Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirilir - Foto
Cəmiyyət
16 okt 2026 | 13:10
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirilir - Foto
Metronun "20 Yanvar" stansiyasının ətrafında və "Şamaxinka" adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması aparılaraq sərnişinlərin avtobuslara rahat və maneəsiz minib-düşməsi təmin ediləcək.

Azerimedia.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə oktyabrın 19-dan 114A, 114B, 500, 503 və 508 nömrəli marşrutlar Sumqayıt istiqamətində metronun "20 Yanvar" stansiyasının yaxınlığında, Moskva prospektindəki "14 saylı notariat ofisi"nin yanında mövcud olan dayanacaq məntəqəsindən çıxarılır.

114A və 114B nömrəli marşrutların sərnişinləri avtobuslara metronun "20 Yanvar" stansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında (ADSEA binasının qarşısında) mövcud olan başlanğıc dayanacaq məntəqəsində minə bilərlər. Bu marşrutların Pirəkəşkül və Müşfiqabad qəsəbələri istiqamətində növbəti dayanacaq məntəqəsi Moskva prospektində, "Şamaxinka" adlanan ərazidə ("Alov zavodu" ilə üzbəüz) təyin edilib.

500, 503 və 508 nömrəli marşrutların sərnişinləri isə metronun "20 Yanvar" stansiyasının Sumqayıt istiqamətində olan çıxışında, Moskva prospekti, 6 (594 nömrəli ekspres marşrutunun mövcud dayanacağı) ünvanındakı dayanacaq məntəqəsindən istifadə edə bilərlər. Bu marşrutların Sumqayıt şəhəri istiqamətində növbəti dayanacağı "Şamaxinka" adlanan ərazidə ("Alov zavodu" ilə üzbəüz) mövcud olan məntəqədir.

Həmçinin 156, 156A və 170 nömrəli marşrutların sxemində dəyişiklik edilərək Hökməli və Binəqədi qəsəbələri istiqamətində hərəkəti Əli Tağızadə küçəsi ilə təmin ediləcək. Hər üç marşrut Moskva prospektində, "Şamaxinka" adlanan ərazidə ("Alov zavodu" ilə üzbəüz) dayanacaq məntəqəsindən çıxarılır. Bu marşrutların sərnişinləri Əli Tağızadə küçəsindəki "2 saylı poçt filialının 134 saylı poçt şöbəsi" yaxınlığında olan dayanacaq məntəqəsindən istifadə edə bilərlər.

Qeyd edək ki, şəhərin müxtəlif istiqamətlərindən metronun "20 Yanvar" stansiyasına və "Şamaxinka" adlanan əraziyə gələnlər və yollarını Sumqayıt şəhəri istiqamətində davam etdirmək istəyənlər avtobuslara Moskva prospekti, 6 ünvanında (metronun Sumqayıt istiqamətində olan çıxışında), yaxud "Şamaxinka"da "Alov zavodu" ilə üzbəüz məntəqədə minə bilərlər.
Pirəkəşkül və Müşfiqabad qəsəbələri istiqamətində getmək istəyənlərə isə metronun "20 Yanvar" stansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında (ADSEA binasının qarşısında), yaxud "Şamaxinka" adlanan ərazidəki ("Alov zavodu" ilə üzbəüz) dayanacaq məntəqəsindən istifadə etmək tövsiyə olunur.

Həyata keçirilən tədbirlər paytaxtın yol-nəqliyyat infrastrukturunda hərəkətin səmərəliliyinin artırılmasına, ictimai nəqliyyatın hərəkətinin sürətləndirilməsinə və sərnişinlərin mənzil başına daha rahat çatdırılmasına xidmət edir.




Dünən, 17:18
Bu əraziyə dəmir yolu çəkiləcək - 7 milyon manat ayrıldı
Dünən, 16:25
Fransa qarışdı - Tramp Makrona bunu məsləhət gördü
Dünən, 16:10
Azərbaycan İrana arpa tədarükünü bərpa etdi
Dünən, 15:30
Mərkəzdə yeni inklüziv təlim və tədris mərkəzi yaradıldı - FOTOLAR
Dünən, 15:28
Rayonlarda pensiyaların ödəniləcəyi tarix AÇIQLANDI
Dünən, 15:20
Tramp, Putin və Si Cinpin Ukrayna üçün bir araya gəlir?
Dünən, 14:30
Ötən həftə 1420 hektar ərazi minalardan təmizlənib
Dünən, 14:20
Keçmiş nazir yeni naziri kollektivə təqdim etdi - FOTOLAR
Dünən, 14:17
Prezident onları təltif etdi - ADLAR
Dünən, 14:00
Agentlik “44” filmi ilə bağlı ictimaiyyətə müraciət etdi
Dünən, 13:50
“Semaşko”nun bu binasına 1,9 milyon manat ayrılır
Dünən, 13:30
TƏBİB niyə Səhiyyə Nazirliyinə birləşdirildi? - DETALLAR
Dünən, 10:18
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video
Dünən, 10:00
Bu şəxslərin pensiyası artacaq - RƏQƏMLƏR
Dünən, 09:21
Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi
16-10-2026, 17:46
Yüzə yaxın stomatoloq qanunsuz fəaliyyət göstərirmiş - Yoxlama
16-10-2026, 17:07
Ramiz Mehdiyev YAP-dan da çıxarıldı
16-10-2026, 16:30
Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
16-10-2026, 16:30
Həlak olan minatəmizləyənlərin ailələri üçün yeni güzəşt
16-10-2026, 15:06
Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi
16-10-2026, 14:30
Şimali Kiprdə gəmi qəzasına görə tutulan Azərbaycan vətəndaşlarının həbs müddəti artırıldı
16-10-2026, 13:30
İran və Azərbaycan müştərək yeraltı anbarlar yarada bilər
16-10-2026, 13:10
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirilir - Foto
16-10-2026, 13:08
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqladı - Video
16-10-2026, 12:40
İlham Əliyev Hindistanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Foto
16-10-2026, 12:30
Prezidentdən dörd paralimpiyaçımızla bağlı sərəncam
16-10-2026, 12:22
İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub