Polad Rüstəmov çıxışında inklüzivliyin insanlar üçün bərabər imkanların yaradılması demək olduğunu vurğulayıb. Direktor qeyd edib ki, inklüziv təhsil və məşğulluq bir-biri ilə sıx bağlıdır və gənclərin potensiallarını reallaşdırmaları, bacarıqlar qazanmaları və əmək bazarına inteqrasiyaları üçün şərait yaradılması vacibdir. Bu təşəbbüs gənclərin özünəinamının artırılmasına və onların imkanlarının üzə çıxarılmasına xidmət edir.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı inklüziv peşə təhsilinin hər kəsin potensialının üzə çıxarılması və cəmiyyətin sosial-iqtisadi həyatında fəal iştirakının təmin olunması baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, 2023-2026-cı illərdə peşə təhsili müəssisələrində əlilliyi olan şəxslər üçün 5 mindən çox təhsil imkanı yaradılıb, cari tədris ilində bu kateqoriyadan olan şəxslərin qəbulu 2023-cü illə müqayisədə 40 faiz artaraq 1400 nəfərə çatıb. Direktor əlavə edib ki, yeni mərkəz peşə təhsilinə çıxış imkanlarının genişləndirilməsi ilə yanaşı, əldə olunan bacarıqların real məşğulluğa çevrilməsinə də töhfə verəcək.

Tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, və Milli Məclisin deputatı Soltan Məmmədov da çıxış ediblər.

Neyromüxtəlifliyi olan iki gənc öz həyat hekayələrini bölüşüb. Onların çıxışlarında peşə bacarıqlarının inkişafının və inklüziv təhsilin müstəqil həyata hazırlıqda rolu diqqətə çatdırılıb.

Tədbirin sonunda qonaqlar İnklüziv Təlim və Tədris Mərkəzinin fəaliyyəti, yaradılmış şərait və emalatxanalarla tanış olublar. Sonda xatirə fotosu çəkilib
Qeyd edək ki, "SkillBridge - İnklüziv məşğulluq üçün inklüziv təhsil" layihəsi Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, SOCAR Midstream Gas Operations MMC və Cənubi Qafqaz Boru Kəməri üzrə tərəfdaşlarının maliyyə dəstəyi, "Birgə və Sağlam" İctimai Birliyinin icraçılığı ilə həyata keçirilir. Layihə əlilliyi olan şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsinə, iqtisadi müstəqilliyinin gücləndirilməsinə və inklüziv əmək bazarının formalaşmasına dəstək göstərməyi hədəfləyir.







Dünən, 17:18
Bu əraziyə dəmir yolu çəkiləcək - 7 milyon manat ayrıldı
Dünən, 16:25
Fransa qarışdı - Tramp Makrona bunu məsləhət gördü
Dünən, 16:10
Azərbaycan İrana arpa tədarükünü bərpa etdi
Dünən, 15:30
Mərkəzdə yeni inklüziv təlim və tədris mərkəzi yaradıldı - FOTOLAR
Dünən, 15:28
Rayonlarda pensiyaların ödəniləcəyi tarix AÇIQLANDI
Dünən, 15:20
Tramp, Putin və Si Cinpin Ukrayna üçün bir araya gəlir?
Dünən, 14:30
Ötən həftə 1420 hektar ərazi minalardan təmizlənib
Dünən, 14:20
Keçmiş nazir yeni naziri kollektivə təqdim etdi - FOTOLAR
Dünən, 14:17
Prezident onları təltif etdi - ADLAR
Dünən, 14:00
Agentlik “44” filmi ilə bağlı ictimaiyyətə müraciət etdi
Dünən, 13:50
“Semaşko”nun bu binasına 1,9 milyon manat ayrılır
Dünən, 13:30
TƏBİB niyə Səhiyyə Nazirliyinə birləşdirildi? - DETALLAR
Dünən, 10:18
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video
Dünən, 10:00
Bu şəxslərin pensiyası artacaq - RƏQƏMLƏR
Dünən, 09:21
Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi
16-10-2026, 17:46
Yüzə yaxın stomatoloq qanunsuz fəaliyyət göstərirmiş - Yoxlama
16-10-2026, 17:07
Ramiz Mehdiyev YAP-dan da çıxarıldı
16-10-2026, 16:30
Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
16-10-2026, 16:30
Həlak olan minatəmizləyənlərin ailələri üçün yeni güzəşt
16-10-2026, 15:06
Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi
16-10-2026, 14:30
Şimali Kiprdə gəmi qəzasına görə tutulan Azərbaycan vətəndaşlarının həbs müddəti artırıldı
16-10-2026, 13:30
İran və Azərbaycan müştərək yeraltı anbarlar yarada bilər
16-10-2026, 13:10
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirilir - Foto
16-10-2026, 13:08
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqladı - Video
16-10-2026, 12:40
İlham Əliyev Hindistanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Foto
16-10-2026, 12:30
Prezidentdən dörd paralimpiyaçımızla bağlı sərəncam
16-10-2026, 12:22
İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub